Fransanın şərqindəki Burgoin-Jallieu şəhərində kolleksiya kartları üzrə ixtisaslaşmış mağazaya basqın zamanı təxminən 80 min avro dəyərində Pokemon kartları oğurlanıb.
Avropa.info xəbər verir ki, Fransız Mətbuat Agentliyinə (AFP) danışan mağaza müdiri hadisənin səhər saat 04:00 radələrində baş verdiyini bildirib.
Qurum rəsmisi bildirib ki, üzlərində maska olan 4 nəfər əsas qapını sındıraraq içəri daxil olub və oğruların siqnalizasiya çaldıqdan sonra avtomobillə qaçmadan əvvəl “Smogtrade” adlı mağazadan yüzlərlə kartı oğurladığını bildirib.
Bildirilib ki, oğurlanan məhsulların demək olar ki, hamısı Yaponiyanın “Pokémon” franşizasına məxsus olub.
Son illərdə kolleksiyaçılar arasında yüksək qiymətlərə səbəb olan Pokemon kartları Fransada və bütün dünyada tez-tez oğurlanır.
2024-cü ilin fevral ayında Fransanın Renn şəhərində 100 min avro dəyərində on minlərlə Pokemon kartını oğurlayan 3 nəfər həbs cəzasına məhkum edilib.
Keçən yanvar ayında İngiltərədə bir şəxsi mağazadan təxminən 87 min avro dəyərində kartlar oğurlanarkən, nadir bir Pikaçu kartı növbəti ay hərracda 14,3 milyon avroya alıcı taparaq rekord qırdı.





























