Ermənistanın keçmiş prezidenti Köçəryan Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə gətirilib, işə baxılma vaxtı hələ dəqiqləşdirilməyib
Avropa.info xəbər verir ki, xəstəxanada olan Ermənistanın sabiq prezidenti Robert Köçəryan korrupsiyaya qarşı mübarizə məhkəməsinə aparılıb.
Aydın olur ki, Köçəryana qarşı işə baxılma vaxtı hələlik açıqlanmayıb.
Xatırladaq ki, Ermənistanın Baş Prokurorluğu Ermənistanın keçmiş prezidenti Robert Köçəryana qarşı cinayət işi açıb. O, vəzifə səlahiyyətlərindən sui-istifadədə, xüsusilə külli miqdarda rüşvət almaqda və çirkli pulların yuyulmasında ittiham olunur.
Bundan əvvəl Köçəryan ölkənin Milli Təhlükəsizlik Xidmətinə aparılıb.






























