17 - 07 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Cəmiyyət

Deputat Razı Nurullayevi hədəf alan “Peşəkar şantajçılar” bu üsullarla çox əməllər törədirlər

Avqust 15, 2025
Cəmiyyət
A A

Son günlər Milli Cəbhə Partiyasının (MCP) sədri, Milli Məclisin deputatı Razi Nurullayev sifarişlə şantaj edilir.

Təbii ki, şantajın arxasında hansı məqsədin dayandığı da məlumdur. “Peşəkar şantajçılar” bu üsullarla çox əməllər törədirlər. Alırlar, yazırlar və imiclərini itirirlər…

Razi Nurullayevlə bağlı şantajın ilk əlamətləri ondan görünür ki, informasiyanı yayan şəxs və ya media orqanı rəsmi məlumat aldıqdan sonra belə fikrindən dönmür, təkzib vermir.

Rəsmi məlumatda belə bu məsələnin deputata aidiyyatının olmadığı, adının heç bir yerdə keçmədiyi bildirilir. Lakin “kor tutduğunu buraxmır”. Deməli, məqsəd aydındır…Çamur at, şantaj elə prinsipi…

İddia olunan məsələdə adı çəkilən adam Razi Nurullayevin özü yox, köməkçisi Vüqar Süleymanov da yox, onun atasıdır.

Başqa bir şəxslə bağlı məsələyə görə adı keçməyən, əlaqəsi olmayan şəxs niyə məsuliyyət daşımalıdır ki? İmişli rayonunun Nurulu kəndində də, başqa bir kəndində də kimsə nəsə tikdirə, deputat olaraq isə Razi Nurullayev həmin şəxsləri tanıya bilər. İndi nə etməlidir? Səlahiyyətinə aid olmayan bir məsələ ilə məşğul olmalı və ya o ərazini qorumalıdır? Ya buldozer aparıb, söküntü işlərinə rəhbərlik etməlidir?

Təbii ki, o ərazidə qanunsuz nəsə edilibsə, müvafiq qurumlar müdaxilə də edəcək, əncam da çəkəcək. Amma kiminsə marağı naminə yox, qanunun tələbinə görə…

Xatırlatma üçün qeyd edək ki, sözügedən ərazi Qulubəyli kənd sakini Süleymanov Yavər Abduləli oğlunun icarəsindədir və o şəxs Y. Süleymanov 09 aprel 2025-ci ildə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan ərazi şöbəsi tərəfindən keçirilmiş hərracda qalib gələrək Muradalılı bələdiyyəsinə məxsus 20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini illik icarəyə götürüb, 12 aprel 2025-ci ildə 3M-78 nömrəli icarə müqaviləsi bağlayəb, 02 may 2025-ci il tarixində isə çıxarış alıb.

Ərazidə təmizlik işləri apararkən isə bir neçə yulğun ağacını çıxardığı üçün 17 iyul 2025-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən akt tərtib olunub, MN № 2364384 nömrəli İnzibati Xəta haqqında protokol yazılıb və Y. Süleymanovun 2000 manat məbləğində cərimə edilib, 3760 manat dəymiş ziyanın ödənilməsi barədə qərar qəbul edilib. Bu məlumat İmişli rayon İcra Hakimiyyətindən bildirilib.

İndi Razi Nurullayev nə etsin? Yaxından, uzaqdan əlaqəsi olmayan bir məsələ ilə bağlı, dövlət orqanları tədbir gördükləri bir məsələ ilə bağlı hansı məsuliyyəti daşısın?

“Bənzətmədə qüsur olmaz” deyiminə istinad edərək burada bir misal yerinə düşər.

2020-ci ildə elə İmişlinin həbs olunmuş icra başçısı Vilyam Hacıyevin oğlu bir il sonra isə Vilyam Hacıyevin oğlu Qubadlı rayon Prokurorluğuna müstəntiq təyin olundu. İndi o vətəndaş işləməməlidir ki, atası həbs olunub?

Razi Nurullayev siyasi fəaliyyətində şəffaflıq, qanunçuluq və seçicilərə xidmət prinsiplərini əsas tutan deputatlardan biridir. Onun deputat kimi fəaliyyəti təkcə parlamentdəki çıxışları ilə məhdudlaşmır – o, mütəmadi olaraq seçicilərini dinləyir, təmsil etdiyi seçki dairəsinə səfər edir, əhalinin sosial problemlərin həlli üçün aidiyyəti qurumlarla iş aparır.

İmişli sakinlərinin də yaxşı tanıdığı Razi Nurullayev bu günə qədər öz şəxsi maraqlarını deyil, cəmiyyətin və seçicilərinin maraqlarını müdafiə edib. Onun adı indiyədək korrupsiya, torpaq zəbt etmə və ya hər hansı qanunsuz əməllə hallanmayıb. Hər hansı bir biznesinin də olmadığı bəllidir. Əksinə, müxtəlif sosial layihələrdə fəal iştirakı, əhalinin müraciətlərinə çevik reaksiya verməsi ilə seçilib.

Razi Nurullayevin də hədəfə gətirilməsi isə sadəcə sifariş və şəxsi maraqlara yönəlik fürsətçilikdir. Bu tip xəbərlərin dəqiqləşdirilmədən, yalnız reytinq, klik xatirinə və ya bununla hər hansı formada nəsə əldə etmək üçün tirajlanması isə cəmiyyətdə hər zaman əks effekt yaradıb, sifariş verən, onu icra edənlərin özlərini hədəfə gətirir…

Bu fürsətcillər sırasında jurnalist və ya media orqanın olması çox təəssüfləndirici haldır..

Avropa.info

Əvvəlki Yazı

Dünya bu iki dövlət arasında yenidən bölüşdürülür: Tramp Putinlə hansı məsələdə razılığa gəlmək istəyir? – ŞƏRH

Növbəti Yazı

Tramp administrasiyası Kapitol polisini bərpa etməyə razıdır

XƏBƏR LENTİ

ABŞ Ordusu Bəndər-Xomeynidə beş körpünü vurub

ABŞ Ordusu Bəndər-Xomeynidə beş körpünü vurub

17 İyul 2026 / 8:08
0
I kurs tələbəsi vəfat etdi

I kurs tələbəsi vəfat etdi

17 İyul 2026 / 7:48
3
Azərbaycan Dövlət Kukla Teatrı Pirallahıda – FOTOLAR

Azərbaycan Dövlət Kukla Teatrı Pirallahıda – FOTOLAR

16 İyul 2026 / 21:16
4
Razi Nurullayev: Heç bir şəxs qohumlarının fəaliyyətinə görə məsuliyyət daşıya bilməz”

Razi Nurullayev: Heç bir şəxs qohumlarının fəaliyyətinə görə məsuliyyət daşıya bilməz”

16 İyul 2026 / 18:15
51
Biznesin nəfəs alması üçün bürokratik divarlar sökülməlidir… – Deputat Razı Nurullayev

Deputat: “Problemlərin həlli üçün təklif verməyə, döyüşməyə hazıram”

16 İyul 2026 / 17:43
29
Qubada hamilənin ölümü ilə bağlı araşdırma başlayıb

Qubada hamilənin ölümü ilə bağlı araşdırma başlayıb

16 İyul 2026 / 17:05
1
Ağdamda Yaqub Rzayevin anım günü qeyd edildi-Fotolar

Ağdamda Yaqub Rzayevin anım günü qeyd edildi-Fotolar

16 İyul 2026 / 16:54
6
Dünyanı şoka salan cinayətdə təqsirləndirilən baba – Sərbəst buraxıldı

Dünyanı şoka salan cinayətdə təqsirləndirilən baba – Sərbəst buraxıldı

16 İyul 2026 / 16:49
1
Cəbrayılın Şukurbəyli kəndinə yeni köç karvanı yola düşdü

Cəbrayılın Şukurbəyli kəndinə yeni köç karvanı yola düşdü

16 İyul 2026 / 9:39
2
Robert Brovdi “Ukrayna hərbçiləri Azov dənizində Rusiyaya məxsus 116 gəmiyə zərbə endiriblər”

Robert Brovdi “Ukrayna hərbçiləri Azov dənizində Rusiyaya məxsus 116 gəmiyə zərbə endiriblər”

16 İyul 2026 / 9:27
1
Rusiyada Miqrantlarla bağlı yeni qanun-Xüsusi telefonla..

Rusiyada Miqrantlarla bağlı yeni qanun-Xüsusi telefonla..

16 İyul 2026 / 9:21
3
Qarabağ FK “Vestri” komandasının qonağı olacaq

Qarabağ FK “Vestri” komandasının qonağı olacaq

16 İyul 2026 / 9:13
2
Bakıda oteldə yanğın baş verib, qonaqlar təxliyə olunub-Video

Bakıda oteldə yanğın baş verib, qonaqlar təxliyə olunub-Video

16 İyul 2026 / 9:08
1
Vens:”İsrailin Trampı İranla bağlı şantaj etdiyi iddialar yalandır”

Vens:”İsrailin Trampı İranla bağlı şantaj etdiyi iddialar yalandır”

16 İyul 2026 / 8:53
8
Lavrov: “Biz Çinin Ukrayna ətrafındakı vəziyyətlə bağlı konstruktiv və balanslaşdırılmış mövqeyini yüksək qiymətləndiririk”

Lavrov: “Biz Çinin Ukrayna ətrafındakı vəziyyətlə bağlı konstruktiv və balanslaşdırılmış mövqeyini yüksək qiymətləndiririk”

16 İyul 2026 / 8:48
1
Ceyhun Bayramov Rusiyaya səfərə getdi

Ceyhun Bayramov Rusiyaya səfərə getdi

16 İyul 2026 / 8:43
1
XIN Azərbaycan Vətəndaşlarina xəbərdarlıq etdi: “Orda işləmək üçün getməyin”

XIN: Vurulan gəminin 10 azərbaycanlı heyət üzvü ölkəmizə təxliyə edildi

16 İyul 2026 / 8:26
3
Yunanıstan Rusiyaya qarşı sanksiyalar paketinin qəbuluna etiraz edib

Yunanıstan Rusiyaya qarşı sanksiyalar paketinin qəbuluna etiraz edib

16 İyul 2026 / 7:56
1
Zelenski: Baş Qərargahda hərbi istehsal məsələsinə böyük diqqət yetirilib

Zelenski Sergey Koretskinin baş nazirliyə namizədliyini irəli sürdü

16 İyul 2026 / 7:35
1
Musiqili Teatr dörd aylıq repertuar planını açıqladı – FOTO

Musiqili Teatr 116-cı mövsümə konsert proqramı ilə yekun vuracaq

15 İyul 2026 / 20:29
24
Nazim Hüseynlinin qələmində milli ruhun poetik təntənəsi

Nazim Hüseynlinin qələmində milli ruhun poetik təntənəsi

15 İyul 2026 / 20:07
9
Sabahdan hava kəskinləşir-Bakı və rayonlar üçün xəbərdarlıq

Sabahdan hava kəskinləşir-Bakı və rayonlar üçün xəbərdarlıq

15 İyul 2026 / 17:02
4
Ağstafada 21 yaşlı gənc ürəyindən bıçaqlandı

Gəncə şəhərində 20 yaşlı oğlan bıçaqlanıb

15 İyul 2026 / 16:55
2
XIN Azərbaycan Vətəndaşlarina xəbərdarlıq etdi: “Orda işləmək üçün getməyin”

XIN Azərbaycan Vətəndaşlarina xəbərdarlıq etdi: “Orda işləmək üçün getməyin”

15 İyul 2026 / 16:23
1
Prezident İlham Əliyev qanun imzaladi

Prezident İlham Əliyev 1 sərəncam, 4 fərman imzaladı

15 İyul 2026 / 16:16
12
Lamin Yamalın villasina basqın etmək istədilər – Mühafizəçilər qarşısını aldilar

Lamin Yamalın villasina basqın etmək istədilər – Mühafizəçilər qarşısını aldilar

15 İyul 2026 / 16:12
2
“Rənglərdən çiçəklərə” adlı yaradıcı master-klas keçirilib-Fotolar

“Rənglərdən çiçəklərə” adlı yaradıcı master-klas keçirilib-Fotolar

15 İyul 2026 / 13:50
35
Yeni 100 manatlıq tədavülə buraxılır

Yeni 100 manatlıq tədavülə buraxılır

15 İyul 2026 / 13:24
2
Ümumdünya Gömrük Təşkilatının baş katibi Abşeron Logistika Mərkəzini ziyarət edib

Ümumdünya Gömrük Təşkilatının baş katibi Abşeron Logistika Mərkəzini ziyarət edib

15 İyul 2026 / 12:24
9
Ursula Fon der Lyayen növbəti dəfə Kiyevə səfər edib-Foto

Ursula Fon der Lyayen növbəti dəfə Kiyevə səfər edib-Foto

15 İyul 2026 / 12:20
1
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.