11 - 09 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Siyasət

Ceyhun Bayramovla Sergey Lavrov arasında görüş keçirilib

İyul 17, 2026
Siyasət
A A

Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramovla Sergey Lavrov arasında görüş keçirilir.

Avropa.info xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN yayıb.

***

Azərbaycan Xarici İşlər Nazirliyi nazirlərin görüşü zamanı müzakirə edilən məsələləri açıqlayıb.

Bildirilib ki, görüş zamanı, Azərbaycan-Rusiya münasibətlərinin siyasi, iqtisadi-ticarət, nəqliyyat, humanitar, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Nazirlər iki ölkə arasında mövcud olan müttəfiqlik münasibətlərinin qarşılıqlı hörmət və milli maraqların nəzərə alınması əsasında inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar. Bu çərçivədə, ali və yüksək səviyyədə əldə olunmuş razılaşmaların icra vəziyyəti nəzərdən keçirilib.

Ticarət-iqtisadi əməkdaşlığın inkişafı, Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının fəaliyyəti, Azərbaycan-Rusiya İşgüzar Şurasının rolu, habelə iqtisadi əlaqələrin daha da genişləndirilməsi imkanları müzakirə edilib. Sonuncusu 16 aprel 2026-cı ildə Zəngilanda keçirilmiş hökumətlərarası komissiyanın ikitərəli iqtisadi münasibətlərdə rolu vurğulanıb.

Nazirlər qlobal iqtisadiyyatda mövcud mürəkkəb vəziyyətə baxmayaraq, Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsinin müsbət dinamikasını qoruduğunu qeyd ediblər.

Nəqliyyat bağlantılarının və regional nəqliyyat layihələrinin inkişafının təkcə iştirakçı dövlətlərin deyil, bütövlükdə regionun iqtisadi dayanıqlığının möhkəmləndirilməsinə xidmət etdiyi vurğulanıb. Qeyd olunub ki, bu istiqamətdə həyata keçirilən layihələr qarşılıqlı fayda əsasında bütün iştirakçıların maraqlarına xidmət etməli, etimadın möhkəmlənməsinə, iqtisadi inkişafın və regional əməkdaşlığın genişlənməsinə töhfə verməlidir.

Tərəflər nəqliyyat və tranzit əməkdaşlığına dair məsələləri nəzərdən keçirərək, Beynəlxalq “Şimal-Cənub” Nəqliyyat Dəhlizi çərçivəsində əməkdaşlığın inkişafı, multimodal daşımaların genişləndirilməsi və logistika marşrutlarının səmərəliliyinin artırılmasının əhəmiyyətini qeyd ediblər.

Görüşdə humanitar sahədə əməkdaşlıq, mədəniyyət, təhsil, elm və idman sahələrində əlaqələrin inkişafı, insanlar arasında təmasların, akademik və gənclər mübadiləsinin təşviqi məsələləri müzakirə olunub.

Bununla yanaşı, hər iki ölkənin vətəndaşları üçün əlverişli şəraitin yaradılması, akademik mübadilənin genişləndirilməsi, habelə mədəniyyət və təhsil müəssisələri arasında əməkdaşlığın davam etdirilməsinin vacibliyi qeyd olunub.

Xəzər dənizində ekoloji vəziyyət, o cümlədən su səviyyəsinin azalması ilə bağlı yaranan çağırışlar və bu istiqamətdə əməkdaşlığın əhəmiyyəti diqqətə çatdırılıb. Bu problemlərin həlli məqsədilə Xəzəryanı dövlətlər arasında koordinasiyalı fəaliyyətin, elmi tədqiqatların və birgə praktik tədbirlərin vacibliyi qeyd olunub.

Nazirlər regional və beynəlxalq gündəlikdə duran aktual məsələləri də müzakirə ediblər. Cənubi Qafqazda mövcud vəziyyətə toxunan nazir Ceyhun Bayramov 44 günlük Vətən müharibəsindən sonra regionda formalaşmış yeni reallıqların beynəlxalq hüququn, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə əsaslandığını vurğulayıb.

Azərbaycanın sülh gündəliyinə sadiqliyi, həyata keçirdiyi konstruktiv təşəbbüslər, o cümlədən etimad quruculuğu istiqamətində atdığı addımların normallaşma prosesinin irəliləməsinə mühüm töhfə verdiyi diqqətə çatdırılıb. Həmçinin, sülh prosesi çərçivəsində qalan məsələlərin həllinin Cənubi Qafqazda uzunmüddətli sabitliyin, rifahın və qarşılıqlı etimadın daha da möhkəmlənməsinə xidmət edəcəyinə əminlik ifadə olunub.

Görüş zamanı Yaxın Şərqdə vəziyyət, Rusiya-Ukrayna münaqişəsi və digər regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Diplomatik dialoqun və beynəlxalq hüququn norma və prinsiplərinə hörmətin sülhün və sabitliyin təmin edilməsində əhəmiyyəti vurğulanıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazirlər daha sonra mətbuat konfransında çıxış edib, media nümayəndələrinin suallarını cavablandırıblar.

Səfər çərçivəsində həmçinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi arasında 2026-2027-ci illər üzrə Məsləhətləşmələr Planı imzalanıb.







 

Əvvəlki Yazı

Tərtərdə ağır yol-nəqliyyat hadisəsi -Sürücü və xanımı həlak oldu -Video

Növbəti Yazı

Polyaklar ukraynalıları ölkələrində görmək istəmir

XƏBƏR LENTİ

Akademik Musiqili Teatrında Mobil Əhmədovun 95 illiyinə həsrolunmuş konsert keçirilib – FOTOLAR

Akademik Musiqili Teatrında Mobil Əhmədovun 95 illiyinə həsrolunmuş konsert keçirilib – FOTOLAR

11 Sentyabr 2026 / 20:39
1
Mali ordusu: Avqust ayı əməliyyatlarında 1000-ə yaxın silahlı dəstə üzvlərini zərərsizləşdirilib

Mali ordusu: Avqust ayı əməliyyatlarında 1000-ə yaxın silahlı dəstə üzvlərini zərərsizləşdirilib

11 Sentyabr 2026 / 17:24
1
BRİKS sammitində Putin ayaqda alqışlandı: təfərrüatlar

BRİKS sammitində Putin ayaqda alqışlandı: təfərrüatlar

11 Sentyabr 2026 / 17:16
19
Baş prokuror Kamran Əliyev Qazaxıstana səfərdədir -Fotolar

Baş prokuror Kamran Əliyev Qazaxıstana səfərdədir -Fotolar

11 Sentyabr 2026 / 17:03
26
Diyarbəkirdə 77 nəfərin dəfn edildiyi binada sütun kəsilib

Diyarbəkirdə 77 nəfərin dəfn edildiyi binada sütun kəsilib

11 Sentyabr 2026 / 16:50
27
Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın iclası keçirildi – Fotolar

Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın iclası keçirildi – Fotolar

11 Sentyabr 2026 / 16:39
30
Euractiv: Kiyev Aİ-ni müdafiə sənayesinin genişlənməsinin yavaş tempinə görə tənqid edib

Euractiv: Kiyev Aİ-ni müdafiə sənayesinin genişlənməsinin yavaş tempinə görə tənqid edib

11 Sentyabr 2026 / 15:53
13
Türkiyə məhkəməsi İstanbulun keçmiş bələdiyyə başqanı İmamoğlunu 2 il müddətinə azadlıqdan məhrum edib

Türkiyə məhkəməsi İstanbulun keçmiş bələdiyyə başqanı İmamoğlunu 2 il müddətinə azadlıqdan məhrum edib

11 Sentyabr 2026 / 15:45
10
Ukrayna Silahlı Qüvvələrinin hücumundan sonra Qafqazda liman və dram teatrı yanıb

Ukrayna Silahlı Qüvvələrinin mikroavtobusa hücumu nəticəsində iki nəfər ölüb

11 Sentyabr 2026 / 15:29
4
İran prezidenti Pezeşkian: Müharibənin davam etməsi ilə razı deyiləm

İran prezidenti Pezeşkian: Müharibənin davam etməsi ilə razı deyiləm

11 Sentyabr 2026 / 14:44
7
Cənubi Kipr Rum Administrasiyasında təyyarədə bomba təhlükəsi

Cənubi Kipr Rum Administrasiyasında təyyarədə bomba təhlükəsi

11 Sentyabr 2026 / 14:41
5
Türk dövlətləri arasında “TÜRKPOL” qurulursa

Türk dövlətləri arasında “TÜRKPOL” qurulursa

11 Sentyabr 2026 / 14:37
5
Elnarə Akimova:”Ailənin real gəliri və sosial yükü də nəzərə alınmalıdır”

Elnarə Akimova:”Ailənin real gəliri və sosial yükü də nəzərə alınmalıdır”

11 Sentyabr 2026 / 13:48
19
Hikmət Hacıyev:”Azərbaycan xüsusilə 1990-cı illərin əvvəllərində terrordan əziyyət çəkmiş ölkədir”

Hikmət Hacıyev:”Azərbaycan xüsusilə 1990-cı illərin əvvəllərində terrordan əziyyət çəkmiş ölkədir”

11 Sentyabr 2026 / 13:09
7
Rusiya: Əgər Litvada nüvə silahı yerləşdirilsə, onun ərazisi bizim hədəfimiz olacaq

Rusiya: Əgər Litvada nüvə silahı yerləşdirilsə, onun ərazisi bizim hədəfimiz olacaq

11 Sentyabr 2026 / 12:53
13
Pakistan: Biz ABŞ və İranın danışıqlar masasına qayıtmasında israr edirik

Pakistan: Biz ABŞ və İranın danışıqlar masasına qayıtmasında israr edirik

11 Sentyabr 2026 / 12:48
6
Husilər əsas limanı ələ keçirib və Qırmızı dəniz sahillərinə nəzarəti ələ keçirirlər

Husilər əsas limanı ələ keçirib və Qırmızı dəniz sahillərinə nəzarəti ələ keçirirlər

11 Sentyabr 2026 / 10:24
3
Rusiyanin Belqorod vilayəti kütləvi hücuma məruz qalıb: itkilər var

Rusiyanin Belqorod vilayəti kütləvi hücuma məruz qalıb: itkilər var

11 Sentyabr 2026 / 10:05
6
 Hikmət Hacıyev:”Bu gün Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır”

 Hikmət Hacıyev:”Bu gün Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır”

11 Sentyabr 2026 / 9:57
9
35 yaşlı kişi evində ölü tapıldı

Sabirabadda 37 yaşlı kişinin meyiti anbarda tapıldı

11 Sentyabr 2026 / 9:48
6
ABŞ prezidenti Tramp blokadanın çox təsirli olduğunu müdafiə etdi: Biz İrana çox sərt dərs verdik

Tramp Respublikaçılar Partiyasının Milli Konqresində “Noyabrın 3-də seçki qələbəsi” mesajını verib

11 Sentyabr 2026 / 9:44
8
İsrailin baş naziri Netanyahu İran və Hizbullahı “daha çox şey yoldadır” sözləri ilə hədələyib

İsrailin baş naziri Netanyahu İran və Hizbullahı “daha çox şey yoldadır” sözləri ilə hədələyib

11 Sentyabr 2026 / 9:36
12
Səudiyyə Ərəbistanı ABŞ prezidenti Trampdan husilərə hücum etməsini istəyib

Səudiyyə Ərəbistanı ABŞ prezidenti Trampdan husilərə hücum etməsini istəyib

11 Sentyabr 2026 / 9:27
15
Konqo Demokratik Respublikasında yanğında ölən tələbələrin sayı 29-a yüksəlib

Konqo Demokratik Respublikasında yanğında ölən tələbələrin sayı 29-a yüksəlib

11 Sentyabr 2026 / 9:19
11
İsrailin Qəzzada törətdiyi soyqırımda istifadə etdiyi gizli sistemlər yeni sənədli filmdə üzə çıxıb

İsrailin Qəzzada törətdiyi soyqırımda istifadə etdiyi gizli sistemlər yeni sənədli filmdə üzə çıxıb

11 Sentyabr 2026 / 9:14
25
Yaponiya BMT-nin yeni xəritəsinə Kuril adalarına görə etiraz edir

Yaponiya BMT-nin yeni xəritəsinə Kuril adalarına görə etiraz edir

11 Sentyabr 2026 / 8:56
32
Narkotiklər Kolumbiyadan Yunanıstana qızılgüllərlə daşınıb

Narkotiklər Kolumbiyadan Yunanıstana qızılgüllərlə daşınıb

11 Sentyabr 2026 / 8:50
16
ABŞ prezidenti Tramp Respublikaçılar qalib gələrsə, amerikalılara 5 min dollar ödəyəcəyini vəd edir

Trampın 5 min dollarlıq çek vədi administrasiyada qarışıqlıq yaradıb

11 Sentyabr 2026 / 8:41
9
Trampın müxaliflərinin işində ən yüksək səviyyəli prokuror gözlənilmədən istefa verdi

Trampın müxaliflərinin işində ən yüksək səviyyəli prokuror gözlənilmədən istefa verdi

11 Sentyabr 2026 / 8:36
21
Vladimir Putin Nyu-Dehliyə işgüzar səfərə gəlib

Vladimir Putin Nyu-Dehliyə işgüzar səfərə gəlib

11 Sentyabr 2026 / 8:30
16
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.