Bakının Sabunçu rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı piyada ağır xəsarət alıb.
Avropa.info xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.
Məlumata görə, “Kia” markalı avtomobil yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Nurlan Gülməmməd oğlu Əsgərovu vurub.
Qəza nəticəsində piyada ayaqlarından sınıq xəsarətləri alıb. Sürücü yaralını dərhal xəstəxanaya çatdırıb.
Hazırda zərərçəkənə tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma aparılır.






























