Ötən gün paytaxtın Qaradağ rayonunda ağır yol qəzası baş verib.
Avropa.info xəbər verir ki, Rauf Hüseynovun idarə etdiyi “Toyota” markalı avtomobil “Ford Transit” markalı yük avtomobilinə çırpılıb.
Nəticədə minik avtomobilinin sürücüsü və avtomobildə olan sərnişin Bəhruz Sultanov aldıqları xəsarətlərdən həlak olublar. Yük maşının sürücüsü Mais Abbasov isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Avropa.info-nun məlumatına görə, qəzada ölən B. Sultanov və R.Hüseynov “Qobu” Peşəkar Futbol Klubunun oyunçuları olub.






























