İşıq dirəkləri var, amma işıq yoxdur… Piyada yolu keçmək məcburiyyətindədir, ancaq təhlükəsiz keçid yoxdur.
Avropa.info xəbər verir ki, söhbət Bakı-Quba yolunun Sumqayıtın Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən keçən hissəsindən gedir.
Ərazidə yaşayan sakinlər deyirlər ki, sutkanın qaranlıq vaxtlarında burada yolu qarşı tərəfə keçmək olduqca təhlükəlidir. Maşınlar yüksək sürətlə hərəkət edir, işıqlandırma yoxdur.
İddialara görə, son bir il ərzində bu ərazidə 7-dən çox piyadanın vurulması ilə nəticələnən qəza hadisəsi baş verib. Yaxınlıqda məktəb də yerləşir.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən “Xəzər Xəbərə bildirildi ki, həmin istiqamətdə gecə işıqlandırılması ilə bağlı texniki problem yaranıb. Problemin aradan qaldırılması üçün müvafiq addımlar atılacaq.






























