Bəhreyndə həyacan siqnalı səsləndikdən sonra vətəndaşlardan və sakinlərdən sakit olmaları və ən yaxın təhlükəsiz əraziyə getmələri xahiş olunub.
Avropa.info xəbər verir ki, Bəhreyn Daxili İşlər Nazirliyinin ABŞ-da yerləşən X şirkətinin sosial media platformasında verdiyi açıqlamada ölkədə həyacan siqnalınin işə salındığı bildirilib.
Nazirlik tərəfindən edilən xəbərdarlıqda əhalidən sakit olmaları və ən yaxın təhlükəsiz əraziyə getmələri xahiş edilib.
Körfəzdəki bəzi ərəb ölkələri, xüsusən də Küveyt və Bəhreyn günlərdir ki, hava hücumundan müdafiə sistemlərinin İrandan gələn hava hücumlarının qarşısını aldığına dair açıqlamalar verir.





























