Azərbaycanın Ukraynadakı səfirliyinin yaxın əraziləri hava zərbələrinə məruz qalıb

Rusiya ordusu Azərbaycanın Ukraynadakı səfirliyinə yaxın ərazilərə raket zərbələri endirib.

Avropa.info xəbər verir ki, səfirliyin inzibati binasından 200-250 metr məsafədə dağıntı və yanğın baş verib.

Səfirlik binasına ziyan dəyməsi ilə bağlı hələ ki, dəqiq məlumat yoxdur.

Kiyev şəhər meri Vitali Kliçko isə bildirib ki, raket zərbələri nəticəsində iki nəfər yaralanıb. Hər iki mülki şəxs xəstəxanaya yerləşdirilib.

Dağıntılar nəticəsində xəsarət alanların sayının artacağı ehtimal edilir.

XƏBƏR LENTİ