07 - 08 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Manşet

Azərbaycan diplomatiyasının uğur formulu: Səssizlik, lakin prinspiallılıq – TƏHLİL

İyul 11, 2026
Manşet, Siyasət
A A

“İsraildə qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı təşəbbüsün dondurulması təkcə bir diplomatik epizod deyil. Bu, Prezident İlham Əliyevin son illərdə formalaşdırdığı çoxvektorlu xarici siyasət kursunun, balanslaşdırılmış diplomatiya modelinin və milli maraqlara söykənən strateji xəttin növbəti uğurlu nəticəsidir. Rəsmi Bakı bu prosesdə bir daha göstərdi ki, Azərbaycan fərqli geosiyasi baxışlara, müxtəlif regional prioritetlərə və zaman-zaman bir-biri ilə ziddiyyət yaşayan maraqlara malik tərəflərlə münasibətlərini qorumağı, eyni zamanda öz milli maraqlarını prinsipial şəkildə müdafiə etməyi bacarır”.

Bunu Avropa.info-ya açıqlamasında Milli Məclisin deputatı Sadiq Qurbanov deyib.

Onun sözlərinə görə, bu diplomatik uğur bir daha sübut etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursu yalnız münasibətlər qurmaq yox, həm də mürəkkəb siyasi böhranları tərəflərdən heç biri ilə münasibətləri zədələmədən idarə etmək gücünə malikdir. “İsraildə belə həssas təşəbbüsün dayandırılması da məhz bu diplomatik xəttin məhsuludur”, – deyə o vurğulatyıb.

Deputat hesab edir ki, İsraildə “erməni soyqırımı” təşəbbüsünün dayandırılması da bu çoxvektorlu siyasətin praktik nəticəsidir: “Bakı həm Türkiyənin həssas olduğu məsələ ilə bağlı prinsipial mövqe ortaya qoydu, həm də bunu İsraillə münasibətləri zədələmədən etdi”.

O əlavə edib ki, bu hadisədə diqqət çəkən əsas məqam Azərbaycanın seçdiyi diplomatik davranış modeli oldu. “Rəsmi Bakı nə məsələni emosional ritorika səviyyəsinə endirdi, nə də onu açıq diplomatik böhrana çevirdi. Yəni Bakı öz etirazını qarşıdurma dili ilə deyil, strateji arqumentlərlə, siyasi çəkisini ortaya qoymaqla və münasibətlərin həssas məqamlarını xatırlatmaqla ifadə etdi. Bu, Prezident İlham Əliyevin diplomatiyasının ən mühüm cəhətləri də budur: milli maraqlar müdafiə olunur, amma münasibətlər yandırılmır; prinsipial mövqe sərgilənir, amma körpülər dağıdılmır; nəticə əldə olunur, amma tərəflərdən heç biri açıq itirən tərəfə çevrilmir. Bakının bu məsələdə atdığı addımlar bir daha göstərdi ki, Prezident İlham Əliyevin qurduğu xarici siyasət modeli qardaşlıq və strateji tərəfdaşlıq arasında seçim etmir, əksinə onları uzlaşdırır. Azərbaycan Türkiyənin milli maraqlarına toxunan bir məsələ qarşısında susmadı, prinsipial mövqe tutdu və prosesə müdaxilə etdi. Eyni zamanda, bunu elə etdi ki, İsraillə münasibətlərə zərbə dəymədi, tərəflər arasında əlavə gərginlik yaranmadı və əməkdaşlıq platforması qorundu.

Bu, sadəcə diplomatik manevr deyil, ciddi siyasi ustalıqdır. Çünki bugünkü mürəkkəb beynəlxalq şəraitdə bir-biri ilə fərqli baxışlara malik olan, bəzən eyni məsələyə tamamilə zidd mövqedən yanaşan tərəflərlə münasibətləri eyni anda qorumaq və onların arasında etibarlı aktor olaraq qalmaq asan məsələ deyil. Azərbaycan isə bunu bacardığını növbəti dəfə nümayiş etdirdi”, – o vurğulayıb.

S. Qurbanov onu da qeyd edib ki, İsraildə təşəbbüsün dondurulması həm də Azərbaycanın regionda yalnız tərəf seçən yox, həm də sabitləşdirici və tarazlayıcı rol oynayan aktor olduğunu göstərdi:

“Bu hadisə bir daha göstərdi ki, Prezident İlham Əliyevin xarici siyasət xətti mürəkkəb regional və qlobal şərtlər daxilində Azərbaycanın maraqlarını qorumağa, eyni zamanda müxtəlif güc mərkəzləri ilə münasibətləri saxlamağa imkan verir. Məhz buna görə də İsraildə təhlükəli təşəbbüsün dayandırılması təkcə bir diplomatik nəticə yox, Prezident İlham Əliyev diplomatiyasının siyasi çəkisinin, balans siyasətinin və milli maraqları səssiz, amma qətiyyətlə təmin etmək bacarığının daha bir təsdiqi kimi qiymətləndirilməlidir”.

Avropa.info

Əvvəlki Yazı

Ukraynadan yeni hədəf- Rusiya gəmilərini vurdu, Kerç boğazı bağlandı

Növbəti Yazı

Tramp:”Biz iş yerlərini məhv edən qaydaları ləğv edirik, yeni layihələrə yol açırıq”

XƏBƏR LENTİ

Yaltada Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz kater sahilə çıxıb

Yaltada Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz kater sahilə çıxıb

07 Avqust 2026 / 16:52
10
Çin süni intellekt modeli Böyük Britaniya hökumətinin sınaq mühitindən qurtula bildi

Çin süni intellekt modeli Böyük Britaniya hökumətinin sınaq mühitindən qurtula bildi

07 Avqust 2026 / 16:41
1
Yeni bir dövr başlayır: Məkkə müqaviləsi niyə vacibdir?

Yeni bir dövr başlayır: Məkkə müqaviləsi niyə vacibdir?

07 Avqust 2026 / 16:36
5
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan Məkkə Müdafiə Sazişi imzalandi

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan Məkkə Müdafiə Sazişi imzalandi

07 Avqust 2026 / 16:20
18
Rusiyada Azərbaycan əsilli idmançıya hökm oxundu

Rusiyada Azərbaycan əsilli idmançıya hökm oxundu

07 Avqust 2026 / 15:28
16
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan üçtərəfli müdafiə sazişi imzalayacaq

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan üçtərəfli müdafiə sazişi imzalayacaq

07 Avqust 2026 / 11:06
3
Tərtər şəhərində ər və arvadın yanaraq öldüyü hadisənin qəsdən törədilməsi bəlli olub-Həbs olunan var

Tərtər şəhərində ər və arvadın yanaraq öldüyü hadisənin qəsdən törədilməsi bəlli olub-Həbs olunan var

07 Avqust 2026 / 10:18
8
Beyləqanda 18 yaşlı gənc kanalda bataraq ölüb

Beyləqanda 18 yaşlı gənc kanalda bataraq ölüb

07 Avqust 2026 / 10:04
14
Rusiya səmasında gecə ərzində 203 pilotsuz təyyarə vurulub

Rusiya səmasında gecə ərzində 203 pilotsuz təyyarə vurulub

07 Avqust 2026 / 9:54
21
Məhəmməd Əsədullazadə :“Moskva Təzyiq Siyasətini Sürdürür”

Məhəmməd Əsədullazadə:“Azərbaycan-Ermənistan Mövzusu ATƏT Üçün Artıq Qapalı Səhifədir”

07 Avqust 2026 / 9:26
53
Yekaterinburqdakı Wildberries obyekti PUA hücumundan sonra yanıb, yanğın söndürülür

Yekaterinburqdakı Wildberries obyekti PUA hücumundan sonra yanıb, yanğın söndürülür

07 Avqust 2026 / 9:21
6
İsrailin diaspor naziri Çikli: Makron bizi kürəyimizdən bıçaqladı

İsrailin diaspor naziri Çikli: Makron bizi kürəyimizdən bıçaqladı

07 Avqust 2026 / 9:07
3
Prezident Ərdoğan Səudiyyə Ərəbistanına gedib

Prezident Ərdoğan Səudiyyə Ərəbistanına gedib

07 Avqust 2026 / 9:03
4
Yəməndə husilərin mediası: Səudiyyə Ərəbistanı Kamaran adasına hücum edib

Husilər Səudiyyə Ərəbistanını raket atəşinə tutub- Yaralılar var

07 Avqust 2026 / 8:55
9
Pentaqon dekabr ayında 100-dən çox uzaqmənzilli PrSM raketlərinin tədarük edildiyini açıqlamışdı

Pentaqon dekabr ayında 100-dən çox uzaqmənzilli PrSM raketlərinin tədarük edildiyini açıqlamışdı

07 Avqust 2026 / 8:17
1
FAA yüzlərlə Boeing 737 Max təyyarəsində çatların yoxlanılmasını əmr edir

FAA yüzlərlə Boeing 737 Max təyyarəsində çatların yoxlanılmasını əmr edir

07 Avqust 2026 / 8:07
12
Hindistanda ildırım vurması nəticəsində ölənlərin sayı 20-yə çatıb

Hindistanda ildırım vurması nəticəsində ölənlərin sayı 20-yə çatıb

07 Avqust 2026 / 8:02
12
ABŞ prezidenti Tramp doğum hüququ ilə vətəndaşlığa qoyulan məhdudiyyətləri genişləndirən sərəncamlar imzalayıb

ABŞ prezidenti Tramp doğum hüququ ilə vətəndaşlığa qoyulan məhdudiyyətləri genişləndirən sərəncamlar imzalayıb

07 Avqust 2026 / 7:57
9
Süni intellektin aldatma imkanları təhlükəsizlik testində yeni səviyyəyə çatır

Təhsil naziri:Danimarkada məktəblərdə süni intellektlə saxtakarlığa qarşı şifahi müdafiə tələb olunurdu

07 Avqust 2026 / 7:51
14
Konqoda Ebola epidemiyası böyüyür, Virus mutasiyaya uğramış ola bilər

Konqoda Ebola epidemiyası böyüyür, Virus mutasiyaya uğramış ola bilər

07 Avqust 2026 / 7:44
11
Tramp administrasiyası ləğv edilən tariflərə görə şirkətlərə 100 milyard dollar qaytarıb

Tramp: “İranla razılaşma tezliklə əldə oluna bilər

07 Avqust 2026 / 7:32
12
UEFA FİFA təşkilatlarını boykot qərarından geri çəkilməyib

UEFA FİFA təşkilatlarını boykot qərarından geri çəkilməyib

06 Avqust 2026 / 23:15
9
Suriyanın paytaxtı Dəməşqdə güclü partlayış: Ölən və yaralananlar var

Suriyanın paytaxtı Dəməşqdə güclü partlayış: Ölən və yaralananlar var

06 Avqust 2026 / 23:09
19
Zelenski Ceyhun Bayramovla görüşüb -Video

Zelenski Ceyhun Bayramovla görüşüb -Video

06 Avqust 2026 / 22:46
10
Romada İsrail və Livan arasında danışıqların 7-ci raundu davam edir

Romada İsrail və Livan arasında danışıqların 7-ci raundu davam edir

06 Avqust 2026 / 20:23
12
Rusiydan Bakıya uçan azərbaycanlı iş adamı aeroportda saxlanıldı

Rusiydan Bakıya uçan azərbaycanlı iş adamı aeroportda saxlanıldı

06 Avqust 2026 / 20:09
9
Razı Nurullayev:“Kənddə Yaşayan İnsana Dolanışıq Və İş Lazımdır”

Razi Nurullayev:”Şimal-Cənub» beynəlxalq dəhlizi tam gücü ilə işləməyə başlayacaq”

06 Avqust 2026 / 17:18
72
İsrailin Qəzzaya hücumlarına Türkiyə və 7 ölkədən birgə reaksiya

İsrailin Qəzzaya hücumlarına Türkiyə və 7 ölkədən birgə reaksiya

06 Avqust 2026 / 17:01
5
Bakı-Qazax yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib -Yaralilar var -Video

Bakı-Qazax yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib -Yaralilar var -Video

06 Avqust 2026 / 16:44
17
18 yaşlı İbrahim Əbilov Yeniyetmənin “iPhone”unu əlindən alıb 20 Yanvarda satdı – Video

18 yaşlı İbrahim Əbilov Yeniyetmənin “iPhone”unu əlindən alıb 20 Yanvarda satdı – Video

06 Avqust 2026 / 16:39
16
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.