Antalyanın Kəpəz rayonunda meşəlik ərazidə baş verən yanğına havadan və qurudan müdaxilə edilir.
Avropa.info xəbər verir ki, Çamlıca rayonunda meşə sahəsində naməlum səbəbdən yanğın baş verib.
Xəbər üzərinə Antalya Meşə Region Müdirliyi qrupları və xilasetmə qrupları bölgəyə sövq edildi.
Komandalar 5 helikopter, 4 yanğınsöndürmə təyyarəsi, 12 su tankeri, 4 su təchizatı maşını, 4 ilk müdaxilə maşını və çoxlu sayda meşə işçisi ilə hava və qurudan yanğına müdaxilə edir.
Yanğının nəzarət altına alınması üçün işlər davam etdirilir.





























