Ağcabədidə 33 yaşlı gənc kanalda batıb

İyulun 26-da Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar xəttinə Qarabağ suvarma kanalının Ağcabədi rayonunun Aşağı Avşar kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Avropa.info xəbər verir ki, bu barədə  Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş – 1993-cü il təvəllüdlü İbrahimov Orxan Feyruz oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Əlavə məlumat veriləcək.

XƏBƏR LENTİ