ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazında “İranın ticarət gəmiçiliyini təhdid etmək qabiliyyətini zəiflətmək məqsədi ilə” yeni hücuma keçdiyini açıqlayıb.
Avropa.info xəbər verir ki, mövzu ilə bağlı ABŞ mərkəzi X şirkəti CENTCOM-un sosial media platformasında açıqlama verilib.
Açıqlamada deyilir: “ABŞ qüvvələri Ali Baş Komandanın (Prezident Donald Tramp) göstərişlərinə uyğun olaraq, bu gün Şərq vaxtı ilə saat 17.30-da (GMT 00.30) İran hərbi obyektlərinə yeni hücumlar həyata keçirib.
Bəyanatın davamında bu əməliyyatın “İranın regional sulardan keçən mülki dənizçiləri və ticarət gəmilərini təhdid etmək imkanlarını daha da zəiflətmək üçün” davam etdiriləcəyi bildirilib.
Yeni başlayan əməliyyat ABŞ-ın son dövrdə İrana qarşı ardıcıl 12-ci hücumu olaraq qeydə alınıb.
CENTCOM-un İrana qarşı 11-ci hücum dalğasını “uğurla tamamladığı” bildirilib və İranın hərbi əməliyyat mərkəzləri, dəniz imkanları, təyyarə anqarları, pilotsuz uçuş aparatlarının saxlanması obyektləri və hərbi logistika infrastrukturunun hədəfə alındığı bildirilib.





























