ABŞ-a məxsus erkən xəbərdarlıq təyyarəsi Fars körfəzində bir ay ərzində ikinci dəfədir ki, fövqəladə vəziyyət siqnalı verib.
Avropa.info xəbər verir ki, bu barədə TASS Yaxın Şərqdə hava hərəkətinə nəzarət xidmətlərindəki mənbəyə istinadən yazır.
Agentliyin həmsöhbəti bildirib ki, Boeing E-3B Sentry təyyarəsi Yaxın Şərqdəki hərbi bazalardan birindən havaya qalxıb. Təyyarə Fars körfəzi sahillərində uçarkən qəza siqnalı verib və sonra öz uçuş bazasına qayıtmaq üçün enməyə başlayıb.
Hadisənin səbəbləri açıqlanmır.
Mənbə qeyd edib ki, iyunun 23-də həmin ABŞ-ın kəşfiyyat təyyarəsi eyni ərazidə fövqəladə vəziyyət siqnalı verib. Bu hadisədən sonra bir neçə gün efirə çıxmadı.
Mənbə onu da bildirib ki, təyyarə ABŞ Hərbi Hava Qüvvələri tərəfindən 46 il əvvəl – 1980-ci ildə qəbul edilib. Bort 400 km-ə qədər məsafədə hədəfləri aşkar etməyə qadirdir.
Bundan əvvəl Kalininqrad vilayətində Amerikanın Bombardier ARTEMIS II kəşfiyyat təyyarəsi görünüb.
Xatırladaq ki, İsveç kəşfiyyat təyyarəsi Murmanskdan 220 km aralıda Rusiya sərhədi yaxınlığında aşkarlanıb.






























