ABŞ-ın İranın Xuzistan əyalətində həyata keçirdiyi raket hücumları nəticəsində ilkin məlumata görə, iki nəfər həyatını itirib.
Avropa.info xəbər verir ki, İran dövlət televiziyasında yayımlanan Xuzistan valiliyinin bəyanatına görə, İran və İraq arasındakı Şələmcə sərhəd qapısındakı sərnişin terminalı ABŞ raketlərinin hədəfi olub.
İlkin təsbitlərə görə, hücumda 2 nəfərin həyatını itirdiyi bildirilib.
Valilikdən verilən açıqlamada sözügedən terminalda axtarış-xilasetmə işlərinin davam etdiyi və sərhəd qapısının keçidlərə açıq olduğu qeyd edilib.
Digər tərəfdən, əyalətin Endimeşk şəhəri yaxınlığındakı bir nöqtənin də ABŞ raketləri ilə hədəfə alındığı bildirilib.





























