21 - 05 - 2025
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Cəmiyyət

Xankəndində 70 yaşlı erməni qadın vəfat edib

Dekabr 27, 2024
Cəmiyyət
A A

Ermənistan Xankəndi sakininin meyitini qəbul etməsə Azərbaycanda dəfn ediləcək.

Bu barədə Avropa.info-ya Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının Xankəndi şəhər sakini, erməniəsilli, 1954-cü il təvəllüdlü Ağasyan Vera Varaşakovna oktyabrın 20-də səhər saat 9-10 radələrində yaşadığı ünvanda vəfat edib.

Bu barədə oktyabrın 23-də Səhiyyə Nazirliyinin Media və kommunikasiya şöbəsi tərəfindən mətbuata açıqlama verilib, ölümlə bağlı aidiyyəti orqan tərəfindən məhkəmə-tibbi ekspertizanın təyin olunduğu, keçirilən məhkəmə-tibbi ekspertizanın məlumatlarına görə, 70 yaşlı qadının ölümünə bilavasitə səbəb ağciyər arteriyasının trombozu ilə əlaqədar inkişaf etmiş kəskin ağciyər-ürək çatışmazlığının olduğu bildirilmişdir.

Həmçinin qeyd olunmuşdur ki, V.Ağasyan Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən həkim müayinəsi ilə təmin edilmiş və ona lazımi sosial müdafiə dəstəyi göstərilmişdir.

V.Ağasyanın vəfat etməsi ilə bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən elə həmin gün Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Respublikasındakı Nümayəndəliyi məlumatlandırılmış, bu barədə Ermənistanın aidiyyəti dövlət qurumlarının və V.Ağasyanın ailə üzvlərinin məlumatlandırılması xahiş edilmişdir.

Sonrakı prosesdə Ermənistanda dəfn edilməsi ilə bağlı övladlarının istəyi nəzərə alınaraq, meyitin qarşı tərəfə təhvil verilməsi üçün Dövlət Komissiyası tərəfindən BQXK-ya rəsmi müraciət edilmişdir. Humanitar prosesin həyata keçirilməsi üçün Azərbaycan tərəfindən zəruri hazırlıq tədbirləri görülmüş, ölüm haqqında tibbi şəhadətnamə və ölüm haqqında şəhadətnamə alınmış, sənədlər notarial qaydada ingilis dilinə tərcümə edilərək (Apostil verilmişdir) təsdiq edilmişdir. Meyitin 29 və ya 30 oktyabr tarixlərində BQXK-nın vasitəçiliyi ilə Laçın sərhəd nəzarət-buraxılış məntəqəsində Ermənistanın aidiyyəti dövlət qurumlarına təhvil verilməsi planlaşdırılmış və görülmüş tədbirlər barədə BQXK-nın vasitəsilə qarşı tərəfə məlumat göndərilmişdir. Lakin, müraciətdən iki aya yaxın vaxt keçməsinə baxmayaraq, qarşı tərəfdən heç bir cavab alınmamışdır. Ötən müddət ərzində məsələ BQXK-nın Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə bir neçə dəfə müzakirə edilsə də, qurumdan Ermənistan tərəfinin bu barədə onlara cavab vermədiyi bildirilmişdir.

Təhlillər göstərir ki, əvvəllər anası ilə əlaqə saxlamayan və onunla maraqlanmayan övladlarının vəfat etdikdən sonra dəfn olunması üçün meyitinin Ermənistana təhvil verilməsi ilə bağlı BQXK-ya müraciət etmələri, sonradan isə proseslə bir daha maraqlanmamaları əvvəlcədən düşünülmüş çirkin təbliğat planının tərkib hissəsi olmuşdur. Belə ki, Ermənistan tərəfi ehtimal etmişdir ki, Azərbaycan tərəfi V.Ağasyanın övladlarının meyitin qarşı tərəfə təhvil verilməsi tələbindən imtina edə və bu faktdan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP-29) öncəsi Azərbaycana qarşı siyasi məqsədlər üçün istifadə oluna bilər. Azərbaycanın humanitar prosesi həyata keçirməyə hazır olduğunu gördükdən sonra isə istəklərinə nail ola bilmədiklərindən proses onlar üçün aktuallığını itirmişdir.

Dinindən və milliyyətindən asılı olmayaraq, vəfat etmiş insanla bağlı məsələnin siyasiləşdirilməsi və bu hadisənin Azərbaycana qarşı çirkin təbliğat vasitəsinə çevrilməsi cəhdləri humanitar hüquq normalarına və bəşəri dəyərlərə hörmətsizlikdir.

Azərbaycan Respublikasının həmişə beynəlxalq humanitar hüquq normalarına hörmətlə yanaşdığını və beynəlxalq sənədlərlə üzərinə götürdüyü öhdəliklərə sadiqliyini diqqətə çatdıraraq Dövlət Komissiyası V.Ağasyanın meyitinin qarşı tərəfə verilməsinə hazır olduğunu bir daha bəyan edir.

Dini adətlərə, o cümlədən aidiyyəti mütəxəssislərin elmi rəylərinə əsasən, insan meyitinin uzun müddət saxlanılması mümkün olmadığı üçün 2025-ci ilin yanvar ayının sonunadək Ermənistan tərəfi V.Ağasyanın meyitini qəbul etməyəcəyi halda, meyit Azərbaycan Respublikasının ərazisində dəfn ediləcək və məzarı müvafiq qaydada qorunacaq”.

Əvvəlki Yazı

Azərbaycan Baş Prokurorluğunun əməkdaşları Qroznıdadır

Növbəti Yazı

“Təyyarə Qroznı yaxınlığında zədələnibsə, bu, PUA zərbəsi ehtimalını da yaradır”-Sergey Markov

XƏBƏR LENTİ

Prezident İlham Əliyev Budapeştdə tədbirdə iştirak edir – Fotolar

Prezident İlham Əliyev Budapeştdə tədbirdə iştirak edir – Fotolar

21 May 2025 / 12:41
3
Anqola Prezidenti Prezident İlham Əliyevə zəng edib

Prezident İlham Əliyev: “Bu beynəlxalq konfrans soydaşlarımızın öz doğma torpaqlarına qayıdışına önəmli töhfə verəcəkdir”

21 May 2025 / 12:32
8
Prezident Ərdoğan Macarıstanda işgüzar səfərdə

Prezident Ərdoğan Macarıstanda işgüzar səfərdə

21 May 2025 / 12:06
4
Lavrov Yerevanda Mirzoyanla görüşdü-Fotolar

Lavrov Yerevanda Mirzoyanla görüşdü-Fotolar

21 May 2025 / 12:00
13
ABŞ və AB İsrailə qarşı tədbir görür:Sazişə yenidən baxılır

ABŞ və AB İsrailə qarşı tədbir görür:Sazişə yenidən baxılır

21 May 2025 / 8:54
5
 İsrail Ordusu Qəzzada daha 78 fələstinlini öldürüb

 İsrail Ordusu Qəzzada daha 78 fələstinlini öldürüb

21 May 2025 / 8:42
57
ABŞ Dövlət Departamenti Türkiyə-ABŞ münasibətlərində ‘yeni tərəfdaşlıq dövrü’ olduğunu vurğulayır

ABŞ Dövlət Departamenti Türkiyə-ABŞ münasibətlərində ‘yeni tərəfdaşlıq dövrü’ olduğunu vurğulayır

21 May 2025 / 8:33
44
Bakı-Quba yolunda zəncirvari qəza: ölən var

Bakı-Quba yolunda zəncirvari qəza: ölən var

20 May 2025 / 22:55
5
Washington Post: Trampın komandası müharibə davam edərsə, ABŞ-ın İsraili tərk edəcəyi ilə bağlı xəbərdarlıq edir

Washington Post: Trampın komandası müharibə davam edərsə, ABŞ-ın İsraili tərk edəcəyi ilə bağlı xəbərdarlıq edir

20 May 2025 / 21:22
15
Respublika Gənclər Kitabxanasında Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illlik yubileyi çərçivəsində materiallar istifadəçilərə təqdim edilir

Respublika Gənclər Kitabxanasında Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illlik yubileyi çərçivəsində materiallar istifadəçilərə təqdim edilir

20 May 2025 / 21:07
108
SON DƏQİQƏ: Sumqayıtda zavodda güclü partlayış-Video

SON DƏQİQƏ: Sumqayıtda zavodda güclü partlayış-Video

20 May 2025 / 18:38
55
MİT başqani Kalın Suriya prezidenti Şara və heyəti ilə görüşüb

MİT başqani Kalın Suriya prezidenti Şara və heyəti ilə görüşüb

20 May 2025 / 18:29
50
Britaniya İsrailin Londondakı səfirini Xarici İşlər Nazirliyinə çağırıb

Britaniya İsrailin Londondakı səfirini Xarici İşlər Nazirliyinə çağırıb

20 May 2025 / 18:23
59
“Abzas Media” işi üzrə məhkəmə istintaqı yekunlaşdı

“Abzas Media”-nin əməkdaşlarına 12 il həbs istənilib

20 May 2025 / 17:26
90
Fransada həbsxanalara qaçaq yolla gətirilən telefonların toplanması üçün əməliyyat başladıldı

Fransada həbsxanalara qaçaq yolla gətirilən telefonların toplanması üçün əməliyyat başladıldı

20 May 2025 / 17:22
51
Prezident İlham Əliyev: Macarıstanın tələbatı səviyyəsində qaz təminatı təşkil edə bilərik

Prezident İlham Əliyev: Macarıstanın tələbatı səviyyəsində qaz təminatı təşkil edə bilərik

20 May 2025 / 16:58
55
Prezident İlham Əliyevlə Orban mətbuata birgə bəyanatla çıxış etdi

Prezident İlham Əliyevlə Orban mətbuata birgə bəyanatla çıxış etdi

20 May 2025 / 16:55
80
Prezident İlham Əliyevlə Orbanın geniş tərkibdə görüşü oldu – Foto

Prezident İlham Əliyevlə Orbanın geniş tərkibdə görüşü oldu – Foto

20 May 2025 / 16:52
119
İlham Əliyevin Orbanla məhdud tərkibdə görüşü oldu – Foto

İlham Əliyevin Orbanla məhdud tərkibdə görüşü oldu – Foto

20 May 2025 / 16:47
108
Sabirabadda 21 yaşlı oğlan yeniyetmə qızı öldürüb, Kürə atdı

Sabirabadda 21 yaşlı oğlan yeniyetmə qızı öldürüb, Kürə atdı

20 May 2025 / 16:39
67
Qəzza hökuməti: İsrail təxminən 80 gündür Qəzza zolağına humanitar yardım aparmağa icazə vermir

Azərbaycana göndərilən yük müsadirə edildi

20 May 2025 / 14:09
49
Prezident İlham Əliyev Macarıstana işgüzar səfərə gedib

Prezident İlham Əliyev Macarıstana işgüzar səfərə gedib

20 May 2025 / 14:05
119
İspaniyada mobil elektrik şəbəkələri qəzaya uğrayıb

İspaniyada mobil elektrik şəbəkələri qəzaya uğrayıb

20 May 2025 / 13:49
55
Avstraliyanın şərqində daşqınlar səbəbindən minlərlə insan təxliyə edilib

Avstraliyanın şərqində daşqınlar səbəbindən minlərlə insan təxliyə edilib

20 May 2025 / 13:44
44
ABŞ-ın borc yükünün pisləşməsi iqtisadi narahatlıqları dərinləşdirir

ABŞ-ın borc yükünün pisləşməsi iqtisadi narahatlıqları dərinləşdirir

20 May 2025 / 12:36
36
“Lavrovun Ermənistana səfərinin məqsədi siyasətçilərə, ictimaiyyətə, İrəvana müraciət etməkdir”-Korotçenko

“Lavrovun Ermənistana səfərinin məqsədi siyasətçilərə, ictimaiyyətə, İrəvana müraciət etməkdir”-Korotçenko

20 May 2025 / 12:28
53
Ermənistana casusluğa görə İqbal Əbilova hökm oxundu

Ermənistana casusluğa görə İqbal Əbilova hökm oxundu

20 May 2025 / 12:21
97
İsrail müxalifət lideri: İsrail ordusu uşaqları hobbi kimi öldürür

İsrail müxalifət lideri: İsrail ordusu uşaqları hobbi kimi öldürür

20 May 2025 / 12:18
46
Fələstin torpaqlarını ələ keçirən israillilər Məscidül-Əqsaya basqın ediblər

Fələstin torpaqlarını ələ keçirən israillilər Məscidül-Əqsaya basqın ediblər

20 May 2025 / 12:14
51
Naxçıvanda silsilə oğurluqlar edən Zəka Həsənli saxlanılıb

Naxçıvanda silsilə oğurluqlar edən Zəka Həsənli saxlanılıb

20 May 2025 / 12:10
62
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.