İranın Gürcüstandakı səfiri Əli Mocaninin paylaşdığı xəritədə Gürcüstanın şərq bölgəsini göstərməməsi beynəlxalq diplomatiyada ciddi qalmaqala səbəb olub. Bu addım qonşu ölkənin ərazi bütövlüyünə açıq hörmətsizlik və suverenliyinə təhdid kimi qiymətləndirilir.
Avropa.info xəbər verir ki, bunu Sosdem.az-a açıqlamasında Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, politoloq Məhəmməd Əsədullazadə İran səfirinin qalmaqallı paylaşımını şərh edərkən bildirib.
“Tehranın “Tarixi Ekskursiya” Cəhdi Və Məzhəb Siyasəti”
Şərhçi xəritədə məhz azərbaycanlıların sıx yaşadığı bölgələrin kənarda qalmasının təsadüfi olmadığını vurğulayıb:
“Görünür, söhbət əsasən azərbaycanlıların yaşadığı şərq hissəsindən gedir. İran burada uzun müddətdir ki, dini təbliğat aparır və öz məzhəb siyasətini bu istiqamətdə həyata keçirir. İran tərəfi bununla yenidən tarixə, dırnaqarası, ekskursiya edir və guya bu ərazilərin keçmişdə İranın tərkibində olduğu mesajını verməyə çalışır”.
“İran Region Üçün Təhlükə Mənbəyinə Çevrilir”
Ekspert İranın mövcud daxili və xarici vəziyyətini, həmçinin ABŞ-la gərginliyi fonunda bu aqressiv addımın təhlükələrini diqqətə çatdırıb:
“İran özü hazırda taleyinin ölüm-qalım dilemmasını yaşayır. Bu gün Amerika-İran müharibəsi şəraitindədir. Belə bir vəziyyətdə biz görürük ki, İran rejimi qonşularına qarşı aqressiv tonda siyasət həyata keçirir. Səfirin bu paylaşımını bir ölkənin ərazi bütövlüyünü tanımamaq kimi qiymətləndirmək olar. Sabah İran güclənərsə və ABŞ geri çəkilərsə, İran region üçün tamamilə təhlükəli bir ölkəyə çevriləcək”.
“Gürcüstan Ciddi Və Qətiyyətli Addımlar Atmalıdır”
MCP rəsmisi Tbilisini bu diplomatik təxribata qarşı ən sərt şəkildə reaksiya verməyə çağırıb:
“Yəni Rəsmi Tbilisinin İrana nota verməsi, hətta səfiri qovması və İranın da öz səfirini geri çağırması labüddür. Çünki İran artıq qırmızı xətləri keçir. Hər bir ölkənin ərazi bütövlüyü və suverenliyi toxunulmazdır. Hesab edirəm ki, İran səfirinin belə bir paylaşım etməsi şəxsi təşəbbüs deyil və bu addım Tehranla razılaşdırılıb





























