Zətdab şəhər sakini , Vətən müharibəsində Şəhidlik zirvəsinə yüksələn Anar Məmmədzadənin ad günü qeyd edilib.
Avropa.info xəbər verir ki, Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramo Hacıyev, YAP Zərdab rayon təşkilatının sədr müavini Ələkbər Kərimov, İHB Aparatının, SHXÇDX-nin Zərdab rayon bölməsinin məsul şəxsləri, Zərdab rayonu üzrə gənclər və idman sektorunun, Zərdab Gənclər Evinin, ərazidə fəaliyyət göstərən idarə və müəssisələrin əmək kollektivlərinin üzvləri, şəhid ailələri, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Anar Məmmədzadənin və Gəlmə kənd qəbiristanlığında dəfn olunmuş digər şəhidlərin məzarları ziyarət olunub. Şəhidin ailəsi ilə görüş keçirilib. Şəhidin ailə üzvləri onlara göstərilən dəstəyə, diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.































