17 - 07 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Sosial

Deputat: “Problemlərin həlli üçün təklif verməyə, döyüşməyə hazıram”

İyul 16, 2026
Sosial
A A

“Uşaqpulu məsələsində mövqeyim qətidir və dəyişməzdir. Bu vəsait həm humanist addım, həm də dövlətin öz gələcəyinə yatırdığı strateji investisiyadır. Mediada fikirlərimin kontekstdən çıxarılaraq təhrif edilməsi məni hədəfə çevirir. Mən heç vaxt deməmişəm ki, “uşaqpulu verilməsi düzgün deyil”.

Avropa.info  xəbər verir ki, bunu illərdir parlament kürsüsündən uşaqpulunun bərpasını qətiyyətlə tələb edən, lakin son dövrlər mətbuatın manipulyasiyası ucbatından qınağa məruz qalan Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev deyib.

“Media Məni Hədəf Edir“

Millət vəkili parlament fəaliyyətində ən çox önəm verdiyi uşaqpulu məsələsinin necə manipulyasiya edildiyini kədərlə qeyd edib:

“Mən uşaqpulu məsələsinə həmişə çox ciddi yanaşmışam. Parlamentdə dəfələrlə bu barədə danışmışam. 2020-ci ildə deputat seçiləndə seçicilərə söz vermişdim ki, bu məsələni daima gündəmdə saxlayacam və dediyimi də etdim. Lakin bu məsələni gündəmdə saxlamaq və bununla bağlı danışmaq heç də asan deyil. Problem bilirsiniz nədədir? Media yazdığı məqalənin və ya aldığı müsahibənin daha yaxşı oxunması və klik qazanması üçün içərisindən elə bir cümləni sərlövhəyə çıxarır ki, uşaqpulunun lehinə ən çox mübarizə aparan adamı da cəmiyyətin qarşısında hədəfə çevirir. Artıq üçüncü dəfədir belə xoşagəlməz bir halla rastlaşıram.

Bir dəfə yazmışdılar ki, guya mən demişəm ki, ‘Qarabağda tikinti aparılır, minalar təmizlənir, ona görə də uşaqpulu verilməsi düzgün deyil’. Anlamırlar ki, o söz mənə aid deyil. Hökumət Milli Məclisdə hesabat verən zaman deputatlara deyib ki, Qarabağda quruculuq işləri aparıldığı üçün uşaqpulu məsələsini gündəmə gətirmək indiki mərhələdə düzgün deyil. Media isə bu fikri sərlövhəyə elə çıxarır ki, sanki bu mənim öz şəxsi və qəti mövqeyimdir. Bu cür yanaşma tamamilə qərəzlidir”.

“İnsanın İşi Yoxdursa, Ona 500 Manat Da Kifayət Etməyəcək”

MCP lideri cəmiyyətin bəzi kəsimlərində yaranan incikliyə və vəzifəli şəxslərdən gözləntilərin reallığına da toxunub:

“Digər bir məsələdə də bənzər hal baş verdi. Belə bir fikri başlığa qoymuşdular: ‘İnsanlara 500 manat uşaqpulu verilsə, 1000 manat istəyəcəklər’. Amma bu, mənim geniş təhlilimin ən sonda dediyim, kontekstdən qopardılmış bir hissəsi idi. Ondan əvvəl mən vurğulamışdım ki, insanları uşaqpulu istəməyə vadar edən ehtiyac içində olmaq, dolana bilməməkdir. Uşaqpulu isə yalnız dövlətin verdiyi kiçik bir sosial yardım olacaq. Bu yardımla heç bir ailə normal dolana bilməyəcək. Buna görə də ölkədə insanlara rəqabətli iş yerləri yaratmaq lazımdır ki, yüksək maaş alıb, yaxşı yaşaya bilsinlər. Əgər insanın daimi işi yoxdursa, ona 500 manat da kifayət etməyəcək. Mən məsələni bu cür əsaslandırmağa çalışmışam”.

“Sanki bizim əlimizdə xüsusi bir hökumət möhürü var”

Deputat cəmiyyətdən incikliyiini də dilə gətirib:

“Bu yanlış təqdimatlardan sonra bir az da cəmiyyətdən incidim. İnsanlar yaxşı bilir ki, bugünə qədər Razi Nurullayev uşaqpulu ilə bağlı mövqeyini zərrə qədər də dəyişməyən biridir. Həmişə bu məsələni cəsarətlə gündəmə gətirmişəm. Təəssüf ki, indi cəmiyyətdə bir uçurum yaranıb. Yaxşı da desən, pis də desən insanlar qəbul etmirlər, mütləq içərisindən mənfi nə isə axtarırlar. Bir də təəssüflər olsun ki, vəzifəli şəxslərdən, deputatdan elə tələblər irəli sürürlər ki, sanki bizim əlimizdə xüsusi bir hökumət möhürü var. Sanki möhürü basıb, imza çəkəndə hər şey bir anın içində həll olunacaq. Biz qanunvericiyik, təklif veririk, lakin icraedici mexanizm tamamilə fərqlidir”.

Əvvəlki Yazı

Qubada hamilənin ölümü ilə bağlı araşdırma başlayıb

Növbəti Yazı

Razi Nurullayev: Heç bir şəxs qohumlarının fəaliyyətinə görə məsuliyyət daşıya bilməz”

XƏBƏR LENTİ

Azərbaycan Dövlət Kukla Teatrı Pirallahıda – FOTOLAR

Azərbaycan Dövlət Kukla Teatrı Pirallahıda – FOTOLAR

16 İyul 2026 / 21:16
3
Razi Nurullayev: Heç bir şəxs qohumlarının fəaliyyətinə görə məsuliyyət daşıya bilməz”

Razi Nurullayev: Heç bir şəxs qohumlarının fəaliyyətinə görə məsuliyyət daşıya bilməz”

16 İyul 2026 / 18:15
51
Biznesin nəfəs alması üçün bürokratik divarlar sökülməlidir… – Deputat Razı Nurullayev

Deputat: “Problemlərin həlli üçün təklif verməyə, döyüşməyə hazıram”

16 İyul 2026 / 17:43
29
Qubada hamilənin ölümü ilə bağlı araşdırma başlayıb

Qubada hamilənin ölümü ilə bağlı araşdırma başlayıb

16 İyul 2026 / 17:05
1
Ağdamda Yaqub Rzayevin anım günü qeyd edildi-Fotolar

Ağdamda Yaqub Rzayevin anım günü qeyd edildi-Fotolar

16 İyul 2026 / 16:54
6
Dünyanı şoka salan cinayətdə təqsirləndirilən baba – Sərbəst buraxıldı

Dünyanı şoka salan cinayətdə təqsirləndirilən baba – Sərbəst buraxıldı

16 İyul 2026 / 16:49
1
Cəbrayılın Şukurbəyli kəndinə yeni köç karvanı yola düşdü

Cəbrayılın Şukurbəyli kəndinə yeni köç karvanı yola düşdü

16 İyul 2026 / 9:39
2
Robert Brovdi “Ukrayna hərbçiləri Azov dənizində Rusiyaya məxsus 116 gəmiyə zərbə endiriblər”

Robert Brovdi “Ukrayna hərbçiləri Azov dənizində Rusiyaya məxsus 116 gəmiyə zərbə endiriblər”

16 İyul 2026 / 9:27
1
Rusiyada Miqrantlarla bağlı yeni qanun-Xüsusi telefonla..

Rusiyada Miqrantlarla bağlı yeni qanun-Xüsusi telefonla..

16 İyul 2026 / 9:21
3
Qarabağ FK “Vestri” komandasının qonağı olacaq

Qarabağ FK “Vestri” komandasının qonağı olacaq

16 İyul 2026 / 9:13
2
Bakıda oteldə yanğın baş verib, qonaqlar təxliyə olunub-Video

Bakıda oteldə yanğın baş verib, qonaqlar təxliyə olunub-Video

16 İyul 2026 / 9:08
1
Vens:”İsrailin Trampı İranla bağlı şantaj etdiyi iddialar yalandır”

Vens:”İsrailin Trampı İranla bağlı şantaj etdiyi iddialar yalandır”

16 İyul 2026 / 8:53
8
Lavrov: “Biz Çinin Ukrayna ətrafındakı vəziyyətlə bağlı konstruktiv və balanslaşdırılmış mövqeyini yüksək qiymətləndiririk”

Lavrov: “Biz Çinin Ukrayna ətrafındakı vəziyyətlə bağlı konstruktiv və balanslaşdırılmış mövqeyini yüksək qiymətləndiririk”

16 İyul 2026 / 8:48
1
Ceyhun Bayramov Rusiyaya səfərə getdi

Ceyhun Bayramov Rusiyaya səfərə getdi

16 İyul 2026 / 8:43
1
XIN Azərbaycan Vətəndaşlarina xəbərdarlıq etdi: “Orda işləmək üçün getməyin”

XIN: Vurulan gəminin 10 azərbaycanlı heyət üzvü ölkəmizə təxliyə edildi

16 İyul 2026 / 8:26
3
Yunanıstan Rusiyaya qarşı sanksiyalar paketinin qəbuluna etiraz edib

Yunanıstan Rusiyaya qarşı sanksiyalar paketinin qəbuluna etiraz edib

16 İyul 2026 / 7:56
1
Zelenski: Baş Qərargahda hərbi istehsal məsələsinə böyük diqqət yetirilib

Zelenski Sergey Koretskinin baş nazirliyə namizədliyini irəli sürdü

16 İyul 2026 / 7:35
1
Musiqili Teatr dörd aylıq repertuar planını açıqladı – FOTO

Musiqili Teatr 116-cı mövsümə konsert proqramı ilə yekun vuracaq

15 İyul 2026 / 20:29
24
Nazim Hüseynlinin qələmində milli ruhun poetik təntənəsi

Nazim Hüseynlinin qələmində milli ruhun poetik təntənəsi

15 İyul 2026 / 20:07
9
Sabahdan hava kəskinləşir-Bakı və rayonlar üçün xəbərdarlıq

Sabahdan hava kəskinləşir-Bakı və rayonlar üçün xəbərdarlıq

15 İyul 2026 / 17:02
4
Ağstafada 21 yaşlı gənc ürəyindən bıçaqlandı

Gəncə şəhərində 20 yaşlı oğlan bıçaqlanıb

15 İyul 2026 / 16:55
2
XIN Azərbaycan Vətəndaşlarina xəbərdarlıq etdi: “Orda işləmək üçün getməyin”

XIN Azərbaycan Vətəndaşlarina xəbərdarlıq etdi: “Orda işləmək üçün getməyin”

15 İyul 2026 / 16:23
1
Prezident İlham Əliyev qanun imzaladi

Prezident İlham Əliyev 1 sərəncam, 4 fərman imzaladı

15 İyul 2026 / 16:16
12
Lamin Yamalın villasina basqın etmək istədilər – Mühafizəçilər qarşısını aldilar

Lamin Yamalın villasina basqın etmək istədilər – Mühafizəçilər qarşısını aldilar

15 İyul 2026 / 16:12
2
“Rənglərdən çiçəklərə” adlı yaradıcı master-klas keçirilib-Fotolar

“Rənglərdən çiçəklərə” adlı yaradıcı master-klas keçirilib-Fotolar

15 İyul 2026 / 13:50
35
Yeni 100 manatlıq tədavülə buraxılır

Yeni 100 manatlıq tədavülə buraxılır

15 İyul 2026 / 13:24
2
Ümumdünya Gömrük Təşkilatının baş katibi Abşeron Logistika Mərkəzini ziyarət edib

Ümumdünya Gömrük Təşkilatının baş katibi Abşeron Logistika Mərkəzini ziyarət edib

15 İyul 2026 / 12:24
9
Ursula Fon der Lyayen növbəti dəfə Kiyevə səfər edib-Foto

Ursula Fon der Lyayen növbəti dəfə Kiyevə səfər edib-Foto

15 İyul 2026 / 12:20
1
Rusiya tarixi səhnəni tərk edir, geri sayım başlayıb… –Vüqar Dadaşov

Rusiya kontekstindən IV Şuşa Qlobal Media Forumuna baxış-Vüqar Dadaşov yazir

15 İyul 2026 / 11:45
118
Baş nazir Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində olub – Foto

Baş nazir Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində olub – Foto

15 İyul 2026 / 11:38
5
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.