Türkiyənin “Fənərbağça” klubu stadionunun tamaşaçı tutumunu 50 mindən 65 minə qaldırmaq üçün yenidənqurma işlərinə başlayır.
Avropa.info xəbər verir ki, bu barədə klub prezidentinin köməkçisi Hamdi Akın “Fənərbağça TV”yə açıqlama verib.
Onun sözlərinə görə, azarkeş tutumunun artırılması məqsədilə təmir işlərinə start veriləcək və bu müddətdə stadionun müvəqqəti olaraq bağlanması mümkündür.
Hazırda klub rəhbərliyi ev oyunlarının hansı stadionda keçiriləcəyi barədə qərarını açıqlamayıb.