08 - 02 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Araşdırma

Səssizliyin səsi: İmamverdi İsmayılovun “Bayquş və qarovulçu” hekayəsinin daxili ahəngi

İyul 24, 2025
Araşdırma
A A

Bu yaxınlarda  Milli Məclisin deputatı, Əməkdar jurnalist, tanınmış yazıçı İmamverdi İsmayılovun yerli mətbuatda dərc edilmiş “Bayquş və qarovulçu” hekayəsini oxudum. Hekayə barədə dəyərli müəllimim, akademik Nizami Cəfərovun dərin təhlil məqaləsindən sonra tələbəsinin nələrsə yazmağı çox çətin olur. Bir müddət tərəddüddən sonra hekayə barədə təəssüratlarımı yazmağa qərar verdim.

***

Ədəbiyyatın ən güclü silahlarından biri simvollardır. Əgər yazıçı gündəlik hadisə və obrazları dərin mənalarla yükləməyi bacarırsa, ortaya oxunaqlı əsər çıxara bilir. Məncə, müəllif “Bayquş və qarovulçu” hekayəsində bunun öhdəsindən uğurla gələ bilib. Bu hekayədə müəllif bayquş obrazını təkcə bir quş kimi yox, həm də bir dövrün psixoloji, ictimai və mənəvi yükünün simvolu kimi təqdim edir. Hekayənin poetik dili və mifoloji elementlərlə zəngin quruluşu onu sıradan bir süjet yox, çoxqatlı mənalandırma üçün zəngin bir mənbəyə çevirir.

Əsərin mərkəzi simvolu olan bayquş, xalq inanclarında qorxu, ölüm və bədbəxtlik əlaməti kimi görünür. Bu, hekayədəki yaşlı nəslin (qarovulçunun və bağ sahibinin) düşüncəsində dominantdır. Onlar üçün bayquşun səsi sadəcə bir quşun səsi deyil, eyni zamanda həyatlarında baş verə biləcək fəlakətin, uğursuzluğun başlanğıcıdır. Bu baxış mifoloji düşüncənin, qorxu və anlayışsızlıqla yoğrulmuş simvolizmin ifadəsidir.

Lakin hekayəyə nəvənin müdaxiləsi ilə yeni bir qavrayış daxil olur. Nəvə rasional düşüncənin, təbiətsevərliyin və elmi-mifoloji bilginin daşıyıcısı kimi çıxış edir. O, bayquşu “bəy quşu” adlandırır, onun ekosistem üçün faydasından, türk şamanlığında müqəddəs qəbul olunmasından danışır. Beləliklə, bayquş həm qorxunun, həm də müdrikliyin simvoluna çevrilir, simvolun anlamı nəsillər arasında dəyişir, dönüşə uğrayır.

Əsərdə qarovulçu obrazı hekayənin “iç səsi” kimi işlənib. O, öz dünyası ilə barışmayan, keçmişlə bu gün arasında ilişib qalan insandır. Qarovulçunun gecə yuxusuzluğu, ömrünün “bayquş kimi ulaması”, həyatındakı psixoloji tənəzzül və ziddiyyətlər onun əslində daxili mənəvi boşluğunun metaforasıdır. Bayquşun gəlişi ilə yaşadığı gərginlik, əslində, onun ruhunda çoxdan bəri mövcud olan ziddiyyətlərin üzə çıxmasıdır. Bu duyğular içərisində peşmanlıq, tənhalıq və s. özünü büruzə verir.

Bu baxımdan, bayquş xarici təhdid deyil, daxili fırtınaların simvoludur. Bayquşun səsi qarovulçunun içindəki vicdan, yaddaş, keçmişə bağlılıq və ömrünün qocalıq çağında duyduğu mənasızlıqla qarşılaşmanın ifadəsidir.

Əsərdə simvollaşmış elementlərdən biri də bağdır. Müəllif bu bağ ilə hekayədə həyat, səliqə, nizam simvolunu yarada bilib. Qarovulçunun qulluq etdiyi bağ və onun gözəlliyindən aldığı qürur, özünəməxsusluğunu qorumağa çalışdığı həyat fəlsəfəsini təmsil edir. Lakin bağın yaxınlığındakı xarabalıq və orda yerləşən bayquş yuvası bu nizamın təhdid altında olduğunu göstərir.

Bağ və xarabalıq arasındakı bu ziddiyyət, əslində müəyyənləşdirilmiş dünya ilə xaotik və anlaşılmayan dünya arasında qarşıdurmadır. Bayquş da bu ziddiyyətin simvolik mərkəzidir. Bu mərkəz nə bağa, nə də xarabalığa tam aid deyil. O, keçid məkanının, sərhəddə mövcud olan canlılığın simvoludur. Eynilə qarovulçunun da həyatla ölüm, dincliklə qorxu, məhrəmliklə yadlıq arasında ilişib qalması kimi, rəmzlərin inandırıcı boyalara keçidini obrazlaşdırır.
Hekayədə diqqət çəkən məqamlardan biri də bayquşun “səsi”nin sadəcə fiziki səs olmayıb, metafizik çağırış olmasıdır. Hekayənin kulminasiya nöqtələrindən birində müəllif bayquşun ağzından bir növ “şikayətnamə” verir:

“Mən səslənirəm, dünyaya, kainata car çəkirəm…”

Bu fraqmentdə bayquşun obrazı dünya nizamının şahidi və xəbərdarlıq edən dili kimi təqdim olunur. Bu isə onu sırf folklor simvolundan ayırıb, metafizik simvola çevirir. Sanki bayquş bu kainatda baş verən haqsızlıqlara qarşı səssizliyin içindən car çəkən qasiddir.

Bu hekayə yalnız bir bayquşun ulaması ətrafında qurulmuş deyil, həm də sabitləşmiş miflərlə müasir rasionalizmin, qorxu ilə bilginin, təbiətlə insanın, yaşlılıqla gəncliyin, yaddaşla inkarın qarşılaşmasıdır. Bayquş bu ziddiyyətlərin mərkəzində dayanan və onların hər birini daşıyan çoxqatlı bir simvoldur.

Bayquşun səsi sükut içindəki fəryaddır. Görünməzlik içindəki görünmə istəyidir. Rədd edilən, amma əvəzsiz olanın simvoludur.

Bu baxımdan, hekayə simvolizm baxımından zəngin, fəlsəfi yüklü, məna qatları dərinləşdirilmiş bir mətn kimi dəyərləndirilə bilər. Onun əsas mesajı bəlkə də budur: hər şeyin səsini dinləmək üçün, öz içinə qulaq verməyi bacarmalısan. Bayquş da səndədir, qorxduğun da…

Bəzən bir gecənin səssizliyində gələn səslər bizə çox şey danışar. Danışar, amma dil ilə yox. Dərk edə bilmədiyimiz bu duyğular hisslərlə, çağırışla, hətta içimizi sızladan bir xatirə ilə günlərlə qəlbimizi məşğul edir. Elə həmin gecə hekayəsində olduğu kimi, bir bayquşun ulaması bir qarovulçunun bütün həyatını silkələyir.

Bizim cəmiyyətlərdə bayquşun adı gələndə dərhal gözlərdə qorxu yaranır. “Bayquş ölümdür”, “Bayquş bədbəxtlik gətirər” kimi ifadələr çoxumuza tanışdır. Amma biz bu “bəy quşunun” nə demək istədiyini heç düşündükmü? Onun doğrudan da qorxulu olduğunu sübut edən varmı?

Hekayədəki qarovulçu illərlə bir bağa göz qoymuş, əlləri torpaqla, ağacla, çiçəklə yoğrulmuş bir adam bayquşun səsi ilə psixoloji bir uçuruma sürüklənir. Onun qorxusu fiziki deyil, daxili bir sarsıntının, uzun illərin yığılmış həyəcanının ifadəsidir. Əslində, bu bayquş onun unudulmuş keçmişinin, rahat buraxmadığı vicdanının və bir zamanlar itirdiyi mənaların səsi idi.

Bu qarovulçunun qorxduğu bayquş, nəvəsinin gözündə tamam fərqli bir varlıqdır. Gənc nəvə ona izah edir ki, bayquş zərərli deyil, o təbiətin bir parçasıdır, özü də çox vacib bir parçası. Bayquş təkcə gecənin deyil, həm də elmin, hətta türk mifologiyasında mühüm yer tutan əsas obrazdır. Yəni burada nəsillərin fərqli baxış bucaqları üzə çıxır. Nəsillər arasında ziddiyyət özünü bu şəkildə ortaya qoyur: biri qorxur, digəri anlayır.

Bəs niyə bu qədər qorxuruq? Çünki çox zaman bilmədiyimiz şeylər bizə təhlükəli gəlir. Biz elmdən uzaqlaşdıqca, miflərə və qorxulara sarılırıq. Halbuki hekayədəki nəvə kimi, bir az araşdırsaq, bir az dinləsək, bir az da təbiətə yaxınlaşsaq, görərik ki, bayquşlar nə düşməndir, nə də fəlakət carçısı.

Bayquş bu hekayədə bir simvoldur. O, unudulmuş səsin, içimizdəki boşluğun, bəzən də bizim özümüzə qulaq asmamağımızın simvoludur. Hər axşam səsi gələn bu quş bəlkə də bu mesajı verir: “Ey insan, məni yox, özünü dinlə!”

Biz çox zaman sükutun içində gizlənən səsləri eşitmirik. Amma bəzən bir bayquşun səsi belə bizə unudulmuş bir həqiqəti xatırlada bilər. Çünki qorxduğumuz şeylər, əslində anlaya düşmədiklərimizdir. Anlamaq isə insan üçün ən böyük işıqdır. Bu hekayə bizə elə bunu xatırladır.

Rəsul Mirhəşimli

Əvvəlki Yazı

Somalını xatırladan Zərdab rayonu

Növbəti Yazı

Kadırov Bodrumda Xəstəxanaya yerləşdirildi-Dənizdə boğulmuş

XƏBƏR LENTİ

“Bütöv Azərbaycanda Gənclik” sərgisi – Gənclərin yaradıcılıq gücü bir arada

“Bütöv Azərbaycanda Gənclik” sərgisi – Gənclərin yaradıcılıq gücü bir arada

07 Fevral 2026 / 13:02
54
Naxçıvanın muxtariyyət statusu ilə bağlı mülahizələr

Naxçıvanın muxtariyyət statusu ilə bağlı mülahizələr

06 Fevral 2026 / 15:53
125
Ən yeni texnoloji cihazlar artıq “Bakcell Shop”da!

Ən yeni texnoloji cihazlar artıq “Bakcell Shop”da!

06 Fevral 2026 / 11:46
5
Tarixi ədalətin bərpası prezident İlham Əliyevin qətiyyətli mövqeyi və siyasəti nəticəsində mümkün oldu

Tarixi ədalətin bərpası prezident İlham Əliyevin qətiyyətli mövqeyi və siyasəti nəticəsində mümkün oldu

05 Fevral 2026 / 23:04
69
İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramına qeydiyyat davam edir – Gənclərin nəzərinə

İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramına qeydiyyat davam edir – Gənclərin nəzərinə

03 Fevral 2026 / 14:06
8
Respublika Uşaq Kitabxanasında  “Sağlam Gənclik – Güclü Gələcək” adlı tədbir keçirilib-Fotolar

Respublika Uşaq Kitabxanasında “Sağlam Gənclik – Güclü Gələcək” adlı tədbir keçirilib-Fotolar

02 Fevral 2026 / 20:20
94
“Zal qızı Zalxa” tamaşasının premyerası alqışlarla qarşılandı – FOTOLAR

“Zal qızı Zalxa” tamaşasının premyerası alqışlarla qarşılandı – FOTOLAR

01 Fevral 2026 / 17:04
17
Gənclər Gününə həsr olunmuş yaradıcılıq sərgisi keçirilib – FOTOLAR

Gənclər Gününə həsr olunmuş yaradıcılıq sərgisi keçirilib – FOTOLAR

01 Fevral 2026 / 16:54
32
Sağlamlığınız təhlükədədir: Bu məhsullar sizi ölümə aparır

Sağlamlığınız təhlükədədir: Bu məhsullar sizi ölümə aparır

30 Yanvar 2026 / 18:44
7
Paşinyan niyə “Türkiyə agenti” elan olundu: Ermənistan “Rusiyanın düşmənləri” sirasına yerləşir

Paşinyan niyə “Türkiyə agenti” elan olundu: Ermənistan “Rusiyanın düşmənləri” sirasına yerləşir

30 Yanvar 2026 / 18:26
6
İranın təhdid ritorikası: Azərbaycan niyə ön plandadır? – ŞƏRH

İranın təhdid ritorikası: Azərbaycan niyə ön plandadır? – ŞƏRH

30 Yanvar 2026 / 18:23
7
Bu şəxslər əsgərliyə gedəndə 3 500 manat alacaq

Bu şəxslər əsgərliyə gedəndə 3 500 manat alacaq

30 Yanvar 2026 / 17:46
8
Prezident səfiri geri çağırdı – FOTO

Prezident sərəncam imzaladı – Bu gənclər mükafatlandırıldı – ADLAR

30 Yanvar 2026 / 16:29
6
Azərbaycan dünyada idman ölkəsi kimi tanınmaqdadır

2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı təsdiqləndi

30 Yanvar 2026 / 16:26
3
“Qarabağ”ın rəqibi müəyyənləşdi

“Qarabağ”ın rəqibi müəyyənləşdi

30 Yanvar 2026 / 15:25
3
Onlara pulsuz mənzil veriləcək – Sadəcə bu sənədlər lazımdır

Bu il Bakıda mənzillərin qiyməti bahalaşacaq? – AÇIQLAMA

30 Yanvar 2026 / 15:12
5
“Nar” və Dövlət Məşğulluq Agentliyi Anlaşma Memorandumu imzaladı

“Nar” və Dövlət Məşğulluq Agentliyi Anlaşma Memorandumu imzaladı

30 Yanvar 2026 / 14:16
4
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır

Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır

30 Yanvar 2026 / 14:04
6
Nəsimi Nəbizadənin qaçdığı Reabilitasiya Mərkəzinin rəhbəri TUTULDU – YENİLƏNİB

Nəsimi Nəbizadənin qaçdığı Reabilitasiya Mərkəzinin rəhbəri TUTULDU – YENİLƏNİB

30 Yanvar 2026 / 12:55
3
Konstitusiya Məhkəməsi pensiya stajı ilə bağlı QƏRAR VERDİ

Konstitusiya Məhkəməsi pensiya stajı ilə bağlı QƏRAR VERDİ

30 Yanvar 2026 / 11:58
5
Kitab Bağışlama Günü münasibətilə “Bir kitapb, bir sevgi” adlı kitab bağışlama aksiyasına start verilir

Kitab Bağışlama Günü münasibətilə “Bir kitapb, bir sevgi” adlı kitab bağışlama aksiyasına start verilir

28 Yanvar 2026 / 14:51
39
Qubadlı rayonunun icra başçısının ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi – FOTOLAR

Qubadlı rayonunun icra başçısının ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi – FOTOLAR

27 Yanvar 2026 / 19:31
9
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!

Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!

27 Yanvar 2026 / 19:21
6
“Nar” hər kəs üçün bərabər xidmət mühitini gücləndirir

“Nar” hər kəs üçün bərabər xidmət mühitini gücləndirir

26 Yanvar 2026 / 17:39
4
“Yeni Üfüq”: gənclər üçün bərabər imkanlar və dayanıqlı gələcək

“Yeni Üfüq”: gənclər üçün bərabər imkanlar və dayanıqlı gələcək

24 Yanvar 2026 / 14:17
49
“Qanla Yazılan Tarix: 20 Yanvar”

“Qanla Yazılan Tarix: 20 Yanvar”

17 Yanvar 2026 / 20:51
43
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir

Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir

16 Yanvar 2026 / 19:11
9
Ehtiram Mehtiyev: “Prezident İlham Əliyev bu müzakirələrdə qalib lider, regional təhlükəsizliyin təminatçısıdir”

Vaxt gələcək Ermənistan hökuməti Azərbaycan xalqından üzr istəyəcək – Ehtiram Mehtiyev

16 Yanvar 2026 / 16:57
145
Təhsil, yaddaş və şəxsiyyət: Fazil Abasquluzadə nümunəsində Şurnuxu məktəbi

Təhsil, yaddaş və şəxsiyyət: Fazil Abasquluzadə nümunəsində Şurnuxu məktəbi

16 Yanvar 2026 / 16:00
55
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib – FOTO

Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib – FOTO

15 Yanvar 2026 / 20:15
8
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.