Avropa .info xəbər verir ki, bunu parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
O bildirib ki, kommunal tariflərlə bağlı bir məqam həmişə unudulur:
“Mənzil fondunun yenilənməsi alqışa layiqdir. Lakin tikinti şirkətləri vətəndaşları ömürlük kirayəçiyə çeviriblər. Qanuna görə, tikilən binalar istismara qəbul olunur, çıxarışlar alınır. Sonra 6 ay ərzində sakinlər Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyət yaratmalı, rəsmən qeydiyyatdan keçərək binanların idarə etmə strukturu və ödənişlərin miqdarı müəyyənləşdirməlidir. İndi elə şəhərciklər var ki, aylıq tariflər 1 kvadrat metrə görə 1 manata yaxındır, əvəzində MTK-ların öhəliklərinə tələb və meyarlar yoxdur”.