Kriminal

İrana casusluq etməkdə şübhəli bilinən 5 nəfər həbs edilib

14 Mart 2025, 17:4152
Reklam728x90
Reklam320x100

Üç vilayətdə keçirilən əməliyyatlarda Türkiyədəki hərbi bazalar, kritik bölgələr və xaricdəki mühüm nöqtələr haqqında məlumat əldə edib İran kəşfiyyatına ötürdükləri təsbit edilən 5 şübhəli saxlanılıb.

Avropa.info xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən başladılan istintaq və Milli Kəşfiyyat Təşkilatının (MİT) koordinasiyasında aparılan işlərdə 5 şübhəlinin “hərbi və siyasi casusluq” cinayətini işlətdiyi müəyyən edilib.

İran İnqilab Keşikçiləri Korpusunun kəşfiyyat zabitləri ilə əlaqə qurduqları təsbit edilən şübhəlilərin Türkiyədəki hərbi bazalar və mühüm bölgələr və xaricdəki kritik nöqtələr haqqında məlumat əldə edərək İran kəşfiyyatına ötürdükləri müəyyən edilib.

Şübhəlilər haqqında verilən həbs qətimkan tədbirinin ardından  İstanbul mərkəzli Antalya və Mersində  keçirilən əməliyyatlarda 5 şübhəli yaxalanıb .

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600