Ağcabədidə yol-nəqliyyat hadisəsi baş verib.
Avropa.info-nun məlumatına görə, qəza rayonun Hindarx qəsəbəsi ərazisində qeydə alınıb.
Hərəkətdə olan “Toyota” markalı avtomobil qarşıdan gələn “VAZ-2107” markalı avtomobillə toqquşub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslər Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
































