Ukrayna prezidenti Vladimir Zelenski Ukraynanın Rusiyanın enerji sektoruna hücumlarına cavab verəcəyini vəd edib.
“Ukrayna Rusiyanın hücumlarına ləyaqətlə cavab vermək üçün imkanlar tapmağı öyrənib. Mən bunu onların bu gün törətdiyi humanitar fəlakətlərlə müqayisə etmirəm. Ukrayna bunu etmir. Lakin buna baxmayaraq, Ukrayna Rusiyaya hər hansı əməliyyatına görə cavab vermək iqtidarındadır”, – Zelenski cümə günü amerikalı siyasi müşahidəçi Fareed Zakarlens ilə söhbətində deyib.
“Rusiya bilir ki, əgər onlar bizim enerji sistemimizi qışda vurmağa hazırlaşırlarsa, Rusiya da eyni şeyi alacaq”, – deyə Ukrayna prezidenti əlavə edib. “Əgər onlar bizi söndürsələr, biz onlara ləyaqətlə cavab verməyə çalışacağıq”.
Avropa.info xəbər verir ki, Eyni zamanda, Zelenski Ukraynanın sülh danışıqlarına və müharibəyə son qoymağa hər zaman hazır olduğunu vurğulayıb.
“Əgər Rusiya başa çatdırmaq istəmirsə, o zaman tərəfdaşlarımızın ona yaxınlaşması üçün bir yanaşma tapmalıyıq. Əgər tapmaq çətindirsə, bu gün ən azı addım-addım hərəkət etməlisiniz. Qara dənizin blokunu açın və enerji barışığı üçün fürsət tapın”, – Zelenski deyib.





























