Ruslan Kravçenko 2025-ci ilin iyununda Ukrayna Baş Prokurorluğuna rəhbərlik edib.
Avropa.info xəbər verir ki, Ukraynanın baş prokuroru Ruslan Kravçenko istefa ərizəsi verdiyini bildirib.
“Bu, siyasi qərardır. Mən bunu şüurlu şəkildə qəbul etdim. Baş prokurorun mövqeyindən siyasi qarşıdurma aləti kimi istifadə olunmasını istəmirəm. İttihamlarla bağlı mövqeyim dəyişməz olaraq qalır”, – Kravçenko bazar ertəsi axşam Telegram kanalında yazıb.
O, bu qərarı tabeliyində olanlardan biri, Baş Prokurorluğun beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Sergey Krapiva korrupsiyada ittiham olunduğu korrupsiya qalmaqalı fonunda verib.
Karfagen əməliyyatı: Ukrayna Baş Prokurorluğunun məsul şəxsləri saxta zəng mərkəzlərini qorumaqda şübhəli bilinir
Həftə sonu Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) və İxtisaslaşdırılmış Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu (SAP) istintaqa əsasən, Baş Prokurorluğun rəhbərlərindən birinin rəhbərlik etdiyi cinayətkar təşkilatın ifşa olunduğunu açıqlayıb.
Müstəntiqlərin fikrincə, sxemin iştirakçıları saxta zəng mərkəzlərindən rüşvət alıblar və qeyri-qanuni yolla əldə edilmiş vəsaitləri yuyublar.
Müstəqil anti-korrupsiya orqanları araşdırmanı Karfagen əməliyyatı adlandırıb.
NABU tərəfindən yayımlanan yazılarda ukraynalı jurnalistlərin dediyi kimi, Kravçenkonun özü ola biləcək müəyyən bir “rəis” var.
Baş prokuror özü də bir neçə dəfə bildirib ki, onun “çağrı mərkəzləri” ilə heç bir əlaqəsi yoxdur və heç bir cinayət törətməyib.

























