01 - 09 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Gündəm

Türk Əsrinin qapıları açıldı… – Ərdoğandan 47 illik terroru bitirən tarixi açıqlamalar

İyul 12, 2025
Gündəm, Manşet, Redaktorun Seçimi
A A

“Dünən terror təşkilatı konkret olaraq tərkisilah ilə bağlı mərasim keçirdi. Dünəndən etibarən 47 illik terror bəlası, İnşallah, sona çatma prosesinə girdi.”

Avropa.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının Kızılcahamamda keçirdiyi toplantısında bildirib.

Ərdoğan iyulun 11-də İraqın şimalında PKK-nın tərkisilah prosesinə başlamasını tarixi gün olaraq dəyərləndirib. Türkiyə Prezidentinin fikirincə, ölkəsi uzun, ağrılı və göz yaşları ilə dolu bir səhifəni bağlamağa başlayıb. “Unutmayaq ki, bu gün yeni bir gündür. Bu gün tarixdə yeni bir səhifə açıldı. Bu gün böyük bir Türkiyənin, güclü bir Türkiyənin, bir Türk Əsrinin qapıları açıldı”, – deyə Ərdoğan bildirib.

1984-cü ildə terror təşkilatının ilk hücumundan bu yana Türkiyənin terrora son qoymaq üçün hər vasitə və üsula əl atdığını ifadə edən Ərdoğan, “Terrorsuz Türkiyə” planının önəmini vurğulayıb.

“Dünyanın hər yerindən nümunələrə baxsaq, terrora son qoymaq üçün silahlı mübarizədən kənar düsturlar çalışılıb. Lakin heç biri uğur qazana bilmədi. Son zamanlar həyata keçirdiyimiz “Terrordan Azad Türkiyə” layihəsi nə danışıqların, nə sövdələşmənin, nə də “ver-al” prosesinin nəticəsi deyil. Ona görə də biz bu gün hər təşəbbüsü daha da diqqətlə izləyirik. Türkiyə Cümhuriyyətinin qürurunu alçaltmağa imkan verməyəcəyik“, – deyə Türkiyə Prezidenti bildirib.

Ərdoğan, MHP sədri Baxçalı və komandasının “Terrorsuz Türkiyə” üçün canlarını, qanlarını, bütün təcrübələrini fəda etdiyini vurğulayaraq, Türkiyənin xeyrinə olmayan heç bir işə qarışmadıqlarını bildirib.

“Bizi Türkiyəyə fayda gətirən hər təşəbbüsün önündə görəcəksiniz. Və Türkiyənin xeyrinə olmayan hər təşəbbüsün önündə, o təşəbbüsün qarşısında bizi görəcəksiniz. Biz nə etdiyimizi dəqiq bilirik. Onların heç kimdən qorxması, narahat olması lazım deyil. Biz nə ediriksə, bunu Türkiyə üçün edirik, biz bunu müstəqilliyimiz üçün edirik”, – deyə Ərdoğan bildirib.

Terrorun son məqsədinin Türkiyəni parçalamaq olmadığını ifadə edən Ərdoğan, “Heç kimin Türkiyəni parçalamağa gücü çatmaz. Amma bizi gecikdirdilər, vaxt itirdik, iqtisadi itkilər verdik, enerjimizi israf etdilər. Ən çox da türk-kürd arasına nifaq salmağa çalışdılar. 41 ildə kim qalib gəldi? Terror baronları, terror sektoru ilə qidalananları qazandı”, deyib.

Ərdoğan keçmişdəki bəzi Türkiyə hökumətlərinin “terrorun kökünü kəsəcəyik” sözü verdiyini, ancaq yanlış addımların atıldığını bildirib.

“Ağ Toros qətliamları, üstü açılmayan qətllər və Diyarbəkir həbsxanasındakı işgəncələr bunların arasında idi. Kəndlər yandırıldı, insanlar bir gecədə köçməyə məcbur oldular, həbsxanada uşaqları ilə kürdcə danışa bilməyən analar bu yaramazlıqlardan yalnız bir neçəsidir. Bu qeyri-qanuni mübarizə üsulları terrora son qoymaq əvəzinə, əksinə, onu qızışdırmış və gücləndirmiş, terror təşkilatının istismarı üçün münbit şərait yaratmışdır”, – deyə Türkiyə Prezidenti qeyd edib.

Ərdoğan “Terrorsuz Türkiyə” projesinin davamı üçün Türkiyə Böyük Millət Məclisində komissiya yaradılacağını və Ədalət və İnkişaf Partiyası, MHP, DEM Partiya nümayəndə heyətləri ilə birlikdə bu prosesi inkişaf etdirəcəklərini qeyd edib.

Avropa.info 

Əvvəlki Yazı

Yeni Reallıqlar: Mülahizələr və Geosiyasi Dəyərləndirmə – Azər Hüseynov yazır

Növbəti Yazı

Qəzza hökuməti: Qəzzada 5 yaşa qədər 650 min uşaq aclıqla üzləşib

XƏBƏR LENTİ

Nepalda daşqın nəticəsində ölənlərin sayı 675 nəfərə çatıb

Qızıl və milyonları palçıq yuyub apardı: Nepal polisi daşqın zamanı yoxa çıxan seyfləri axtarır

01 Sentyabr 2026 / 14:27
5
Razi Nurullayev:”Əsas prinsip ondan ibarət olmalıdır ki, komissiya haqqı şəffaf olsun”

Razı Nurullayev:”Azərbaycanda dövlət məktəblərində ümumi təhsilin pulsuz olması hüquq kimi artıq mövcuddur”

01 Sentyabr 2026 / 14:11
60
Zaxarova:“Bu ilk növbədə, İtaliya hökumətinin İtaliya xalqının üzünə tüpürməkdir”

Zaxarova:“Bu ilk növbədə, İtaliya hökumətinin İtaliya xalqının üzünə tüpürməkdir”

01 Sentyabr 2026 / 13:58
11
Pakistan: ABŞ-İran razılaşmasının həyata keçirilməsi irəliyə doğru yeganə yoldur

Pakistan: ABŞ-İran razılaşmasının həyata keçirilməsi irəliyə doğru yeganə yoldur

01 Sentyabr 2026 / 13:51
11
Vüqar Dadaşov:“İranda Sistem Dəyişərsə, Məkkə Sazişinə Qoşula Bilər”

Vüqar Dadaşov:”Rusiya və Ukrayna məsələləri ABŞ–Rusiya geosiyasi alverinin predmeti olaraq qalır”

01 Sentyabr 2026 / 13:36
76
Girnedə bərə qəzasında itkin düşən 20 nəfərin axtarışları davam edir

Girnedə bərə qəzasında itkin düşən 20 nəfərin axtarışları davam edir

01 Sentyabr 2026 / 13:07
5
Rusiya: Biz Ukraynada yanacaq, enerji və hərbi sənaye obyektləri və limanlarını vurduq

Rusiya: Biz Ukraynada yanacaq, enerji və hərbi sənaye obyektləri və limanlarını vurduq

01 Sentyabr 2026 / 12:21
9
İran Mərkəzi Bankının sədri: İranın xarici valyutası var və kifayət qədər var

İran Mərkəzi Bankının sədri: İranın xarici valyutası var və kifayət qədər var

01 Sentyabr 2026 / 12:18
4
Bişkekdə Qırğızıstan Prezidenti adından ziyafət verildi – Video

Bişkekdə Qırğızıstan Prezidenti adından ziyafət verildi – Video

01 Sentyabr 2026 / 11:56
5
Prezident İlham Əliyev Hindistanın baş naziri Modi ilə söhbət etdi – Fotolar

Prezident İlham Əliyev Hindistanın baş naziri Modi ilə söhbət etdi – Fotolar

01 Sentyabr 2026 / 11:50
10
Prezident İlham Əliyev Qazaxıstana Prezidenti Tokayevlə görüşdü – Fotolar

Prezident İlham Əliyev Qırğızıstanın “Irıs Ordo” Konqres Mərkəzinə getdi – Video

01 Sentyabr 2026 / 11:01
10
Zaxarova:”Kiyev və Qərb Rusiyada səfərbərlik barədə spekulyasiya edir”

Zaxarova: Kiyev rejimi insanlıqdan kənarlaşdırmanın bütün ən pis təcrübələrinin ərintisinə çevrilib

01 Sentyabr 2026 / 10:49
12
Putin hərbi münaqişələri təhrik edən halların qlobal praktikadan xaric edilməsinə çağırıb

Putin hərbi münaqişələri təhrik edən halların qlobal praktikadan xaric edilməsinə çağırıb

01 Sentyabr 2026 / 10:26
10
İran prezidenti deyib ki, Tehran qanunun aliliyinə ciddi əməl edir

İran prezidenti deyib ki, Tehran qanunun aliliyinə ciddi əməl edir

01 Sentyabr 2026 / 10:20
6
Qırğızıstanin Paytaxtı Bişkekdə Hikmət Hacıyev Alen Simonyanla görüşüb

Qırğızıstanin Paytaxtı Bişkekdə Hikmət Hacıyev Alen Simonyanla görüşüb

01 Sentyabr 2026 / 10:09
12
Prezident lham Əliyev Rəcəb Tayyib Ərdoğanla görüşdü-Fotolar

Prezident lham Əliyev Rəcəb Tayyib Ərdoğanla görüşdü-Fotolar

01 Sentyabr 2026 / 10:06
9
Şəkidə məşhur hoteldə yanğın baş verib Təxliyə olunanlar var

Şəkidə məşhur hoteldə yanğın baş verib Təxliyə olunanlar var

01 Sentyabr 2026 / 10:01
11
Ukrayna ordusu “Lukoyl”un ən böyük neft emalı zavoduna zərbələr endirib

Rusiya ordusu Ukraynadakı hədəflərə dəqiq silahlarla kütləvi zərbə endirib

01 Sentyabr 2026 / 9:41
17
Peskov: Ermənistandakı referendum islandiyalılarla ermənilər arasındakı fərqi göstərəcək

Peskov: Ermənistandakı referendum islandiyalılarla ermənilər arasındakı fərqi göstərəcək

01 Sentyabr 2026 / 9:31
5
O, qayığın KKTC-də batdığını görüb və köməyə qaçaraq ən azı 100 nəfəri xilas edib.

O, qayığın KKTC-də batdığını görüb və köməyə qaçaraq ən azı 100 nəfəri xilas edib.

01 Sentyabr 2026 / 9:22
6
Filenin Sultanları dörddəbir final üçün komandamızla qarşılaşacaq

Filenin Sultanları dörddəbir final üçün komandamızla qarşılaşacaq

01 Sentyabr 2026 / 9:13
20
Kolumbiya lideri De la Espriella: Zəlzələdən 450 mindən çox insan zərər çəkib

Kolumbiya lideri De la Espriella: Zəlzələdən 450 mindən çox insan zərər çəkib

01 Sentyabr 2026 / 9:05
7
UKMTO: Tanker Oman sahillərində Hörmüz boğazından keçərkən vurulub

UKMTO: Tanker Oman sahillərində Hörmüz boğazından keçərkən vurulub

01 Sentyabr 2026 / 9:01
6
Qırğızıstanin paytaxti Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir – Video

Qırğızıstanin paytaxti Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir – Video

01 Sentyabr 2026 / 8:57
2
Jurnalist Xristoforu:”Odessaya hücumlar Zelenski rejiminin süqutunu yaxınlaşdırır”

Jurnalist Xristoforu:”Odessaya hücumlar Zelenski rejiminin süqutunu yaxınlaşdırır”

01 Sentyabr 2026 / 8:16
6
Tural İrfan:“Mərkəzi Asiyanın İştirakı Çinin Maraqlarını Regiona Çəkir”

Tural İrfan:“Mərkəzi Asiyanın İştirakı Çinin Maraqlarını Regiona Çəkir”

01 Sentyabr 2026 / 8:08
26
Lamin Yamal “Barselona”nın 91 illik rekordunu geridə qoyub

Lamin Yamal “Barselona”nın 91 illik rekordunu geridə qoyub

01 Sentyabr 2026 / 7:52
11
İsrail ordusu Suriyanın cənubundakı bir kəndə basqın edib

İsrail ordusu Suriyanın cənubundakı bir kəndə basqın edib

01 Sentyabr 2026 / 7:39
4
Zərdab rayonunda təhsil işçilərinin sentyabr konfransı keçirilib-Fotolar

Zərdab rayonunda təhsil işçilərinin sentyabr konfransı keçirilib-Fotolar

01 Sentyabr 2026 / 7:31
119
Roza Zərgərli Bişkek Arenada prezidentlərin qarşısında çıxış etdi — VİDEO

Roza Zərgərli Bişkek Arenada prezidentlərin qarşısında çıxış etdi — VİDEO

01 Sentyabr 2026 / 7:18
4
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.