Bryansk şəhərində raketin yaşayış binasına düşməsi nəticəsində faciə baş verib.
Avropa.info xəbər verir ki, bu barədə region rəhbəri Yeqor Kovalçuk məlumat verib.
Bildirilib ki, zərbə şəhərin sovetski rayonunda yerləşən yaşayış binasını hədəf alıb. Nəticədə 1 nəfər həlak olub, daha 6 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
“Yaşayış binasında yanğın baş verib, fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır. Binanın sakinləri təxliyə olunub”, – deyə Kovalçuk qeyd edib.






























