17 - 09 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Mədəniyyət

Respublika Uşaq Kitabxanasında yeni e-resurslar istifadəçilərə təqdim edilib

Sentyabr 16, 2026
Mədəniyyət
A A

 

Köçərli adına Respublika Uşaq Kitabxanası virtual oxucuların istifadəsi üçün Azərbaycan ədəbiyyatı, milli mədəniyyət, memarlıq irsi və tarixi-mədəni dəyərləri əhatə edən yeni elektron resurslar hazırlayıb.

Bu barədə Avropa.info-ya Kitabxanadan məlumat verilib

Kitabxananın müxtəlif struktur bölmələri tərəfindən hazırlanan e-resurslar oxuculara zəngin məlumat bazalarından, virtual sərgilərdən, veblioqrafiyalardan və slayd materiallarından istifadə imkanı yaradır.

Ölkəşünaslıq və Milli Ədəbiyyatın Təbliği şöbəsi tərəfindən görkəmli Azərbaycan memarı, Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Naxçıvaninin anadan olmasının 900 illiyi münasibətilə “Dahi memar Əcəmi Naxçıvani” adlı virtual sərgi hazırlanıb.

Altı bölmədən ibarət virtual sərgidə Əcəmi Naxçıvaninin həyat və fəaliyyəti, yubileyi ilə bağlı rəsmi sənədlər, memar haqqında kitab və dövri mətbuat materialları təqdim olunur. Sərgidə, həmçinin görkəmli memarın sənət irsi və yaradıcılığı barədə məlumatlar, eləcə də fotoqalereya yer alır.

Şöbənin digər elektron resursu “Tariximizin qərb qapısı” adlı məlumat bazasıdır. Resursda mövzu ilə bağlı ümumi məlumatlarla yanaşı, rəsmi sənədlər, görkəmli şəxsiyyətlərin fikirləri, kitab və dövri mətbuatda dərc olunmuş məqalələr təqdim edilir. Tarixi və mədəni irsin əyani şəkildə tanıdılmasına xidmət edən fotoqalereya da məlumat bazasının tərkib hissəsidir. Sonda istifadə olunmuş mənbələrin siyahısı təqdim edilir.

Məlumat-biblioqrafiya şöbəsi tərəfindən isə “Saza və sözə ömür verən ustad Aşıq Ələsgər – 205” adlı veblioqrafiya hazırlanaraq virtual oxucuların istifadəsinə verilib. E-resursda Aşıq Ələsgərin həyat və yaradıcılığı, şəxsiyyəti və sənəti haqqında dəyərli fikirlər, rəssamların yaratdığı portretlər, xatirəsinin əbədiləşdirilməsi, sözlərinə bəstələnmiş musiqilər və əsərləri haqqında məlumatlar əksini tapıb. Veblioqrafiyada, həmçinin Aşıq Ələsgərin əsərləri, onun haqqında yazılmış kitablar və dövri mətbuat materialları təqdim olunur.

Bununla yanaşı, virtual istifadəçilərin diqqətinə “Milli memarlıq irsi və müasir şəhərsalma” adlı slayd elektron resursu da təqdim edilib. Resursda “Şəhərsalma və memarlıq ili” ilə bağlı geniş məlumatlarla yanaşı, “Milli memarlıq irsinin qorunması”, “Memarlıqda müasir inteqrasiya” və “Azad ərazilərdə böyük quruculuq” bölmələri yer alır. Elektron resurs hazırlanarkən kitab və dövri mətbuat materiallarından istifadə olunub.

Yeni elektron resursların hazırlanmasında əsas məqsəd virtual oxucuların Azərbaycan ədəbiyyatı, milli mədəniyyət, memarlıq irsi, eləcə də Naxçıvanın zəngin tarixi-mədəni irsi haqqında biliklərinin genişləndirilməsi, milli-mədəni dəyərlərin təbliği və onların gələcək nəsillərə çatdırılmasına töhfə verməkdir.

Hazırlanan materiallar ilə aşağıdakı keçidlər vasitəsilə tanış olmaq mümkündür:

https://www.clb.az/biblioqrafik-xidm%C9%99t/melumat-biblioqrafiya/veblioqrafiya/saza-v-soz-omur-ver-n-ustad-asiq-l-sg-r-205

https://www.clb.az/biblioqrafik-xidm%C9%99t/melumat-biblioqrafiya/slaydlar/s-h-rsalma-v-memarliq-milli-memarliq-irsi-v-muasir-s-h-rsalma    

https://clb.az/elektron/QerbiAzerbaycan/index.htm

https://www.clb.az/multi-medi-a/virtual-sergi/dahi-memar-c-mi-naxcivani

Əvvəlki Yazı

Razi Nurullayev:”Türkiyənin daxili siyasi həyatında və təhlükəsizlik arxitekturasında əhəmiyyətli dəyişikliklərə səbəb ola bilər”

Növbəti Yazı

“Balaca səyyah” səhnə səyahətinə hazırlaşır – FOTOLAR

XƏBƏR LENTİ

Zelenski: Rusiyanın Ukraynadakı hücumları nəticəsində 3 nəfər ölüb, çoxlu sayda insan yaralanıb

Miroşnik: “Zelenski Ukraynadakı seçkilərdən çox qorxur, ona görə seçkiləri keçirmir”

17 Sentyabr 2026 / 13:44
0
Vüqar Dadaşov:”Putinin “Ermənistan xalqı istəsə” ifadəsi elə özündə bütün açar şərtləri və xəbərdarlığı ehtiva edir”

Vüqar Dadaşov:”Bakıdakı əhali və funksional yükün regionlar üzrə yenidən bölüşdürülməsi ilə paralel aparılmalıdır”

17 Sentyabr 2026 / 13:37
43
Lavrov: Əgər avropalılar bizə hücum etsə, bu müharibə fərqli olacaq və çox qısa sürəcək

Sergey Lavrov hamını Qərblə bağlı xəbərdar etdi: ehtiyatlı olmaq əsasdır

17 Sentyabr 2026 / 13:32
11
Çin Xarici İşlər Nazirliyi: onun digər ölkələrlə ticarətinə müdaxilə Çin üçün qəbuledilməzdir

Çin Xarici İşlər Nazirliyi: onun digər ölkələrlə ticarətinə müdaxilə Çin üçün qəbuledilməzdir

17 Sentyabr 2026 / 13:26
16
Razi Nurullayev:”Türkiyənin daxili siyasi həyatında və təhlükəsizlik arxitekturasında əhəmiyyətli dəyişikliklərə səbəb ola bilər”

Razi Nurullayev:”İdxal məhsullarında da, yerli istehsalda da risklər ola bilər”

17 Sentyabr 2026 / 12:45
82
Tramp Rusiyanın maliyyə naziri Siluanovun ABŞ-a səfərini şərh edib

Axios: ABŞ prezidenti Tramp Körfəz liderləri ilə İran müharibəsindən sonrakı vəziyyəti müzakirə edəcək

17 Sentyabr 2026 / 9:41
22
Rusiya Silahlı Qüvvələri Ukraynanın hərbi-sənaye kompleksi obyektlərinə və dəniz gəmilərinə kütləvi hücuma keçib

Rusiya Silahlı Qüvvələri Ukraynanın hərbi-sənaye kompleksi obyektlərinə və dəniz gəmilərinə kütləvi hücuma keçib

17 Sentyabr 2026 / 9:34
18
ABŞ BMT Baş Assambleyasına qatılacaq Mahmud Abbasın viza tələbini rədd edib

ABŞ BMT Baş Assambleyasına qatılacaq Mahmud Abbasın viza tələbini rədd edib

17 Sentyabr 2026 / 9:26
11
 1 dollarlıq sikkə üzərində Trampın portreti ABŞ-ın 250 illik yubileyi münasibətilə çap edilib

Trampdan Kanadanın Avropa İttifaqına təhdidi

17 Sentyabr 2026 / 8:51
6
İngiltərədə bir kənd İngiltərəni tərk etmək qərarına gəldi

İngiltərədə bir kənd İngiltərəni tərk etmək qərarına gəldi

17 Sentyabr 2026 / 8:46
16
ABŞ Birləşmiş Qərargah Rəisləri: Ay ətrafında döyüşməyə hazırlaşmalıyıq

ABŞ Birləşmiş Qərargah Rəisləri: Ay ətrafında döyüşməyə hazırlaşmalıyıq

17 Sentyabr 2026 / 8:33
5
ABŞ-da Demokratlar Komitəsinin üzvü olan Miks İsrailə 2,8 milyard dollarlıq silah satışını təsdiqləməyəcəyini açıqlayıb.

ABŞ-da Demokratlar Komitəsinin üzvü olan Miks İsrailə 2,8 milyard dollarlıq silah satışını təsdiqləməyəcəyini açıqlayıb.

17 Sentyabr 2026 / 7:19
5
Yəməndə şiddətlənən qarşıdurmalar səbəbindən 122 mindən çox insan didərgin düşüb

Yəməndə şiddətlənən qarşıdurmalar səbəbindən 122 mindən çox insan didərgin düşüb

17 Sentyabr 2026 / 7:10
3
Trampın təyyarəsində fövqəladə sürüşmə böhran yaratdı

Tramp: Ümid edirəm ki, biz İranla müharibənin sonuna doğru irəliləyirik

17 Sentyabr 2026 / 7:05
14
ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiyaya qarşı sanksiya qanun layihəsini qəbul edib

ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiyaya qarşı sanksiya qanun layihəsini qəbul edib

17 Sentyabr 2026 / 6:57
16
Pakistan hərbi gəmilərin toqquşması ilə bağlı Hindistana nota verib

Pakistan hərbi gəmilərin toqquşması ilə bağlı Hindistana nota verib

17 Sentyabr 2026 / 1:42
5
Kolumbiyada yoxa çıxan təyyarədə türk iş adamı və 4 sərnişin həyatını itirib

Kolumbiyada yoxa çıxan təyyarədə türk iş adamı və 4 sərnişin həyatını itirib

17 Sentyabr 2026 / 1:09
1
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

17 Sentyabr 2026 / 0:32
11
Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ

Vüqar Rəhimzadə: Azərbaycan qlobal əməkdaşlıq məkanı kimi mövqeyini möhkəmləndirir

16 Sentyabr 2026 / 22:43
14
ABŞ senatoru Sandersdən İsrailə silah satışına reaksiya

ABŞ senatoru Sandersdən İsrailə silah satışına reaksiya

16 Sentyabr 2026 / 22:38
4
Rusiya Silahlı Qüvvələri Kiyev vilayətində logistika mərkəzinə zərbələr endirib

Səudiyyə Ərəbistanı Husilərin Məkkə ətrafında pilotsuz uçan aparat hücumunu pisləyib

16 Sentyabr 2026 / 19:05
11
Lavrov sentyabrın 8-də Moskvada Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin rəhbəri ilə danışıqlar aparacaq

Rusiya: Avropa qoşunları Ukraynaya yerləşdirilsə, bu, birbaşa müharibə elanı olacaq

16 Sentyabr 2026 / 18:57
11
Britaniyanın xarici işlər naziri Milibend: “İsrail hökuməti dostlarını itirir”

Britaniyanın xarici işlər naziri Milibend: “İsrail hökuməti dostlarını itirir”

16 Sentyabr 2026 / 16:49
10
Yaxın Şərqdəki gərginlik Almaniyada benzinin qiymətini tarixi səviyyəyə çatdırıb

Yaxın Şərqdəki gərginlik Almaniyada benzinin qiymətini tarixi səviyyəyə çatdırıb

16 Sentyabr 2026 / 14:14
12
AB-dən Kanadaya ilk “assosiativ üzv” təklifi

AB-dən Kanadaya ilk “assosiativ üzv” təklifi

16 Sentyabr 2026 / 14:09
12
Katz:Qəzzaya hərtərəfli hücum an məsələsidir

Katz:Qəzzaya hərtərəfli hücum an məsələsidir

16 Sentyabr 2026 / 14:04
18
“Kurtlar Vadisi Pusu” serialı ilə bağlı araşdırmalara başlanılıb

“Kurtlar Vadisi Pusu” serialı ilə bağlı araşdırmalara başlanılıb

16 Sentyabr 2026 / 14:00
16
Hörmüz boğazındakı böhran AB-nin qalıq yanacaq hesabını 90 milyard avro artırdı

Hörmüz boğazındakı böhran AB-nin qalıq yanacaq hesabını 90 milyard avro artırdı

16 Sentyabr 2026 / 13:50
4
Peskov: Yaponiya Rusiya Federasiyasına qarşı qeyri-dost mövqe tutur

Peskov: Yaponiya Rusiya Federasiyasına qarşı qeyri-dost mövqe tutur

16 Sentyabr 2026 / 13:46
6
“Balaca səyyah” səhnə səyahətinə hazırlaşır – FOTOLAR

“Balaca səyyah” səhnə səyahətinə hazırlaşır – FOTOLAR

16 Sentyabr 2026 / 12:29
13
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.