İsrailin elan etdiyi atəşkəs razılaşmasına baxmayaraq, son 24 saatda Qəzza zolağına təşkil etdiyi hücumlarda 19 fələstinli həyatını itirib.
Avropa.info xəbər verir ki, Səhiyyə Nazirliyinin Qəzzada etdiyi yazılı açıqlamada, İsrailin 2023-cü ilin oktyabr ayından bu yana davam edən hücumlarında ölənlərlə bağlı son məlumatlar paylaşılıb.
Qəzzada yeni atəşkəs razılaşmasına baxmayaraq, İsrailin son 24 saatda həyata keçirdiyi hücumlarda 19 fələstinli həyatını itirib, 35 fələstinli isə yaralanıb.
Qəzzada atəşkəsin qüvvəyə mindiyi 10 oktyabrdan bu yana 1250 nəfərin həyatını itirdiyi, İsrailin hücumları nəticəsində 4 min 110 nəfərin yaralandığı, 804 nəfərin cəsədinin dağıntılar altından çıxarıldığı bildirilib.
2023-cü ilin oktyabr ayından etibarən İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda ümumi can itkisinin 73 min 375-ə, yaralı sayının isə 174 min 220-yə yüksəldiyi bildirilib.
Qəzzada dağıntılar altında və yollarda hələ də çox sayda insanın olduğu, lakin səhiyyə və mülki müdafiə qruplarının bu insanlara çata bilmədiyi bildirilib.






























