Türkiyənin Diyarbak vilayətinin Bismil rayonunda jandarma qrupları tərəfindən həyata keçirilən əməliyyatda 2 ton 200 kiloqram marixuana ələ keçirilib, 3 şübhəli saxlanılıb.
Avropa.info xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Jandarma Baş Komandanlığının Narkotik Cinayətlərə Qarşı Mübarizə İdarəsi və Bismil Respublika Baş Prokurorluğunun koordinasiyasında narkotiklərlə mübarizə tədbirləri davam etdirilir.
Diyarbakır İl Jandarma Komandanlığı Narkotik və Kəşfiyyat Şöbə Müdirliyi ilə Bismil İlçe Jandarma Komandirliyi qrupları apardıqları kəşfiyyat işləri nəticəsində narkotik maddə istehsal və ticarəti ilə məşğul olduqları müəyyən edilən şəxslərə qarşı əməliyyat keçirib. Əməliyyat zamanı 2 ton 200 kiloqram marixuana götürülüb.
Nəzarətə alınan və narkotik vasitələrin istehsalı və ticarəti ilə məşğul olduqları müəyyən edilən 3 şübhəli sövq edildikləri məhkəmə orqanları tərəfindən həbs edilib.
Açıqlamada gənclərin gələcəyini, ailələrin əmin-amanlığını, cəmiyyətin təhlükəsizliyini hədəfləyən zəhər tacirlərinə heç vaxt imkan verilmədiyi, təhlükəsizlik qüvvələrinin əzmkar və fədakar işi ilə ölkənin hər yerində narkotik əməliyyatlarının fasiləsiz davam etdirildiyi vurğulanıb.
Açıqlamada əməliyyatı həyata keçirən jandarma personalı və prosesi koordinasiya edən Bismil Respublika Baş Prokurorluğu da təbrik edilib.






























