2009-cu ildə ABŞ-ın Texas ştatındakı Fort Hud hərbi bazasında 13 nəfəri öldürən, 32 nəfəri yaralayan keçmiş ordu mayoru Nidal Həsənin gülləbaran edilərək edam ediləcəyi açıqlanıb.
Bu qərar İkinci Dünya Müharibəsindən sonra ABŞ ordusunda bu üsulla həyata keçirilən ilk edamdır.
Avropa.info xəbər verir ki, Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Sean Parnell bazar ertəsi bildirib ki, Həsənin güllələnərək edam edilməsi tövsiyəsi müdafiə naziri Pit Heqset tərəfindən verilib və ABŞ prezidenti Donald Tramp tərəfindən təsdiqlənib.
Edam tarixi və yerinin Quru Qoşunları Müvəqqəti Müşaviri Adam R. Telle tərəfindən müəyyən ediləcəyini bildirən sözçüsü Parnell qərarı “Nəhayət Həsən üçün haqq-hesab günü gəldi” sözləri ilə qiymətləndirdi.
Keçmiş ordu mayoru və psixiatr Nidal Həsən 2009-cu il noyabrın 5-də Fort Hud bazasında atəş açaraq qətliam törədib.
Ordu prokuroru polkovnik Steve Henricks dinləmələrdə Həsənin bazada öz “şəxsi ölüm zonası” yaratdığını söylədi; İşin nəticəsi olaraq Həsən 13 qəsdən adam öldürmə və 32 qəsdən adam öldürməyə cəhddə təqsirli bilinərək ölüm cəzasına məhkum edilib.
Həsənin edam edilməsi Amerika hərbi ədaləti tarixində tarixi dönüş nöqtəsi olacaq.
ABŞ ordusunda güllələnmə üsulu ilə edam edilən sonuncu əsgər 1945-ci ildə İkinci Dünya Müharibəsi zamanı hərbi xidmətdən qaçdığı üçün edam edilən sıravi Eddi Slovik olub.
Ordu tərəfindən son ölüm hökmü 1961-ci ildə asılaraq edam edilən sıravi Con Bennett haqqında idi.






























