ABŞ prezidenti Donald Tramp Kaliforniya qubernatoru Gavin Newsom-un 500-dən çox edam məhbusunun cəzasını yüngülləşdirmək qərarına etiraz edəcəyini bildirib.
Avropa.info xəbər verir ki, Dünən ABŞ Ədliyyə Nazirliyində qətl qurbanlarının yaxınları ilə görüşdüyü proqramda Tramp federal səviyyədə ölüm cəzasının əhatə dairəsinin genişləndirilməsi ilə bağlı göstəriş verdiyini bildirib.
Prokurorların, hüquq-mühafizə orqanlarının əməkdaşlarının və həlak olanların yaxınlarının iştirak etdiyi proqramda çıxış edən Tramp ölüm hökmlərinin ömürlük həbsə çevrilməsinə etiraz edəcəklərinə işarə edərək, “O (Newsom) qatillərin tərəfini tutdu, lakin bu gün Amerika xalqının sizin tərəfinizdə olduğunu deyirik. Bu otaqda olan bir çox insan bunu bir şəkildə aradan qaldırmaq üçün əllərindən gələni edəcəyik”
Qərarı “siyasi” olaraq xarakterizə edən Tramp, “Nə üçün? Düşünürəm ki, biz bilirik. Düşünürəm ki, bu, siyasətdir. Düşünürəm ki, çox pis siyasətdir, amma fərqi yoxdur. Heç vaxt edilməməli idi”.
Bu ayın əvvəlində Kaliforniya qubernatoru Newsom 500-dən çox edam məhbusunun cəzalarını şərti azadlığa buraxılma imkanı olmadan ömürlük həbslə əvəz etdi.




