Sosial

Rafiq Daşdəmirli borçalılara qarşı qərəzli yanaşmaları pislədi

24 Noyabr 2026, 09:06267
Reklam728x90
Reklam320x100

Son günlər Gürcüstanda yaşayan azərbaycanlıların – Borçalı əhalisinin ünvanına səsləndirilən fikirlər cəmiyyətdə haqlı narazılıq yaradıb. Bütöv bir bölgənin insanlarını hədəf alan ümumiləşdirici və qərəzli yanaşmalar milli həmrəyliyə zərbə vurur və qətiyyətlə pislənilməlidir.

Avropa.info xəbər verir ki, bunu Sosdem.az-a açıqlamasında Milli Cəbhə Partiyasının (MCP) başqan müavini Rafiq Daşdəmirli Borçalı əhalisi ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirərkən deyib.

Borçalı eli hər zaman milli kimliyinə, kökünə sadiq olub

Partiya funksioneri tarix boyu müxtəlif çətinliklərlə üzləşən borçalılıların öz dilini, dinini və mənliyini qoruyub saxladığını vurğulayıb:

“Tarix boyu müxtəlif siyasi, sosial və iqtisadi çətinliklərlə üz-üzə qalan Borçalı eli hər zaman öz milli kimliyinə, kökünə və dövlətçilik ənənələrinə sadiqliyi ilə seçilib. Müxtəlif dövrlərdə üzləşdikləri təzyiqlərə, məhrumiyyətlərə və haqsızlıqlara baxmayaraq, borçalılılar nə dilini, nə dinini, nə də mənliyini güzəştə getməyib. Bu torpaq Azərbaycan elminə, mədəniyyətinə, ədəbiyyatına və dövlətçilik tarixinə yüzlərlə görkəmli şəxsiyyət, qəhrəman və ziyalı bəxş edib”.

Soydaşlarımızı hədəfə almaq ictimai həmrəyliyə zərbədir

Başqan müavini mövcud sosial-mədəni problemlərin həllinə dəstək vermək əvəzinə, bütöv bir regionu ittiham etməyin qəbuledilməz olduğunu bildirib:

“Borçalı nümayəndələri və ziyalıları da haqlı olaraq vurğulayırlar ki, mövcud problemlərin həlli yollarını araşdırmaq və soydaşlarımıza dəstək olmaq əvəzinə, onları əsassız yerə ittiham etmək və aşağılamaq yolverilməzdir. Çətin şəraitdə belə öz varlığını və qürurunu qoruyub saxlayan bir toplumun ünvanına səsləndirilən bu cür ifadələr ictimai həmrəyliyə zərbə vurur. Tarixin ən ağır sınaqlarından üzüağ çıxan Borçalı elinin insanları heç vaxt əyilməyib və bundan sonra da öz milli qürurunu qorumaqda davam edəcək”.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600