Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev 22 noyabr – ədliyyə işçilərinin peşə bayramı münasibətilə təbrik ünvanlayıb.
⠀
Avropa.info xəbər verir ki, millət vəkili təbrik müraciətində ədliyyə orqanlarının dövlət idarəçiliyindəki və vətəndaşların hüquqlarının qorunmasındakı xüsusi rolunu vurğulayıb:
⠀
“Ədliyyə işçilərinin peşə bayramı münasibətilə Ədliyyə Nazirliyinin rəhbərliyini və bütün əməkdaşlarını öz adımdan və rəhbərlik etdiyim Milli Cəbhə Partiyası adından səmimi-qəlbdən təbrik edirəm.
⠀
Ədliyyə sistemi dövlət idarəçiliyinin mühüm istiqamətlərindən biri olmaqla, qanunun aliliyinin təmin olunmasında, hüquqi dövlət quruculuğunun möhkəmləndirilməsində, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında xüsusi rol oynayır. Bu sahədə çalışan hər bir əməkdaşın fəaliyyəti böyük məsuliyyət və peşəkarlıq tələb edir.
⠀
Bu əlamətdar gün münasibətilə bütün ədliyyə işçilərinə möhkəm cansağlığı, ailə səadəti və şərəfli fəaliyyətlərində yeni uğurlar arzulayıram. Dövlətimizə və xalqımıza xidmət yolunda hər zaman müvəffəqiyyətlər qazanmalarını diləyirəm!”
Deputat Razi Nurullayev ədliyyə işçilərini təbrik edib

Reklam728x90
Reklam320x100
Reklam728x90
Reklam320x100

