Dünya

Tramp İrana hücumların yeni ildən sonra yenidən başlaya biləcəyi ilə bağlı xəbərdarlıq edib

23 Noyabr 2026, 08:18214
Reklam728x90
Reklam320x100

 

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, İranla razılaşma əldə olunmasa, yanvarın 1-dən sonra bu ölkəyə hərbi hücum əmri verə bilər.

Avropa.info xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Fox News-a telefonla müsahibəsində mövzu ilə bağlı açıqlamalar verib.

İranlı müzakirəçiləri danışıqları dayandırmaqda günahlandıran Tramp bildirib ki, razılıq əldə olunmasa, yeni ildən sonra bu ölkəyə hərbi hücum əmri verə bilər.

Tramp İran rəsmilərinin noyabrın 3-də ABŞ-da keçirilən aralıq seçkiləri ilə müqayisədə daha aqressiv mövqe sərgilədiyini iddia edərək, danışıqları aparanları “peşəkar rəqqaslar” adlandırıb.

İran rəsmilərinin davamlı olaraq danışdığını, lakin heç bir konkret addım atmadığını iddia edən Tramp danışıqların “mənasız” olduğunu bildirib.

Tramp İranın ABŞ-ın dəniz blokadasını aşmağa çalışması ehtimalına da toxunaraq, “Ümid edirəm ki, cəhd edəcəklər, bütün donanmalarının hamısı kimi dənizin dibinə batacaqlar” deyib.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600