06 - 10 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Siyasət

Məhəmməd Əsədullazadə:”Rusiya da siyasi və informasiya platformaları vasitəsilə regiondakı təsir imkanlarını qorumağa çalışır”

Oktyabr 6, 2026
Siyasət
A A

Son 6 ildə Azərbaycan Cənubi Qafqazda yeni siyasi nizamın formalaşmasına mühüm təsir göstərib. Bu transformasiya yalnız siyasi və iqtisadi müstəvidə deyil, təhlükəsizlik və ideoloji istiqamətlərdə də özünü göstərir. Azərbaycan artıq dəyişən regional reallıqlara uyğun olaraq yeni strateji yanaşma ortaya qoyur. Cənubi Qafqazda gedən regional və siyasi-iqtisadi transformasiya Rusiya və İranın regiondakı ənənəvi təsir imkanlarına da təsir göstərir. Hər iki ölkənin regionda formalaşan yeni siyasi reallıqlara münasibəti fərqlidir və onların müxtəlif siyasi, iqtisadi, informasiya və ideoloji vasitələrlə təsirlərini qorumağa çalışdıqları müşahidə olunur.

Avropa.info xəbər verir ki, bunu Sosdem.az-a açıqlamasında Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, politoloq Məhəmməd Əsədullazadə Cənubi Qafqazdakı yeni siyasi reallıqları və milli təhlükəsizlik məsələlərini dəyərləndirərkən bildirib.

“Hibrid təhdidlərə qarşı preventiv addımlar”

Ekspert xarici güclərin ideoloji müdaxilələrinə və hibrid təhdidlərə qarşı kompleks mübarizənin vacibliyini xüsusi vurğulayıb:

“ABŞ Çindən sonra Rusiyanı ‘qaşındırmağa’ çalışır. Xüsusilə İranın Azərbaycana münasibətdə ideoloji təsir imkanlarından uzun müddət istifadə etməyə çalışdığı barədə müxtəlif müzakirələr aparılıb. Rusiya da siyasi və informasiya platformaları vasitəsilə regiondakı təsir imkanlarını qorumağa çalışır. Bu baxımdan, Azərbaycan Prezidentinin yad ideoloji təsirlərin qarşısının alınması və milli təhlükəsizliyin qorunması ilə bağlı vurğuladığı məsələlər xüsusi əhəmiyyət daşıyır. Hesab edirəm ki, bu istiqamətdə yalnız dövlət qurumları deyil, vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatları və siyasi partiyalar da öz fəaliyyətlərini gücləndirməlidirlər. Çünki müasir dövrdə təhlükələr yalnız fiziki və hərbi xarakter daşımır”.

“İdeoloji təhdidlərin qarşısının alınması”

Başqan müavvini bildirib ki, hibrid təhdidlərin tərkibində informasiya, dini və ideoloji təsirlər də mühüm yer tutur:

“Müxtəlif dövlətlər və aktorlar başqa ölkələrin cəmiyyətlərində sosial və siyasi problemlər yaratmaq, öz təsir dairələrini genişləndirmək üçün bu vasitələrdən istifadə edə bilirlər. Azərbaycan da uzun illər ərzində müxtəlif dini və ideoloji təsirlərlə üzləşib. Bu səbəbdən təhlükəsizlik tədbirləri ilə yanaşı, ideoloji təhdidlərin qarşısının alınmasına yönəlmiş preventiv siyasətin də həyata keçirilməsi vacibdir. Bu prosesdə ölkənin siyasi qüvvələrinin və vətəndaş cəmiyyətinin maarifləndirici və milli həmrəyliyə xidmət edən fəaliyyəti mühüm rol oynaya bilər”.

“Alban irsi və mədəni iddialara elmi faktlarla cavab”

MCP rəsmisi regional iddialara və tarixi saxtakarlıqlara qarşı sistemli fəaliyyətin əhəmiyyətini qeyd edərək fikirlərini yekunlaşdırıb:

“Azərbaycan cəmiyyətinin milli kimliyi və dövlətçilik modeli bu prosesdə mühüm amildir. Son dövrlərdə Ermənistan və Gürcüstanda Azərbaycanla bağlı müxtəlif tarixi, dini və mədəni mübahisələr də gündəmə gətirilir. Xüsusilə alban irsi və Azərbaycanın xristian irsi ilə bağlı məsələlər ətrafında müxtəlif iddialar səsləndirilir. Bu məsələlərə münasibətdə emosional yanaşmadan daha çox, tarixi və elmi faktlara əsaslanan mövqenin ortaya qoyulması vacibdir. Regionda dini və ideoloji məsələlərin siyasi təsir vasitəsinə çevrilməsi ehtimalı da nəzərə alınmalıdır. Buna görə Azərbaycan öz tarixi, mədəni və milli irsi ilə bağlı mövqeyini beynəlxalq və regional platformalarda daha sistemli şəkildə təqdim etməlidir”.

Əvvəlki Yazı

Bankovaya ən təhlükəli oyunu hazırlayır: Rusiya Federasiyası ilə kompromis çağırışının əsl səbəbi məlum oldu

Növbəti Yazı

Kiyev israrla müharibəni dayandırmaq üçün ən alçaldıcı ssenariyə doğru sövq edilir: ekspert nəticələrindən məəttəl qalıb

XƏBƏR LENTİ

Zelenskidən Trampa bu güzəşt Ukraynanın müharibədəki ən pis məğlubiyyəti olacaq: nəticələr şoka salacaq

Zelenskidən Trampa bu güzəşt Ukraynanın müharibədəki ən pis məğlubiyyəti olacaq: nəticələr şoka salacaq

06 Oktyabr 2026 / 16:49
18
Fransalı Avropa Parlamentinin üzvü Fourreau: Fransa uşaqlarını şikəst edir

Fransalı Avropa Parlamentinin üzvü Fourreau: Fransa uşaqlarını şikəst edir

06 Oktyabr 2026 / 15:07
17
Əhməd Yusifov Prezident İlham Əliyevlə görüşdən paylaşım edib bu sözləri yazdı-Fotolar

Əhməd Yusifov Prezident İlham Əliyevlə görüşdən paylaşım edib bu sözləri yazdı-Fotolar

06 Oktyabr 2026 / 15:00
9
Göyçayda Qeysəriyyə əməliyyatı faciə ilə bitdi: 31 yaşlı Səkinə Yusifovanin ölumundə həkim səhlənkarlığı iddiası ciddi şəkildə araşdırılmalıdır -Yenilənib

Göyçayda Qeysəriyyə əməliyyatı faciə ilə bitdi: 31 yaşlı Səkinə Yusifovanin ölumundə həkim səhlənkarlığı iddiası ciddi şəkildə araşdırılmalıdır -Yenilənib

06 Oktyabr 2026 / 14:51
14
Kiyev israrla müharibəni dayandırmaq üçün ən alçaldıcı ssenariyə doğru sövq edilir: ekspert nəticələrindən məəttəl qalıb

Kiyev israrla müharibəni dayandırmaq üçün ən alçaldıcı ssenariyə doğru sövq edilir: ekspert nəticələrindən məəttəl qalıb

06 Oktyabr 2026 / 14:12
15
Məhəmməd Əsədullazadə:”Rusiya da siyasi və informasiya platformaları vasitəsilə regiondakı təsir imkanlarını qorumağa çalışır”

Məhəmməd Əsədullazadə:”Rusiya da siyasi və informasiya platformaları vasitəsilə regiondakı təsir imkanlarını qorumağa çalışır”

06 Oktyabr 2026 / 13:59
57
Bankovaya ən təhlükəli oyunu hazırlayır: Rusiya Federasiyası ilə kompromis çağırışının əsl səbəbi məlum oldu

Bankovaya ən təhlükəli oyunu hazırlayır: Rusiya Federasiyası ilə kompromis çağırışının əsl səbəbi məlum oldu

06 Oktyabr 2026 / 13:49
17
Vüqar Dadaşov:”Ərəb Dövlətləri Liqasının Türkiyəni ‘işğalçı’ elan edən birgə bəyanatına Fələstin XİN də imza atıb”

Vüqar Dadaşov:”Ərəb Dövlətləri Liqasının Türkiyəni ‘işğalçı’ elan edən birgə bəyanatına Fələstin XİN də imza atıb”

06 Oktyabr 2026 / 13:40
84
Avropa, nəhayət, Zelenskinin yalanlarından üz döndərir: Ukrayna üçün ən təhlükəli siqnal üzə çıxdı

Avropa, nəhayət, Zelenskinin yalanlarından üz döndərir: Ukrayna üçün ən təhlükəli siqnal üzə çıxdı

06 Oktyabr 2026 / 13:30
5
 Ukrayna Silahlı Qüvvələri Moskva səmasını bağlayıb: Türkiyədən Rusiya Federasiyasının paytaxtına uçan təyyarələr geri qayıdıb

 Ukrayna Silahlı Qüvvələri Moskva səmasını bağlayıb: Türkiyədən Rusiya Federasiyasının paytaxtına uçan təyyarələr geri qayıdıb

06 Oktyabr 2026 / 12:31
2
Tural İrfan:“Hesab edirəm ki, bu proseslərdə müəyyən xarici təsirlərin də rolu var”

Tural İrfan:“Ermənistan bir tərəfdən ikitərəfli sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan edir

06 Oktyabr 2026 / 12:16
47
İkinci Dünya Müharibəsindən sonra ABŞ ordusunda bir ilk: Hücum edən güllələnəcək

İkinci Dünya Müharibəsindən sonra ABŞ ordusunda bir ilk: Hücum edən güllələnəcək

06 Oktyabr 2026 / 10:17
11
Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Ənsari: Məkkə razılaşması regional təhlükəsizlik üçün ümidvericidir

Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Ənsari: Məkkə razılaşması regional təhlükəsizlik üçün ümidvericidir

06 Oktyabr 2026 / 9:03
11
Kiyevdə partlayışlar baş verib: reaktiv PUA-lar yenidən paytaxtı dəhşətə gətirir, yanğın baş verib

Kiyevdə partlayışlar baş verib: reaktiv PUA-lar yenidən paytaxtı dəhşətə gətirir, yanğın baş verib

06 Oktyabr 2026 / 8:37
14
Moskva yaxınlığında, PUA-nın zərbələrindən sonra Rusiya paytaxtının magistral boru kəməri nəqliyyat qovşağı yanır -Video

Moskva yaxınlığında, PUA-nın zərbələrindən sonra Rusiya paytaxtının magistral boru kəməri nəqliyyat qovşağı yanır -Video

06 Oktyabr 2026 / 8:29
11
Ukrayna dronlari müxtəlif istiqamətlərdən Moskvaya hücum edir: Kapotnyadakı neft emalı zavodu  hücuma məruz qalıb

Ukrayna dronlari müxtəlif istiqamətlərdən Moskvaya hücum edir: Kapotnyadakı neft emalı zavodu  hücuma məruz qalıb

06 Oktyabr 2026 / 8:00
16
Tramp yenidən Rusiyanın müdafiəsinə qalxdı: Nə dedi..

Tramp ABŞ bombardmançılarını mümkün “İran təhdidinə” görə Britaniyadan çıxardıqlarını söylədi

06 Oktyabr 2026 / 7:51
31
Qeysəriyyə əməliyyatından sonra halı pisləşən 31 yaşlı xanım həkim səhvindən öldü

Qeysəriyyə əməliyyatından sonra halı pisləşən 31 yaşlı xanım həkim səhvindən öldü

06 Oktyabr 2026 / 7:40
55
Kəlbəcərdə mina təhlükəsi ilə bağlı maarifləndirmə tədbiri keçirilib

Kəlbəcərdə mina təhlükəsi ilə bağlı maarifləndirmə tədbiri keçirilib

05 Oktyabr 2026 / 19:03
3
Gülnarə Əmiraslanova: “Şagirdlərimizin uğuru bizim ən böyük sərvətimizdir”

Gülnarə Əmiraslanova: “Şagirdlərimizin uğuru bizim ən böyük sərvətimizdir”

05 Oktyabr 2026 / 18:55
40
Yaponiya IAC 2026-da Türkiyə ilə kosmik əməkdaşlığın genişləndirilməsinə diqqət yetirib

Yaponiya IAC 2026-da Türkiyə ilə kosmik əməkdaşlığın genişləndirilməsinə diqqət yetirib

05 Oktyabr 2026 / 12:35
22
Dövlət İttihamçısı Ramiz Mehdiyevin ittihamını oxuyacaq

Dövlət İttihamçısı Ramiz Mehdiyevin ittihamını oxuyacaq

05 Oktyabr 2026 / 12:05
45
İspaniya erkən seçkilərə gedir

İspaniya erkən seçkilərə gedir

05 Oktyabr 2026 / 11:59
20
Respublika Uşaq Kitabxanası və Kostanay şəhər  kitabxanası  arasında onlayn görüş keçirilib-Fotolar 

Respublika Uşaq Kitabxanası və Kostanay şəhər  kitabxanası  arasında onlayn görüş keçirilib-Fotolar 

05 Oktyabr 2026 / 11:44
19
Braziliyada prezident seçkilərinin ikinci turu keçirilir

Braziliyada prezident seçkilərinin ikinci turu keçirilir

05 Oktyabr 2026 / 11:21
14
Məhəmməd Əsədullazadə:“Artıq regional və beynəlxalq siyasi-təhlükəsizlik böhranı daha da dərinləşir”

Məhəmməd Əsədullazadə:”Bu da İran daxilində Azərbaycanla münasibətlərə fərqli yanaşmaların mövcudluğunu göstərir”

05 Oktyabr 2026 / 11:16
53
Vüqar Dadaşov:“İranda Sistem Dəyişərsə, Məkkə Sazişinə Qoşula Bilər”

Vüqar Dadaşov:”Rusiyanın Cənubi Qafqazda strateji qələbəsi məhz etnik münaqişə nəticəsidir”

05 Oktyabr 2026 / 10:11
37
ABŞ Sahil Mühafizəsi itkin düşən təyyarənin qalıqlarını tapdıqdan sonra 6 nəfərin axtarışlarını davam etdirir

ABŞ Sahil Mühafizəsi itkin düşən təyyarənin qalıqlarını tapdıqdan sonra 6 nəfərin axtarışlarını davam etdirir

05 Oktyabr 2026 / 9:43
1
İngiltərədəki Yaşıllar Partiyasının liderinin “Sionizm irqçilikdir” deyişindən sonra İsrailə girişi qadağan edilib

İngiltərədəki Yaşıllar Partiyasının liderinin “Sionizm irqçilikdir” deyişindən sonra İsrailə girişi qadağan edilib

05 Oktyabr 2026 / 9:35
6
Məkkə Alyansının ikinci toplantısı bu gün keçirilir

Məkkə Alyansının ikinci toplantısı bu gün keçirilir

05 Oktyabr 2026 / 9:29
12
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.