İsrail ordusunun Livanın cənubundakı Nəbatieh vilayətində pilotsuz uçuş aparatı (PUA) ilə həyata keçirdiyi hücumda 1 nəfər ölüb, 1 nəfər yaralanıb.
Avropa.info xəbər verir ki, Livanın rəsmi xəbər agentliyi NNA-nın xəbərinə görə, İsrail PUA-sı səhər saatlarında Nəbatiyyə əyalətinin Ruveys rayonundakı Məsume Parkı yaxınlığındakı bir nöqtəni hədəfə alıb.
Hücum nəticəsində 1 nəfər ölüb, 1 nəfər yaralanıb.
Digər tərəfdən İsrailə məxsus başqa bir PUA idarə olunan raketlə Nəbatiyənin Meselle rayonunda bir mənzili hədəfə alıb. Sözügedən hücumla bağlı ölən və ya yaralananlarla bağlı məlumat paylaşılmayıb.
Bildirilib ki, İsrail ordusu dünən axşam saatlarından etibarən Livanın cənubundakı Nəbatiyə əyalətinə qarşı hava və artilleriya hücumlarını gücləndirib.
İsrailin Livana hücumları martın 2-dən atəşkəsə baxmayaraq davam edir. Livan səlahiyyətlilərinə görə, hücumlar nəticəsində 4 mindən çox insan ölüb, 12 mindən çox insan yaralanıb, 1 milyondan çox insan isə didərgin düşüb.






























