07 - 10 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Sosial

Əlilliyi ləğv edilən hərbçi ədalət axtarır: “Nə iş var, nə təqaüd”

Oktyabr 14, 2025
Sosial
A A

Vətənə xidmət edən, canını riskə atan insanların taleyi çox zaman unudulur, dövlətin qorumağa borclu olduğu insanlar bəzən məmur laqeydliyinin, biganəliyinin qurbanına çevrilir. Elə keçmiş hərbçi Əliyev Məhərrəm Mühafiz oğlunun başına gələnlər də bunun acı nümunəsidir.

Bu barədə İlkxeber.org-a danışan Məhərrəm Əliyevin dediyinə görə hələ 1997-ci ildə Türkiyədə hərbi təhsil alarkən təlim zamanı ağır zədə alıb. Aldığı zədə nəticəsində onda epileptik tutmalar başlayıb. O, uzun müddət İstanbul GATA xəstəxanasında müalicə alıb. Daha sonra Azərbaycana qayıdaraq tank komandiri kimi xidmətini davam etdirib. Lakin xəstəliyin yenidən baş qaldırması səbəbindən tank komandirliyindən kənarlaşdırıb hərbi hissədə anbar müdiri vəzifəsinə təyin ediblər. Bir müddət sonra səhhətindəki problemlərlə bağlı xəstəliyinə görə ordudan tərxis olunub.

İllərlə dövlətə xidmət edən bu hərbçi 2008-ci ildən II qrup əlil kimi təqaüd alırdı. Amma 2021-ci ildən sonra qanunvericilikdə edilən dəyişikliklərlə onun təqaüdü kəsilib. Səbəb? Guya o, “sağalıb”. Halbuki həkimlərin rəyinə görə epilepsiya ömürlük xəstəlikdir və hər an yenidən baş qaldıra bilər.

Beləliklə, dövlət qurumları Məhərrəm Əliyevi “sağlam” sayıb təqaüdünü kəsib, amma eyni zamanda “xəstə” sayıb işləməsinə də icazə vermir. Bu absurd vəziyyət bir insanı həm işsiz, həm də çörəksiz qoyub.

Məhərrəm Əliyev deyir:

“Mənə deyirlər ki, sən xəstəsən, təqaüd düşmür. Deyirəm, yaxşı, onda işləməyə icazə verin. Onu da vermirlər. Mən nə etməliyəm? Təqaüd yoxdur, iş yoxdur. Beləcə, məni ailəmlə birlikdə çörəksiz qoyublar”.

Hazırda keçmiş hərbçi “VTEK”, TƏBİB və poliklinika arasında qalıb. Hər yer eyni cavabı verir: “Xüsusi şəraitdə işləyə bilər.” Amma ölkədə elə “xüsusi şəraitdə” iş yerləri hardadır? Bu qeydlə heç bir müəssisə onu işə götürmür.

Əslində, bir vətəndaş xəstədirsə, onun sosial təminatı dövlət tərəfindən qorunmalıdır. Əgər işləyə bilirsə, ona saxta bəhanələrlə qadağa qoyulmamalıdır.

Bu cür hallarda suallar yaranır: Əgər Məhərrəm Əliyev sağlamdırsa, niyə ona işləməyə icazə verilmir? Əgər xəstədirsə, niyə təqaüdü bərpa olunmur? Vətəndaşların sosial müdafiəsinə məsuliyyəy daşıyan qurumlar hara baxır. Onların biganəliyi səbəbindən bu gün bir keçmiş hərbçi bürokratik süründürməçiliyin qurbanına çevrilib.

Məhərrəm Əliyev çıxış yolunu yalnız mətbuatda görür. O, sonda deyir: “ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Nazirliyi, TƏBİB mənə qarşı bu cür biganə münasibətə son qoysun, sağlamlıq durumuma yenidən və obyektiv baxış keçirilsin, təqaüdüm bərpa olunsun və səhhətinə uyğun işləmək imkanı verilsin.
Mən artıq çıxış yolu tapa bilmirəm, sadəcə düşdüyüm vəziyyətlə bağlı ədalət istəyirəm. Bəlkə, səsimi mətbuat vasitəsilə eşidərlər”.

Bəli, çox acınacaqlıdır ki, bu gün vətənə xidmət edən keçmiş hərbçinin səsi məmur kabinetlərində eşidilmir. Vətənə sədaqətlə qulluq etməklə başlayan bir həyat hekayəsi məmur biganəliyi ucbatından faciəyə çevrilib. Amma bu cür insanları “arxivə atmaq” yox, qorumaq, yaşatmaq və haqqını bərpa etməkdir, əks halda “vətənə xidmət” anlayışı kağız üzərindəki ifadədən o tərəfə keçməyəcək.

Avropa.info yazıda adı çəkilən qurumların mövqeyini də dərc etməyə hazır olduğunu bildirir.



Əvvəlki Yazı

Bu şəxslər dövlətdən pulsuz avtomobil ala bilər – RƏSMİ

Növbəti Yazı

Ermənistan ordusunun “yenilməzlik” mifini darmadağın edən ƏMƏLİYYAT – Böyük Zəfər yürüşünün yeni mərhələsi belə başladı

XƏBƏR LENTİ

Tramp Rusiyadakı epidemiya ilə bağlı Putinlə görüşəcək

Tramp Rusiyadakı epidemiya ilə bağlı Putinlə görüşəcək

07 Oktyabr 2026 / 7:37
12
Trampdan “İran” mesajı: Bu işi bitirməliyik

Trampdan “İran” mesajı: Bu işi bitirməliyik

07 Oktyabr 2026 / 7:20
7
Zelenskidən Trampa bu güzəşt Ukraynanın müharibədəki ən pis məğlubiyyəti olacaq: nəticələr şoka salacaq

Zelenskidən Trampa bu güzəşt Ukraynanın müharibədəki ən pis məğlubiyyəti olacaq: nəticələr şoka salacaq

06 Oktyabr 2026 / 16:49
22
Fransalı Avropa Parlamentinin üzvü Fourreau: Fransa uşaqlarını şikəst edir

Fransalı Avropa Parlamentinin üzvü Fourreau: Fransa uşaqlarını şikəst edir

06 Oktyabr 2026 / 15:07
17
Əhməd Yusifov Prezident İlham Əliyevlə görüşdən paylaşım edib bu sözləri yazdı-Fotolar

Əhməd Yusifov Prezident İlham Əliyevlə görüşdən paylaşım edib bu sözləri yazdı-Fotolar

06 Oktyabr 2026 / 15:00
9
Göyçayda Qeysəriyyə əməliyyatı faciə ilə bitdi: 31 yaşlı Səkinə Yusifovanin ölumundə həkim səhlənkarlığı iddiası ciddi şəkildə araşdırılmalıdır -Yenilənib

Göyçayda Qeysəriyyə əməliyyatı faciə ilə bitdi: 31 yaşlı Səkinə Yusifovanin ölumundə həkim səhlənkarlığı iddiası ciddi şəkildə araşdırılmalıdır -Yenilənib

06 Oktyabr 2026 / 14:51
18
Kiyev israrla müharibəni dayandırmaq üçün ən alçaldıcı ssenariyə doğru sövq edilir: ekspert nəticələrindən məəttəl qalıb

Kiyev israrla müharibəni dayandırmaq üçün ən alçaldıcı ssenariyə doğru sövq edilir: ekspert nəticələrindən məəttəl qalıb

06 Oktyabr 2026 / 14:12
16
Məhəmməd Əsədullazadə:”Rusiya da siyasi və informasiya platformaları vasitəsilə regiondakı təsir imkanlarını qorumağa çalışır”

Məhəmməd Əsədullazadə:”Rusiya da siyasi və informasiya platformaları vasitəsilə regiondakı təsir imkanlarını qorumağa çalışır”

06 Oktyabr 2026 / 13:59
58
Bankovaya ən təhlükəli oyunu hazırlayır: Rusiya Federasiyası ilə kompromis çağırışının əsl səbəbi məlum oldu

Bankovaya ən təhlükəli oyunu hazırlayır: Rusiya Federasiyası ilə kompromis çağırışının əsl səbəbi məlum oldu

06 Oktyabr 2026 / 13:49
17
Vüqar Dadaşov:”Ərəb Dövlətləri Liqasının Türkiyəni ‘işğalçı’ elan edən birgə bəyanatına Fələstin XİN də imza atıb”

Vüqar Dadaşov:”Ərəb Dövlətləri Liqasının Türkiyəni ‘işğalçı’ elan edən birgə bəyanatına Fələstin XİN də imza atıb”

06 Oktyabr 2026 / 13:40
86
Avropa, nəhayət, Zelenskinin yalanlarından üz döndərir: Ukrayna üçün ən təhlükəli siqnal üzə çıxdı

Avropa, nəhayət, Zelenskinin yalanlarından üz döndərir: Ukrayna üçün ən təhlükəli siqnal üzə çıxdı

06 Oktyabr 2026 / 13:30
5
 Ukrayna Silahlı Qüvvələri Moskva səmasını bağlayıb: Türkiyədən Rusiya Federasiyasının paytaxtına uçan təyyarələr geri qayıdıb

 Ukrayna Silahlı Qüvvələri Moskva səmasını bağlayıb: Türkiyədən Rusiya Federasiyasının paytaxtına uçan təyyarələr geri qayıdıb

06 Oktyabr 2026 / 12:31
2
Tural İrfan:“Hesab edirəm ki, bu proseslərdə müəyyən xarici təsirlərin də rolu var”

Tural İrfan:“Ermənistan bir tərəfdən ikitərəfli sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan edir

06 Oktyabr 2026 / 12:16
48
İkinci Dünya Müharibəsindən sonra ABŞ ordusunda bir ilk: Hücum edən güllələnəcək

İkinci Dünya Müharibəsindən sonra ABŞ ordusunda bir ilk: Hücum edən güllələnəcək

06 Oktyabr 2026 / 10:17
11
Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Ənsari: Məkkə razılaşması regional təhlükəsizlik üçün ümidvericidir

Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Ənsari: Məkkə razılaşması regional təhlükəsizlik üçün ümidvericidir

06 Oktyabr 2026 / 9:03
12
Kiyevdə partlayışlar baş verib: reaktiv PUA-lar yenidən paytaxtı dəhşətə gətirir, yanğın baş verib

Kiyevdə partlayışlar baş verib: reaktiv PUA-lar yenidən paytaxtı dəhşətə gətirir, yanğın baş verib

06 Oktyabr 2026 / 8:37
14
Moskva yaxınlığında, PUA-nın zərbələrindən sonra Rusiya paytaxtının magistral boru kəməri nəqliyyat qovşağı yanır -Video

Moskva yaxınlığında, PUA-nın zərbələrindən sonra Rusiya paytaxtının magistral boru kəməri nəqliyyat qovşağı yanır -Video

06 Oktyabr 2026 / 8:29
11
Ukrayna dronlari müxtəlif istiqamətlərdən Moskvaya hücum edir: Kapotnyadakı neft emalı zavodu  hücuma məruz qalıb

Ukrayna dronlari müxtəlif istiqamətlərdən Moskvaya hücum edir: Kapotnyadakı neft emalı zavodu  hücuma məruz qalıb

06 Oktyabr 2026 / 8:00
16
Tramp yenidən Rusiyanın müdafiəsinə qalxdı: Nə dedi..

Tramp ABŞ bombardmançılarını mümkün “İran təhdidinə” görə Britaniyadan çıxardıqlarını söylədi

06 Oktyabr 2026 / 7:51
31
Qeysəriyyə əməliyyatından sonra halı pisləşən 31 yaşlı xanım həkim səhvindən öldü

Qeysəriyyə əməliyyatından sonra halı pisləşən 31 yaşlı xanım həkim səhvindən öldü

06 Oktyabr 2026 / 7:40
62
Kəlbəcərdə mina təhlükəsi ilə bağlı maarifləndirmə tədbiri keçirilib

Kəlbəcərdə mina təhlükəsi ilə bağlı maarifləndirmə tədbiri keçirilib

05 Oktyabr 2026 / 19:03
3
Gülnarə Əmiraslanova: “Şagirdlərimizin uğuru bizim ən böyük sərvətimizdir”

Gülnarə Əmiraslanova: “Şagirdlərimizin uğuru bizim ən böyük sərvətimizdir”

05 Oktyabr 2026 / 18:55
40
Yaponiya IAC 2026-da Türkiyə ilə kosmik əməkdaşlığın genişləndirilməsinə diqqət yetirib

Yaponiya IAC 2026-da Türkiyə ilə kosmik əməkdaşlığın genişləndirilməsinə diqqət yetirib

05 Oktyabr 2026 / 12:35
22
Dövlət İttihamçısı Ramiz Mehdiyevin ittihamını oxuyacaq

Dövlət İttihamçısı Ramiz Mehdiyevin ittihamını oxuyacaq

05 Oktyabr 2026 / 12:05
45
İspaniya erkən seçkilərə gedir

İspaniya erkən seçkilərə gedir

05 Oktyabr 2026 / 11:59
20
Respublika Uşaq Kitabxanası və Kostanay şəhər  kitabxanası  arasında onlayn görüş keçirilib-Fotolar 

Respublika Uşaq Kitabxanası və Kostanay şəhər  kitabxanası  arasında onlayn görüş keçirilib-Fotolar 

05 Oktyabr 2026 / 11:44
19
Braziliyada prezident seçkilərinin ikinci turu keçirilir

Braziliyada prezident seçkilərinin ikinci turu keçirilir

05 Oktyabr 2026 / 11:21
14
Məhəmməd Əsədullazadə:“Artıq regional və beynəlxalq siyasi-təhlükəsizlik böhranı daha da dərinləşir”

Məhəmməd Əsədullazadə:”Bu da İran daxilində Azərbaycanla münasibətlərə fərqli yanaşmaların mövcudluğunu göstərir”

05 Oktyabr 2026 / 11:16
53
Vüqar Dadaşov:“İranda Sistem Dəyişərsə, Məkkə Sazişinə Qoşula Bilər”

Vüqar Dadaşov:”Rusiyanın Cənubi Qafqazda strateji qələbəsi məhz etnik münaqişə nəticəsidir”

05 Oktyabr 2026 / 10:11
37
ABŞ Sahil Mühafizəsi itkin düşən təyyarənin qalıqlarını tapdıqdan sonra 6 nəfərin axtarışlarını davam etdirir

ABŞ Sahil Mühafizəsi itkin düşən təyyarənin qalıqlarını tapdıqdan sonra 6 nəfərin axtarışlarını davam etdirir

05 Oktyabr 2026 / 9:43
1
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.