26 - 10 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Siyasət

“Ekspo 2025”də Azərbaycan milli pavilyonunun açılışı oldu – FOTOLAR

Aprel 14, 2025
Siyasət
A A

Yaponiyanın Osaka şəhərində “Həyatımız üçün gələcək cəmiyyəti formalaşdıraq” (Designing the Future Society for Our Lives) mövzusunda “Osaka, Kansai Ekspo 2025” dünya sərgisi işinə başlayıb.

“Ekspo 2025”in rəsmi açılışıda Yaponiya İmperatoru Naruhito, bu ölkənin Baş naziri Siqeru İsiba, Beynəlxalq Sərgilər Bürosunun Baş Katibi Dmitriy Kerkentzes, dünya sərgisində təmsil olunan ölkələrdən yüksəksəviyyəli qonaqlar iştirak ediblər.

Avropa.info  xəbər verir ki, 2000-ci ildən Ekspo sərgilərində uğurla təmsil olunan Azərbaycan bu il də dünya sərgisində iştiraka böyük əhəmiyyət verir.

Tədbir çərçivəsində Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə yaradılan milli pavilyonun da açılışı olub. Açılışda Azərbaycanın “Ekspo 2025” üzrə Baş komissarı, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, ”Ekspo 2025”in Azərbaycan üzrə ölkə meneceri Şimzi İzumi, Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə və digər qonaqlar iştirak ediblər.

Azərbaycan pavilyonu “Ekspo 2025”in “Həyatları əlaqələndirmək” (Connecting Lives) bölməsində yerləşməklə “Dayanıqlı inkişafa doğru yeddi körpü” (Seven bridges for sustainability) mövzusunu əhatə edir.

Pavilyonun konsepsiyası dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından qaynaqlanıb. Burada Azərbaycanın zəngin mədəni irsi, texnoloji inkişaf və davamlı inkişafa bağlılığı, eyni zamanda dialoqa açıqlığı nümayiş olunur. Çünki dialoq və əlaqələr vasitəsilə aydın, harmoniya dolu və dayanıqlı gələcəyə nail olmaq mümkündür.

Üç mərtəbədən ibarət pavilyonun fasadının dizaynı Azərbaycan ənənələrini, incəsənətini və sənətkarlığını təcəssüm etdirən şəbəkə motivlərindən yaradılıb. Ziyarətçilər pavilyondakı səyahətlərinə nəhəng yeddi gözəlin hər birinin təcəssüm etdirdiyi müxtəlif istiqamətlərlə – mədəni müxtəliflik, mədəni irs, ənənəvi incəsənət, memarlıq inciləri, davamlı inkişaf, təbii sərvətlər, idman və turizm sahələri ilə tanışlıqla başlayırlar.

Pavilyonda Azərbaycan və Yaponiyanı tərənnüm edən üç ağac da yer alıb. Bunlar “Azərbaycan ağacı”, “Yapon ağacı”, Azərbaycan və yapon ağaclarının sintezi olan “Dostluq ağacı”dır.

155 hektardan çox ərazini əhatə edən “Ekspo 2025”də ümumilikdə 165 ölkə və 7 beynəlxalq təşkilat təmsil olunur. Oktyabrın 13-dək müddətdə “Ekspo 2025”ə 28 milyon ziyarətçinin gəlişi gözlənilir.

Əvvəlki Yazı

Azərbaycanda siqaretlər BAHALAŞDI

Növbəti Yazı

Ulduzların səsi deşifrə edilib: Günəşin gələcəyi titrəyişlərdə gizlidir

XƏBƏR LENTİ

Ukrayna, ABŞ və Rusiya arasında danışıqlar noyabrdan əvvəl başlaya bilər: Zelenski detalları açıqladı

Zelenski Brüsselə getməyə bilər: ABŞ-ın planları həqiqətənmi mühüm görüşə hazırlığı pozdu??

26 Oktyabr 2026 / 16:37
12
Mehriban Əliyeva Xalq Rəssami Fərhad Xəlilovu təbrik etdi

Mehriban Əliyeva Xalq Rəssami Fərhad Xəlilovu təbrik etdi

26 Oktyabr 2026 / 12:55
14
Lula da Silva yenidən Braziliya prezidenti seçilib

Lula da Silva yenidən Braziliya prezidenti seçilib

26 Oktyabr 2026 / 9:02
5
ABŞ prezidenti Tramp neft potensialını artırmaq üçün Müdafiə İstehsalı Aktını işə salır

Donald Tramp təkid edir ki, onun reytinqi 60 faiz ətrafındadır

26 Oktyabr 2026 / 8:57
1
Razi Nurullayev: “Zəngilan zəfər tariximizin şanlı və parlaq səhifəsidir”

Razi Nurullayev:”Şəbəkələr həmin yerli istehsalçıdan məhsulunu satmaq üçün 30-40% civarında pul istəyirlər”

26 Oktyabr 2026 / 8:50
50
Braziliyada qeyri-rəsmi nəticələrə görə seçkilərdə qalib gələn Silva: Braziliya heç kimin arxa bağçasıdır və olmayacaq

Braziliyada qeyri-rəsmi nəticələrə görə seçkilərdə qalib gələn Silva: Braziliya heç kimin arxa bağçasıdır və olmayacaq

26 Oktyabr 2026 / 8:45
10
Səudiyyə Ərəbistanı Kral Fəhd hava limanına yeni hücum edildiyini açıqlayıb

Yəməndəki husilər: Ər-Riyaddakı Kral Xalid hava limanını və Şərq-Qərb Neft Kəmərini hədəf aldıq

26 Oktyabr 2026 / 8:38
14
Serbiyada namizəd Vuçiç “Tələbə siyahısı”na seçkilərdə məğlub olduğunu etiraf edib

Serbiyada namizəd Vuçiç “Tələbə siyahısı”na seçkilərdə məğlub olduğunu etiraf edib

26 Oktyabr 2026 / 8:19
23
Razi Nurullayev:”Geyim məsələsini süni şəkildə dini qarşıdurmaya çevirmək yolverilməzdir”

Razi Nurullayev:”Qubadlının azad edilməsi Zəfər tariximizin şanlı səhifəsidir”

25 Oktyabr 2026 / 23:10
36
ABŞ-ın Nyu-York baş yeparxiyası cinsi zorakılığa görə 800 milyon dollar ödəyəcək

ABŞ-ın Nyu-York baş yeparxiyası cinsi zorakılığa görə 800 milyon dollar ödəyəcək

25 Oktyabr 2026 / 14:30
16
“Rəqəmsal dövrdə uşaq ədəbiyyatı və süni intellekt” adlı elmi-nəzəri konfrans keçirilib-Fotolar

“Rəqəmsal dövrdə uşaq ədəbiyyatı və süni intellekt” adlı elmi-nəzəri konfrans keçirilib-Fotolar

25 Oktyabr 2026 / 14:20
74
İstanbulda keçirilən görüşdən sonra 8 ölkənin xarici işlər nazirləri birgə bəyanatla çıxış ediblər

İstanbulda keçirilən görüşdən sonra 8 ölkənin xarici işlər nazirləri birgə bəyanatla çıxış ediblər

24 Oktyabr 2026 / 13:17
1
“Ceyhun Sabunçu”nun qətlinə görə saxlanılanlardan biri deputatın oğludur

“Ceyhun Sabunçu”nun qətlinə görə saxlanılanlardan biri deputatın oğludur

24 Oktyabr 2026 / 13:11
13
Ehtiram Mehtiyev:”Məqsəd odur ki, heç bir media qurumu özünü məhkəmə və ya cəza verən orqan yerində görməsin”

Ehtiram Mehtiyev:”Məqsəd odur ki, heç bir media qurumu özünü məhkəmə və ya cəza verən orqan yerində görməsin”

24 Oktyabr 2026 / 13:02
52
Husilərin Ər-Riyadın üzərinə atdığı ballistik raket məhv edilib

Husilərin Ər-Riyadın üzərinə atdığı ballistik raket məhv edilib

24 Oktyabr 2026 / 7:53
0
“Çanaqqaladan Bakıya ortaq mədəniyyət sərgisi” adlı tədbir keçiriləcək – FOTO

“Çanaqqaladan Bakıya ortaq mədəniyyət sərgisi” adlı tədbir keçiriləcək – FOTO

23 Oktyabr 2026 / 20:30
11
Revаnşizm sülhə qarşı: Ermənistan niyə keçmişin siyasi irsindən birdəfəlik xilas olmalıdır?

Revаnşizm sülhə qarşı: Ermənistan niyə keçmişin siyasi irsindən birdəfəlik xilas olmalıdır?

23 Oktyabr 2026 / 20:19
12
Respublika Uşaq Kitabxanasının stendində maarifləndirici görüşlər davam edir-Fotolar

Respublika Uşaq Kitabxanasının stendində maarifləndirici görüşlər davam edir-Fotolar

23 Oktyabr 2026 / 19:09
27
XII Bakı Beynəlxalq Kitab Sərgisinin ikinci günü maraqlı tədbirlərlə yadda qalıb -Fotolar

XII Bakı Beynəlxalq Kitab Sərgisinin ikinci günü maraqlı tədbirlərlə yadda qalıb -Fotolar

23 Oktyabr 2026 / 16:39
67
Türkiyənin Zonquldagdaki mədənində partlayış olub

Türkiyənin Zonquldagdaki mədənində partlayış olub

23 Oktyabr 2026 / 13:34
14
Şirvani Hümmətoglu:”Kiyevin vurulması ABŞ-nin kəşfiyyat dəstəyini kəsməsinin nəticəsidir… “

Şirvani Hümmətoglu:”Kiyev, Moskva və avropalı tərəfdaşların hansı təklifləri qəbul etməyə hazır olduqları da məlum deyil”

23 Oktyabr 2026 / 13:24
56
CBD-dən “İsrailin Genişlənməsinin Anatomiyası” Hesabatı

CBD-dən “İsrailin Genişlənməsinin Anatomiyası” Hesabatı

23 Oktyabr 2026 / 13:00
5
ABŞ-ın BMT-dəki nümayəndəsi Vals İranla uzunmüddətli münaqişəyə hazır olduqlarını bəyan edib

ABŞ-ın BMT-dəki nümayəndəsi Vals İranla uzunmüddətli münaqişəyə hazır olduqlarını bəyan edib

23 Oktyabr 2026 / 12:55
4
Home

Home

23 Oktyabr 2026 / 12:52
5
Vüqar Dadaşov:”ABŞ-la dizel razılaşması Tramp və Putin arasında çox ciddi geosiyasi sövdələşməyə işarə edir”

Vüqar Dadaşov:”Ermənistanın legitim hüququ da yoxdur və həmin paraflanmış sülh sazişi də faktiki həmin hüququ tanımır”

23 Oktyabr 2026 / 12:42
67
ABŞ prezidenti Tramp neft potensialını artırmaq üçün Müdafiə İstehsalı Aktını işə salır

ABŞ prezidenti Tramp neft potensialını artırmaq üçün Müdafiə İstehsalı Aktını işə salır

23 Oktyabr 2026 / 9:41
6
Razi Nurullayev:”Sahibkarın problemi operativ həll edilməlidir”

Razi Nurullayev:”Sahibkarın problemi operativ həll edilməlidir”

23 Oktyabr 2026 / 9:19
86
Ukrayna, ABŞ və Rusiya arasında danışıqlar noyabrdan əvvəl başlaya bilər: Zelenski detalları açıqladı

Rada heyrətə gəldi: Zelenskinin bir ifadəsi sülh danışıqlarını necə dayandırdı

23 Oktyabr 2026 / 9:09
9
Putin və Zelenski arasında sülh üçün şəxsi görüş olmaya bilər: Trampın yeni bəyanatı

Home

23 Oktyabr 2026 / 8:59
9
Rusiya prezidenti Putin: Biz Ukrayna ilə razılığa gəlməyə hazırıq

Rusiya prezidenti Putin: Biz Ukrayna ilə razılığa gəlməyə hazırıq

23 Oktyabr 2026 / 8:11
8
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.