Sosial

Deputat Razi Nurullayev gənc startapçı üçün dəstək çağırışı etdi

13 Noyabr 2026, 07:50157
Reklam728x90
Reklam320x100

Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev partiyanın qərargahında keçirilən startap sərgisində tanış olduğu “AgroVoice” layihəsinin müəllifi Sehranə Kazımlını atası ilə birlikdə qəbul edib.

Avropa.info xəbər verir ki, millət vəkili bu barədə öz sosial şəbəkə hesabında məlumat paylaşıb.

Vasitəçisiz kənd təsərrüfatı bazarı

Partiya lideri layihənin məqsədini belə izah edib:

“Layihənin ideyası sadə, amma çox vacibdir: fermerlə alıcını vasitəçisiz bir araya gətirmək. Fermer öz məhsulunu platformada təqdim edir, alıcı ilə birbaşa əlaqə qurur və qiymətdə razılığa gəlir”.

Onun sözlərinə görə, bu mexanizm həm fermerin məhsulunu ədalətli qiymətə satmasına, həm də alıcının münasib şərtlərlə alış-veriş etməsinə şərait yaradır.

Səsli idarəetmə üstünlüyü

Platformanın hər kəs üçün əlçatan olduğunu vurğulayan MCP başqanı texnologiyanın sadəliyini önə çəkib:

“Hətta yazıb-oxumaq bacarığı olmayan fermer də məhsulunu səsli şəkildə təqdim edərək platformadan istifadə edə biləcək. Yəni texnologiya fermer üçün əlavə çətinlik deyil, onun işini asanlaşdıran vasitə olacaq”.

Dövlət dəstəyi çağırışı

Ölkədə aqrar sahənin inkişafı ilə bağlı yeni dövlət proqramının icra edildiyini xatırladan deputat yerli innovasiyaların önəmini qeyd edib:

“Dövlətə də məhz belə yerli innovativ layihələr lazımdır. Onların inkişafına maliyyə və institusional dəstək verilməsi real iqtisadi nəticələr yarada bilər. Bəzən böyük dəyişikliklər böyük layihələrdən deyil, vaxtında dəstək verilən kiçik, amma düzgün ideyalardan başlayır”.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600