26 - 08 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Cəmiyyət

Bu gün hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəməsi davam edəcək

Yanvar 27, 2025
Cəmiyyət
A A

Avropa.info xəbər verir ki, Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərdə təqsirləndirilirlər.

Bu gün ötən prosesdə verilən vəsatətlər üzrə qərarlar elan ediləcək. Daha sonra işin məhkəmə baxışına verilib-verilməməsi məsələsi müzakirə olunacaq.

Qeyd edək ki, ötən prosesdə Arayik Harutyunyandan savayı digər təqsirləndirilən şəxslər barələrində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsini xahiş etmişdilər. Zərərçəkmiş şəxslər və dövlət ittihamını müdafiə edən prokurorlar isə vəsatətin təmin olunmamasını və təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməməsini məhkəmədən istəyib.

Məhkəmə vəsatətlərlə bağlı qərar qəbul etmək üçün prosesdə fasilə elan edib.

Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər – Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Bu gün həmçinin müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın məhkəmə prosesinin hazırlıq iclası davam etdiriləcək.

Proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin yeni inzibati binasında eyni hakimlərdən ibarət tərkibdə davam etdiriləcək.

Qeyd edək ki, ötən prosesdə Ruben Vardanyan iş materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəmişdi. Məhkəmə onun vəsatətini təmin edib və ona iş materialları ilə tanış olmaq üçün əlavə 10 gün vaxt verib.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib.

Həmçinin, o, həmin məcəllənin 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittiham olunur

Əvvəlki Yazı

Bu gündən məktəblərdə qış tətili başladı

Növbəti Yazı

Sabah bələdiyyə seçkisi ilə əlaqədar seçkiqabağı təşviqat başa çatacaq

XƏBƏR LENTİ

İqtisadçı: “Kanada ABŞ-la təhlükəli iqtisadi müharibənin astanasındadır”

İqtisadçı: “Kanada ABŞ-la təhlükəli iqtisadi müharibənin astanasındadır”

26 Avqust 2026 / 12:39
8
Birinci xanım Ərdoğandan Dünya Əmizdirmə Həftəsi paylaşımı

Birinci xanım Ərdoğan: Ümid edirəm ki, Malazgirtin çoxəsrlik ruhu gələcəyimizə rəhbərlik etməyə davam edəcək

26 Avqust 2026 / 12:28
13
Prezident İlham Əliyev Britaniya səfirini qəbul etdi – Foto

Prezident İlham Əliyev “Sabah” komandasıni təbrik etdi-Foto

26 Avqust 2026 / 12:15
20
Stubb Rusiya ilə münaqişədə Ukrayna üçün müsbət nəticə təqdim edib

Stubb Rusiya ilə münaqişədə Ukrayna üçün müsbət nəticə təqdim edib

26 Avqust 2026 / 12:11
13
Ukrayna ordusu “Lukoyl”un ən böyük neft emalı zavoduna zərbələr endirib

Ukrayna ordusu “Lukoyl”un ən böyük neft emalı zavoduna zərbələr endirib

26 Avqust 2026 / 12:05
9
Yolumuz Borçalıyadır… – Rafiq Daşdəmirli Yazir

Yolumuz Borçalıyadır… – Rafiq Daşdəmirli Yazir

26 Avqust 2026 / 11:56
55
Zaxarova:”Almaniya Üçüncü Reyxdən nümunə götürərək rusofobiyanın yuvasına çevrilib”

Zaxarova:”Almaniya Üçüncü Reyxdən nümunə götürərək rusofobiyanın yuvasına çevrilib”

26 Avqust 2026 / 10:22
7
Ermənistanin keçmiş prezidenti həbs olundu

Məhkəmə Ermənistanın eks-prezidenti Köçəryanın ikinci oğlunu da həbs edib

26 Avqust 2026 / 10:11
16
Deputat Polad Bülbüloğlunun yeni həyat yoldaşı tanınmış rəqqasə imiş – Fotolar

Deputat Polad Bülbüloğlunun yeni həyat yoldaşı tanınmış rəqqasə imiş – Fotolar

26 Avqust 2026 / 10:01
18
Razi Nurullayev:”Əsas prinsip ondan ibarət olmalıdır ki, komissiya haqqı şəffaf olsun”

Razi Nurullayev:”Əsas prinsip ondan ibarət olmalıdır ki, komissiya haqqı şəffaf olsun”

26 Avqust 2026 / 9:53
56
Rostov vilayətinə gecə hücumu: 40 pilotsuz təyyarə vuruldu

Rostov vilayətinə gecə hücumu: 40 pilotsuz təyyarə vuruldu

26 Avqust 2026 / 8:57
20
Kotovskdakı Wildberries anbarında yanğın 100 min kvadratmetrə çatıb

Kotovskdakı Wildberries anbarında yanğın 100 min kvadratmetrə çatıb

26 Avqust 2026 / 8:52
8
Ukrayna Silahlı Qüvvələrinə məxsus 50-dən çox pilotsuz uçuş aparatı Rostov vilayətində hava hücumunu dəf edərkən vurulub

Rusiyanın 16 bölgəsində bir gecədə 426 Ukrayna PUA vurulub

26 Avqust 2026 / 8:44
8
İsrail ordusunun xəstəxanada jurnalistləri öldürdüyü hücumlardan bir il ötür

İsrail ordusunun xəstəxanada jurnalistləri öldürdüyü hücumlardan bir il ötür

26 Avqust 2026 / 8:33
15
İran: Hörmüz boğazında cənub dəhlizi bağlanıb

İran: Hörmüz boğazında cənub dəhlizi bağlanıb

26 Avqust 2026 / 8:16
7
ABŞ Kapitolinin yaxınlığında yük maşını ilə gilyotinli şəxs saxlanılıb

ABŞ Kapitolinin yaxınlığında yük maşını ilə gilyotinli şəxs saxlanılıb

26 Avqust 2026 / 8:06
19
Prezident İlham Əliyevin Özbəkistan səfəri: Avrasiya strategiyasında yeni mərhələ

Prezident İlham Əliyevin Özbəkistan səfəri: Avrasiya strategiyasında yeni mərhələ

25 Avqust 2026 / 22:19
14
Kanadanın hava limanında sərnişin təyyarəsi bir kişinin üzərinə çırpılıb

Kanadanın hava limanında sərnişin təyyarəsi bir kişinin üzərinə çırpılıb

25 Avqust 2026 / 16:47
15
Ermənistan İstintaq Komitəsi Köçəryanla bağlı 17 ünvanda axtarış aparır

Ermənistan İstintaq Komitəsi Köçəryanla bağlı 17 ünvanda axtarış aparır

25 Avqust 2026 / 16:14
9
İstanbulda qısqanclıq zəminində keçmiş sevgilisini öldürdü

İstanbulda qısqanclıq zəminində keçmiş sevgilisini öldürdü

25 Avqust 2026 / 16:02
10

 İsrail ordusunun Qusra qəsəbəsində 3 fələstinli evinə qarşı blokadası üç həftədir ki, davam edir

25 Avqust 2026 / 15:39
7
Razı Nurullayev:“Kənddə Yaşayan İnsana Dolanışıq Və İş Lazımdır”

Razi Nurullayev:Bakıya ayrılan 200 milyard dollar hara gedib

25 Avqust 2026 / 15:21
42
Medvedev:”Donuzların önünə mirvari səpməyin”

Medvedev:”Donuzların önünə mirvari səpməyin”

25 Avqust 2026 / 13:03
13
Medvedev: Moskva Qərbin bir dənə də olsun anti-Rusiya addımını unutmayacaq

Medvedev: Moskva Qərbin bir dənə də olsun anti-Rusiya addımını unutmayacaq

25 Avqust 2026 / 11:21
4
Köçəryanın oğlu Sedrak Köçəryan da respublikanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə gətirilib

Köçəryanın oğlu Sedrak Köçəryan da respublikanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə gətirilib

25 Avqust 2026 / 10:59
16
Vüqar Dadaşov:“İranda Sistem Dəyişərsə, Məkkə Sazişinə Qoşula Bilər”

Vüqar Dadaşov:“Əsas Məsələ Türkiyənin Regional Güc Kimi Mövqeyinin Möhkəmlənməsidir”

25 Avqust 2026 / 10:52
88
Ali Məhkəmədən sələmçilərə sərt xəbərdarlıq –Borc verən özü də məhkəməyə düşə bilər

Ali Məhkəmədən sələmçilərə sərt xəbərdarlıq –Borc verən özü də məhkəməyə düşə bilər

25 Avqust 2026 / 10:45
19
Günə 77 qəpiyə “Nar”dan smartfon!

Günə 77 qəpiyə “Nar”dan smartfon!

25 Avqust 2026 / 10:40
11
Rusiya ilə Ermənistan arasında münasibətlər sürətlə pisləşir

Rusiya ilə Ermənistan arasında münasibətlər sürətlə pisləşir

25 Avqust 2026 / 10:37
12
Ukraynalı könüllülər Kiyevdə keçirilən dron paradını tənqid ediblər

Ukraynalı könüllülər Kiyevdə keçirilən dron paradını tənqid ediblər

25 Avqust 2026 / 10:11
15
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.