Ukrayna ordusu “Lukoyl”un ən böyük neft emalı zavoduna zərbələr endirib

Ukrayna ordusu Rusiyanın Tambov vilayətinin Kotovsk şəhərində “Wildberries” şirkətinin logistika mərkəzinə dronlarla kütləvi zərbə endirib.

Avropa.info xəbər verir ki, bu barədə “The Moscow Times” məlumat yayıb.

Zərbələr nəticəsində mərkəzdə yanğın baş verib. Yanğının sahəsi 100 min kvadratmetrdən çox olub.

Şirkətin mətbuat xidməti bildirib ki, zərər görmüş logistika mərkəzində yeni tədarüklərin qəbulu dayandırılıb.

Həmçinin Ukrayna ordusu Nijni Novqorod vilayətinin Kstovo şəhərində yerləşən “Nijni Novqorodnefteorqsintez” neft emalı zavoduna zərbələr endirib. Bu müəssisə “Lukoyl” şirkətinin ən böyük zavodudur. Emal gücünə görə Rusiyada 4-cü, benzin istehsalının həcminə görə isə 2-ci yerdədir. Zavod ildə təxminən 15 milyon ton xam neft emal etmək və 5 milyon ton benzin istehsal etmək gücünə malikdir.

XƏBƏR LENTİ