Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyəni 15 İyul Demokratiya və Milli Birlik Günü münasibətilə təbrik edib.
Avropa.info xəbər verir ki, Azərbaycan XİN “X” sosial şəbəkə hesabında paylaşılan təbrikdə qeyd edilir:
“Demokratiyanın, milli iradənin və birliyin müdafiəsi uğrunda həyatlarını qurban vermiş şəhidlərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, qəhrəman qazilərə minnətdarlığımızı bildiririk. 15 İyul – Demokratiya və Milli Birlik Gününüz mübarək!”.






























