26 - 08 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Araşdırma

Azərbaycan-Suriya sazişi! Bir enerji koridorundan daha böyük! Ankara və Bakı Yaxın Şərqi yenidən şəkilləndirir…

İyul 15, 2025
Araşdırma, Manşet, Redaktorun Seçimi
A A

Enerji artıq sadəcə bir resurs deyil, həm də regional sərhədləri dəyişdirən geosiyasi rıçaqdır. Avropa.info xəbər verir ki, bunun ən bariz nümunəsi iyulun 12-də Bakıda Azərbaycanın dövlət enerji şirkəti SOCAR ilə Suriyanın müvəqqəti administrasiyası arasında imzalanmış sazişdir. 

İlkin mərhələdə Azərbaycanın Türkiyə vasitəsilə Suriyaya təbii qaz satmasını nəzərdə tutan bu saziş ənənəvi investisiya addımlarından çox kənara çıxır. Bu, Yaxın Şərqdə qüvvələr balansının yenidən şəkillənməsi, İranın zəifləyən təsirinin qarşısının alınması və Türkiyə ilə Azərbaycanın enerji diplomatiyasında mərkəzi rolunun yenidən müəyyənləşdirilməsi istiqamətində strateji addımdır.

Azərbaycan-Suriya sazişi üç əsas sahəni ehtiva edir:
Birincisi, Azərbaycan hazırda PKK/YPG/SDQ-nin nəzarəti altında olan, Suriyanın şimal-şərqindəki iki böyük yataqda neft və qaz kəşfiyyatına investisiya yatıracaq. İkincisi, Suriyanın savaş səbəbi ilə məhv edilmiş enerji infrastrukturunun modernləşdirilməsinə Azərbaycanın texniki dəstəyi olacaq.

Üçüncüsü, hasilatın artmasına qədər TANAP vasitəsilə Suriyaya müvəqqəti təbii qaz nəqli ediləcək. Təxminən 400-600 milyon dollar həcmində ilkin investisiya gözlənilir. Lakin, Azərbaycanın real qazancı SOCAR-ın təsir dairəsinin genişlənməsi və Türkiyə ilə birlikdə regional diplomatik səhnənin oyunçusuna çevrilməsidir.

Əhməd əl-Şaraanın Bakıya səfəri təkcə simvolik deyildi, həm də diplomatik baxımdan yüksək strateji addım idi. Belə bir açılış üçün prezident İlham Əliyevlə yaradılmış şəxsi etimad münasibətləri mühüm əhəmiyyət kəsb edirdi. Avropa.info xatırladır ki, Əliyevlə Şaraan daha öncə Antaliyada da görüşmüşdülər.

Xəzərdən Aralıq dənizinə enerji koridoru!

Hazırda Suriya üç bəndli keçid mərhələsindədir: İranın təsir gücü hər keçən gün azalır. Körfəz kapitalı ehtiyatlı olmaqla yanaşı, tətikdədir. İsrailin Suriyaya nəzrət etmə refleksi azalmır.

Belə bir şəraitdə Türkiyə-Azərbaycan xətti yeni regional magistral kimi meydana çıxır. Son nümunə kimi, Azərbaycan-Suriya müqaviləsi Türkiyənin artıq sadəcə tranzit ölkə olmadığını, regionun yenidən formalaşmasının memarlarından biri olduğunu nümayiş etdirir.

Türkiyə Azərbaycanla birlikdə Suriyada investisiya tərəfdaşlığı vasitəsilə geoiqtisadi təsirini artırır. İranın təsirinin azaldığı bir şəraitdə Bakı və Ankara sabitləşdirici rol oynayır. Bu çoxşaxəli enerji diplomatiyası eyni zamanda Türkiyənin yeni regional nizamı formalaşdıran əsas aktyor olmaq məqsədini dəstəkləyir. Türkiyənin müttəfiqi Azərbaycan isə Xəzərdən Aralıq dənizinə gedəcək enerji koridorunun əsas memarlarından biri olaraq önə çıxır.

Beləliklə, yeni geosoyasi paradiqma Türkiyəni yalnız enerji tranziti ölkəsi deyil, həm də sülh oxunun təməl daşı mövqeyinə gətirə bilər. Azərbaycan isə tarixində ilk dəfə olaraq Şərqi Aralıq dənizinə birbaşa enerji çıxışı əldə edə bilər.

Ancaq, risklər də mövcuddur. İran SOCAR-ın Suriyadakı fəaliyyətini hədəfə almaq üçün vəkil qüvvələr vasitəsilə təxribata əl ata bilər. Rusiya Suriyanın enerji sahələrindən kənarda qalmasını qəbul etməkdən imtina edərək gözlənilməz addımlar ata bilər.

Bütün risklərlə yanaşı Azərbaycan-Suriya enerji sazişi uzun illr savaşdan əziyyət çəkən regionda yenidənqurma və sülhə böyük təkan verə bilər. Bu eyni zamanda enerji mərkəzli yeni ittifaqların təsis edilməsi və əməkdaşlığa əsaslanan rəqabətədavamlı regional arxitekturanın təməli daşı ola bilər.

Bəlkə də bu dəfə enerji müharibələr üçün deyil, sülh üçün önə çıxacaq və bu yeni hekayənin ilk sətrləri artıq Bakıda yazıldı.

Avropa.info Analitik Qrupu

Əvvəlki Yazı

Gürcüstanda azərbaycanlı deputat seçiciyə çaynik atdı – Video

Növbəti Yazı

Dini radikalizm və onunla mübarizə üsulları

XƏBƏR LENTİ

İqtisadçı: “Kanada ABŞ-la təhlükəli iqtisadi müharibənin astanasındadır”

İqtisadçı: “Kanada ABŞ-la təhlükəli iqtisadi müharibənin astanasındadır”

26 Avqust 2026 / 12:39
8
Birinci xanım Ərdoğandan Dünya Əmizdirmə Həftəsi paylaşımı

Birinci xanım Ərdoğan: Ümid edirəm ki, Malazgirtin çoxəsrlik ruhu gələcəyimizə rəhbərlik etməyə davam edəcək

26 Avqust 2026 / 12:28
13
Prezident İlham Əliyev Britaniya səfirini qəbul etdi – Foto

Prezident İlham Əliyev “Sabah” komandasıni təbrik etdi-Foto

26 Avqust 2026 / 12:15
20
Stubb Rusiya ilə münaqişədə Ukrayna üçün müsbət nəticə təqdim edib

Stubb Rusiya ilə münaqişədə Ukrayna üçün müsbət nəticə təqdim edib

26 Avqust 2026 / 12:11
13
Ukrayna ordusu “Lukoyl”un ən böyük neft emalı zavoduna zərbələr endirib

Ukrayna ordusu “Lukoyl”un ən böyük neft emalı zavoduna zərbələr endirib

26 Avqust 2026 / 12:05
9
Yolumuz Borçalıyadır… – Rafiq Daşdəmirli Yazir

Yolumuz Borçalıyadır… – Rafiq Daşdəmirli Yazir

26 Avqust 2026 / 11:56
55
Zaxarova:”Almaniya Üçüncü Reyxdən nümunə götürərək rusofobiyanın yuvasına çevrilib”

Zaxarova:”Almaniya Üçüncü Reyxdən nümunə götürərək rusofobiyanın yuvasına çevrilib”

26 Avqust 2026 / 10:22
7
Ermənistanin keçmiş prezidenti həbs olundu

Məhkəmə Ermənistanın eks-prezidenti Köçəryanın ikinci oğlunu da həbs edib

26 Avqust 2026 / 10:11
16
Deputat Polad Bülbüloğlunun yeni həyat yoldaşı tanınmış rəqqasə imiş – Fotolar

Deputat Polad Bülbüloğlunun yeni həyat yoldaşı tanınmış rəqqasə imiş – Fotolar

26 Avqust 2026 / 10:01
18
Razi Nurullayev:”Əsas prinsip ondan ibarət olmalıdır ki, komissiya haqqı şəffaf olsun”

Razi Nurullayev:”Əsas prinsip ondan ibarət olmalıdır ki, komissiya haqqı şəffaf olsun”

26 Avqust 2026 / 9:53
56
Rostov vilayətinə gecə hücumu: 40 pilotsuz təyyarə vuruldu

Rostov vilayətinə gecə hücumu: 40 pilotsuz təyyarə vuruldu

26 Avqust 2026 / 8:57
20
Kotovskdakı Wildberries anbarında yanğın 100 min kvadratmetrə çatıb

Kotovskdakı Wildberries anbarında yanğın 100 min kvadratmetrə çatıb

26 Avqust 2026 / 8:52
8
Ukrayna Silahlı Qüvvələrinə məxsus 50-dən çox pilotsuz uçuş aparatı Rostov vilayətində hava hücumunu dəf edərkən vurulub

Rusiyanın 16 bölgəsində bir gecədə 426 Ukrayna PUA vurulub

26 Avqust 2026 / 8:44
8
İsrail ordusunun xəstəxanada jurnalistləri öldürdüyü hücumlardan bir il ötür

İsrail ordusunun xəstəxanada jurnalistləri öldürdüyü hücumlardan bir il ötür

26 Avqust 2026 / 8:33
15
İran: Hörmüz boğazında cənub dəhlizi bağlanıb

İran: Hörmüz boğazında cənub dəhlizi bağlanıb

26 Avqust 2026 / 8:16
7
ABŞ Kapitolinin yaxınlığında yük maşını ilə gilyotinli şəxs saxlanılıb

ABŞ Kapitolinin yaxınlığında yük maşını ilə gilyotinli şəxs saxlanılıb

26 Avqust 2026 / 8:06
19
Prezident İlham Əliyevin Özbəkistan səfəri: Avrasiya strategiyasında yeni mərhələ

Prezident İlham Əliyevin Özbəkistan səfəri: Avrasiya strategiyasında yeni mərhələ

25 Avqust 2026 / 22:19
14
Kanadanın hava limanında sərnişin təyyarəsi bir kişinin üzərinə çırpılıb

Kanadanın hava limanında sərnişin təyyarəsi bir kişinin üzərinə çırpılıb

25 Avqust 2026 / 16:47
15
Ermənistan İstintaq Komitəsi Köçəryanla bağlı 17 ünvanda axtarış aparır

Ermənistan İstintaq Komitəsi Köçəryanla bağlı 17 ünvanda axtarış aparır

25 Avqust 2026 / 16:14
9
İstanbulda qısqanclıq zəminində keçmiş sevgilisini öldürdü

İstanbulda qısqanclıq zəminində keçmiş sevgilisini öldürdü

25 Avqust 2026 / 16:02
10

 İsrail ordusunun Qusra qəsəbəsində 3 fələstinli evinə qarşı blokadası üç həftədir ki, davam edir

25 Avqust 2026 / 15:39
7
Razı Nurullayev:“Kənddə Yaşayan İnsana Dolanışıq Və İş Lazımdır”

Razi Nurullayev:Bakıya ayrılan 200 milyard dollar hara gedib

25 Avqust 2026 / 15:21
42
Medvedev:”Donuzların önünə mirvari səpməyin”

Medvedev:”Donuzların önünə mirvari səpməyin”

25 Avqust 2026 / 13:03
13
Medvedev: Moskva Qərbin bir dənə də olsun anti-Rusiya addımını unutmayacaq

Medvedev: Moskva Qərbin bir dənə də olsun anti-Rusiya addımını unutmayacaq

25 Avqust 2026 / 11:21
4
Köçəryanın oğlu Sedrak Köçəryan da respublikanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə gətirilib

Köçəryanın oğlu Sedrak Köçəryan da respublikanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə gətirilib

25 Avqust 2026 / 10:59
16
Vüqar Dadaşov:“İranda Sistem Dəyişərsə, Məkkə Sazişinə Qoşula Bilər”

Vüqar Dadaşov:“Əsas Məsələ Türkiyənin Regional Güc Kimi Mövqeyinin Möhkəmlənməsidir”

25 Avqust 2026 / 10:52
88
Ali Məhkəmədən sələmçilərə sərt xəbərdarlıq –Borc verən özü də məhkəməyə düşə bilər

Ali Məhkəmədən sələmçilərə sərt xəbərdarlıq –Borc verən özü də məhkəməyə düşə bilər

25 Avqust 2026 / 10:45
19
Günə 77 qəpiyə “Nar”dan smartfon!

Günə 77 qəpiyə “Nar”dan smartfon!

25 Avqust 2026 / 10:40
11
Rusiya ilə Ermənistan arasında münasibətlər sürətlə pisləşir

Rusiya ilə Ermənistan arasında münasibətlər sürətlə pisləşir

25 Avqust 2026 / 10:37
12
Ukraynalı könüllülər Kiyevdə keçirilən dron paradını tənqid ediblər

Ukraynalı könüllülər Kiyevdə keçirilən dron paradını tənqid ediblər

25 Avqust 2026 / 10:11
15
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.