18 - 05 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Araşdırma

Dini radikalizm və onunla mübarizə üsulları

İyul 15, 2025
Araşdırma
A A

Müasir dövrdə dini radikalizm və ekstremizm bütün dünyanı narahat edən, bəşəriyyət üçün olduqca təhlükəli qlobal problemlərdən birinə çevrilib. Şübhəsizdir ki, yaxın coğrafiyamızda, xüsusilə də Yaxın Şərq regionunda dini radikalizm və dini ekstremizm meyillərinin güclənməsi ölkəmiz və cəmiyyətimiz üçün də ciddi təhdid və təhlükə mənbəyinə çevrilib. Təsadüfi deyildir ki, son dövrlərdə bu problemin həlli istiqamətində dövlət və ictimai qurumlar tərəfindən müvafiq tədbirlər görülmüş, maarifləndirmə işləri əhəmiyyətli dərəcədə gücləndirilmiş və bu məsələ ölkə ictimaiyyəti arasında geniş müzakirə obyektinə çevrilib. Təqdirəlayiq haldır ki, bu cür tədbirlərin miqyası ölkəmizin bütün regionlarını, cəmiyyətin bütün sosial qruplarını əhatə edir.

Radikallaşma son dövrlərdə çox müzakirə olunan mövzulardan biridir. Radikalizm bir çox sahələrdə ortaya çıxan düşüncə tərzi kimi geniş yayılıb.  Xüsusən dini qruplar və dini ideologiyalar üçün istifadə olunan bu termin cəmiyyətin birliyi və harmoniyası üçün əsas təhlükələrdən biri olaraq qəbul edilir.

“Radikal” termini latınca “kök”, “əsas”, “təməl” mənalarını verən “radix” kəlməsindən gəlir və lüğəvi mənası “köklərə geridönüş” fikrini ifadə edir. Erkən dövr modern mütəfəkkirlər “radikal” kəlməsini bir şeyin təməlini, ilkin prinsiplərini, yaxud müəyyən ünsürün meydana gəlməsi üçün başlanğıcda əhəmiyyət daşıyan nəsnələri bildirməkdən ötrü istifadə ediblər. “Radikalizm” termini XVIII əsrdə İngiltərədə güc tətbiq etmək tərəfdarı sayılan inqilabçı liderləri xarakterizə etmək üçün siyasi leksikonda istifadə olunmağa başlanıb. Qısaca ifadə etsək, “radikal” kəlməsi ilk dövrlərdə siyasi və ictimai sahələrdə köklü dəyişiklikləri və inqilabi çevrilişi məqsəd qoyan qruplar və siyasi ideologiyalar üçün istifadə edilmiş bir termin olmuşdur. Günümüzdə də bəzi Avropa ölkələrində yuxarıda haqqında bəhs edilən xüsusiyyətləri daşıyan siyasi partiyalar üçün “radikal” termini istifadə olunur.

Daha sonralar isə “radikal” termini müəyyən sahələrdə köklü dəyişikliklər etməyə çalışan  ifrat düşüncəyə malik fərqli qruplar üçün də istifadə olunmağa başlanmışdır.  Radikal qrupları motivasiya qaynaqlarına görə milliyyətçi, separatçı, irqçi, müxtəlif ideologiyalara bağlı və dini radikal qruplara bölə bilərik. Son dövrlərdə isə dinlə əlaqəli radikalizm daha çox istifadə olunur, hətta “radikalizm” dedikdə, dini zorakılıq və ifratçılıq ağlımıza gəlir.

Dini radikalizm

Həmsöbətimiz Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, s.f.d. Elnur Əzimli deyir ki, din – bütün cəmiyyətlərdə var olan, kütləni bütünləşdirən, fərdlərarası birlik və həmrəylik yaradan bir fenomendir. Bəzən isə din – cəmiyyət üçün parçalayıcı və radikallaşdırıcı amil kimi ortaya çıxa bilər. Dini radikalizm müasir dövrün qlobal problemlərindən biri hesab olunur. Şübhəsiz, tarixin hər dövründə din və məzhəb müharibələri baş vermişdir. Son dövrlərdə isə bir düşüncə tərzi kimi radikalizmin miqyası xeyli artmışdır. Günümüzdə dini radikalizm dinlərarası və məzhəblərarası dözümsüzlük, dini zorakılıq və bəzi hallarda isə terror formasında təzahür edir. Bir ideologiya olaraq dini radikalizmin artmasının fundamentalizmlə yaxından əlaqəsi mövcuddur:

Elnur Əzimli

“Hərfi mənada “kökçülük”, “təməlçilik” mənalarnı verən fundamentalizm dini düşüncə tərzi kimi, ilk dəfə XX əsrin əvvəllərində xristian evangelistlər arasında meydana çıxmışdır. Fundamentalist dini düşüncə, sadəcə, evangelistlərə aid deyildir.  Belə ki, bənzər düşüncələri paylaşan fərqli dinlərə məxsus cərəyanlar da “fundamentalist” adlandırılırlar. Yəni Xristianlıqda olduğu kimi, Yəhudilik, İslam, Hinduizm və digər dinlər arasında da fundamentalist düşüncəyə malik qruplar mövcuddur.

Fundamentalist cərəyanlara məxsus xüsusiyyətləri ümumi olaraq belə izah edə bilərik. Fundamentalist dini hərəkat dinin ilkin qaynaqlarına birbaşa əsaslandığını irəli sürür, ənənəvi dini düşüncəni rədd edir, tarixən dini görüşlərə bağlı olan dindaşlarını isə yenidən öz düşüncələrinə, yəni “həqiqi din”ə dəvət etməyə çalışır. Fundamentalistlər dini mətnləri literal surətdə hərfi mənada başa düşür, fərqli izah tərzlərini isə rədd edirlər”.

Fundamentalistlər öz doqmatik inanc və düşüncə tərzlərini israrla cəmiyyətə yeritməyə və bu məqsədlə siyasi hakimiyyəti ələ keçirməyə səy göstərirlər. Fundamentalist cərəyanın əsas prinsipləri radikal xüsusiyyətlər daşıdığından, bu səpkili dini düşüncəyə bağlı olan dindarlar radikallaşırlar.

Dini radikalizm – özündən fərqli olan digər dini qruplara qarşı barışmaz mövqedən çıxış edən, başqa dini etiqadlara məxsus şəxslərə qarşı fiziki və mənəvi güc tətbiq etməyə haqq qazandıran inanclar və praktiki davranışların məcmusudur. Qısası, dini radikalizm həm inanc, həm də   praktikada özünü göstərir. Dini motivlərə əsaslanıb insanların fundamental hüquqlarını pozan fəaliyyətlər “radikalizmin praktiki forması”, bu hərəkətlərə haqq qazandıran ideyalar isə “radikal düşüncə” adlanır.

Dini motivlərlə törədilən terrorizm fəaliyyətləri dini radikalizmin ən qatı növüdür. “Terrorizm” “qorxu, vahimə” mənalarına  gələn latın dilindəki “terrere” sözündən törəmişdir. Terrorizm, ümumi olaraq, siyasi, dini, ideoloji və iqtisadi məqsədlərə çatmaq üçün qeyri-qanuni əməllərin, zorakılığın, gücün, hədənin tətbiq olunması şəklində tərif edilir. Radikal dini qruplar öz məqsədlərinə çatmaq, siyasi gücü ələ almaq, rəqib kimi gördükləri fərqli qrupları qorxutmaq və digər məqsədlərlə terror fəaliyyətləri həyata keçirirlər.

Dini radikalizmin yaranma səbəbləri

Ekspertin fikrincə, dini radikalizm bir çox səbəbdən ortaya çıxa bilər. Bütün böyük dinlərin mənsubları arasında başqalarına qarşı dözümsüz, zorakılığameyilli düşüncələrə sahib olan insanlara rast gəlmək mümkündür. Bu cür radikal dəstələr, əsasən, böyük qrupdan ayrılan və onu problemli görən marjinal qruplar arasında daha çox olur. Müsəlmanlar arasında hələ ilk dövrlərdə ortaya çıxan xəvaric, dahasonrakı dövrlərdə isə meydana gələn həşşaşiləri radikal və terrorist qruplara nümunə göstərə bilərik. Müasir dövrdə radikal qruplar, əsasən, fundamentalist düşüncəyə malik olan qeyri-ənənəvi dini qruplar şəklində ortaya çıxırlar:

“Dünyanın müxtəlif bölgələrində belə qruplara rast gəlmək mümkündür. Xarici dini mərkəzlər və dövlətlər tərəfindən dəstəklənən belə qrupların yayılmasının əsas səbəbi, xüsusilə gənclər arasında güclü şəkildə təbliğat fəaliyyətlərinin aparılmasıdır. Bu cür qruplar cəmiyyətdə var olan dini təzahürləri tənqid edir, öz düşüncələrini dinin əsl və orijinal izahı kimi təqdim edir, fərqli izah tərzlərinə düşmən kəsilirlər. Cəmiyyətdə dini savadsızlıq yüksək olduğu zaman, insanlar özlərindən razı halda danışan radikal qrupların marjinal görüşlərini dinin əsli hesab edirlər. Radikal qrupların təsir dairəsinə düşən insanlar alimlərin həmin məsələləri necə izah etdiklərini araşdırmır və ya ümumiyyətlə, buna potensialları və imkanları çatmır. Marjinal ideologiyaların və qeyri-ənənəvi düşüncələrin yayılmasının əsas səbəblərindən biri də məhz ənənəvi dini düşüncəyə bağlı savadlı din adamlarının sayının az olması,  dini maarifləndirmə işinin  passivliyidir.

Cəmiyyətdə dini radikalizmin yayılmasının bir sıra başqa səbəbləri də vardır. Bu səbəblərin bəziləri iqtisadi, sosial və psixoloji məhrumiyyətlərlə bağlıdır. Həyatda özünə yer tapa bilməyən, gələcəyə ümidi olmayan, iqtisadi cəhətdən təmin edilməyən və sosial məhrumiyyətlər daşıyan gənclərin radikal qruplara və düşüncələrə daha çox meyil etdikləri bəllidir. Radikal qruplardakı həmrəylik və yardımlaşma fəaliyyəti modern zamanda tənhalaşan, yalnızlıq duyğusu yaşayan insanlar üçün sığınacağa çevrilir”.

Fərdiləşmənin hökm sürdüyü müasir dövrümüzdə dini qruplar arasında hökm sürən iqtisadi güc, yardımlaşma hərəkəti və qrup üzvlərinin maddi sıxıntılarını aradan qaldırmaq cəhdləri bu səpkili dəstə üzvlərinin sayının çoxalmasına səbəb olan faktorlardandır. Eyni zamanda, radikal qruplara, az da olsa, yüksəktəhsilli və iqtisadi cəhətdən təmin olunmuş fərdlərin qoşulduqları da müşahidə edilir. Bu baxımdan, radikallaşmanın motivasiyası müxtəlif insan qruplarında fərqli ola bilər.  Radikallaşmaya səbəb olan bir çox sosial-psixoloji amillər də mövcuddur. Belə ki, sevgi və hörmət kimi insanın psixoloji tələbatlarından məhrum olan, cəmiyyətə inteqrasiya olunmaqda çətinlik çəkən, sosial-mədəni sistemə yadlaşan təbəqələr cəmiyyətdə radikal dəyişikliklərə çağırış edən ideologiyalara meyillilik baxımından həssas kütləyə çevrilirlər. Nəhayət, belə həssas qruplar radikal dini cərəyanların təbliğatlarına məruz qaldıqda dini radikalizmə meyil edirlər. Radikal qrupların bu cür şəxslərə təlqin etdiyi dünyagörüşü və dini ətraf onlar üçün dünyəvi məhrumiyyətlərin kompensasiya olunması və özünütəsdiq rolunu oynayır.

Dini radikalizmə qarşı mübarizə yolları 

E.Əzimli onu da vurğulayıb ki, dini radikallaşma ilə ilkin olaraq, düşüncə çərçivəsində ideoloji mübarizə aparmaq lazımdır. Radikal bir ideologiyaya qarşı yalnız inzibatı yolla mübarizə aparmaq kifayət deyil. Fikri mübarizə isə daha effektiv və təhlükəsiz üsuldur. Bunun üçün ənənəvi dini düşüncəyə bağlı din adamlarının biliklərinin artırılaraq dini maarifləndirmə sahəsində aktiv fəaliyyət göstərmələri üçün şərait yaradılması effektiv ola bilər. Radikaldüşüncəli şəxslər və qrupların  xalqı ideoloji baxımdan zəhərləməmələri, tolerant dini mühiti pozmamaları üçün onların fəaliyyətlərinə, təbliğat mərkəzlərinə nəzarətin gücləndirilməsi zəruridir.

Eyni zamanda, cəmiyyətdə dini radikalizmə qarşı mübarizə apararkən, sadəcə, dini maarifləndirmə işi ilə kifayətlənmək olmaz. Gənc nəslə istiqamətləndirilmiş sosial və mədəni  fəaliyyətin artırılmasına səy göstərilməli, radikalmeyilli qrupların cəmiyyətə inteqrasiya olunması üçün tədbirlər həyata keçirilməlidir.

,Fuad Hüseynzadə 

Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Zərərli xarici təsirlərə qarşı sayıqlığın artırılması” layihəsi çərçivəsində hazırlanıb və bu yazıda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Əvvəlki Yazı

Azərbaycan-Suriya sazişi! Bir enerji koridorundan daha böyük! Ankara və Bakı Yaxın Şərqi yenidən şəkilləndirir…

Növbəti Yazı

Likiyanın incisi: Qədim Myra şəhərinin sirləri

XƏBƏR LENTİ

Hans Xristian Andersen Mükafatının Münsiflər Heyətinin prezidenti Respublika Uşaq Kitabxanasında olub

Hans Xristian Andersen Mükafatının Münsiflər Heyətinin prezidenti Respublika Uşaq Kitabxanasında olub

15 May 2026 / 19:20
34
Şirvan Dövlət İqtisadiyyat Kollecinin bir qrup tələbələri Respublika Uşaq Kitabxanasında olub-Fotolar

Şirvan Dövlət İqtisadiyyat Kollecinin bir qrup tələbələri Respublika Uşaq Kitabxanasında olub-Fotolar

15 May 2026 / 19:15
39
Mədəniyyətlər arasında sənət körpüsü: “Misir Azərbaycan Rəssamlarının Gözü ilə” sərgisi keçirilib – FOTOLAR

Mədəniyyətlər arasında sənət körpüsü: “Misir Azərbaycan Rəssamlarının Gözü ilə” sərgisi keçirilib – FOTOLAR

14 May 2026 / 23:33
56
Şahbaz Şərif Fərid Əhmədovu qəbul etdi

Şahbaz Şərif Fərid Əhmədovu qəbul etdi

14 May 2026 / 17:08
27
Rusiyali Biznesmen Bakıda gizlənmiş

Rusiyali Biznesmen Bakıda gizlənmiş

14 May 2026 / 11:08
20
Ağakərim Səmədzadə nazirin I müavini oldu

Ağakərim Səmədzadə nazirin I müavini oldu

14 May 2026 / 10:47
18
Andrey Yermak həbs olundu – FOTO

Andrey Yermak həbs olundu – FOTO

14 May 2026 / 10:38
28
Bayramı öncəsi heyvan bazarında QİYMƏTLƏR

Bayramı öncəsi heyvan bazarında QİYMƏTLƏR

14 May 2026 / 9:52
21
Kəndlərimiz boşalır, yaşlılarımız tənha qalır… – Rafiq Daşdəmirli

Kəndlərimiz boşalır, yaşlılarımız tənha qalır… – Rafiq Daşdəmirli

13 May 2026 / 12:11
78
Türkiyə və Ermənistan birbaşa ticarətə hazırlaşır

Türkiyə və Ermənistan birbaşa ticarətə hazırlaşır

13 May 2026 / 11:37
38
Zakir Həsənov Slovakiyada beynəlxalq müdafiə sərgisində iştirak etdi -Fotolar

Zakir Həsənov Slovakiyada beynəlxalq müdafiə sərgisində iştirak etdi -Fotolar

13 May 2026 / 11:29
43
Avropa liderləri İlham Əliyevdən nümunə götürür

Avropa liderləri İlham Əliyevdən nümunə götürür

13 May 2026 / 11:12
22
Bayrama görə pensiyalar tez veriləcək? – RƏSMİ

Bayrama görə pensiyalar tez veriləcək? – RƏSMİ

13 May 2026 / 11:02
37
Ermənistanla sərhəd açırlır? – Türkiyə XİN-dən mühüm AÇIQLAMA

Ermənistanla sərhəd açırlır? – Türkiyə XİN-dən mühüm AÇIQLAMA

13 May 2026 / 10:43
22
QHT regionlarda heyvandarlıq təsərrüfatlarının problemlərini öyrənəcək

QHT regionlarda heyvandarlıq təsərrüfatlarının problemlərini öyrənəcək

13 May 2026 / 10:07
29
QHT tolerantlıq və multikulturalizm mövzusunda yeni layihəyə start verib

QHT tolerantlıq və multikulturalizm mövzusunda yeni layihəyə start verib

13 May 2026 / 10:04
19
Bakıda “InVision Design Talks BAKU 2026” keçirilib – FOTOLAR

Bakıda “InVision Design Talks BAKU 2026” keçirilib – FOTOLAR

12 May 2026 / 11:03
30
“Bayquş və qarovulçu” – Hekayə

Sadə dildə dərin fəlsəfə: İmamverdi İsmayılovun “LABİRİNT” əsərinə ədəbi baxış

11 May 2026 / 17:55
30
Meloni Bakı səfərində bu avtomobildən istifadə edib – Video

Meloni Bakı səfərində bu avtomobildən istifadə edib – Video

09 May 2026 / 15:43
67
Görkəmli şəxsiyyətlərin yubileylərinə həsr olunmuş elektron resurslar hazırlanıb

Görkəmli şəxsiyyətlərin yubileylərinə həsr olunmuş elektron resurslar hazırlanıb

09 May 2026 / 15:18
44
“İnklüziv cəmiyyətə hüquqi və mental dəstək” adlı tədbir keçirilib-Fotolar

“İnklüziv cəmiyyətə hüquqi və mental dəstək” adlı tədbir keçirilib-Fotolar

09 May 2026 / 15:10
53
Məhdudiyyətləri birlikdə aşaq

Məhdudiyyətləri birlikdə aşaq

09 May 2026 / 12:15
52
Respublika Uşaq Kitabxanasında Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib

Respublika Uşaq Kitabxanasında Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib

09 May 2026 / 12:03
53
Naxçıvan kitabxanaların bir qrup əməkdaşı Respublika Uşaq Kitabxanasında təcrübədə olublar

Naxçıvan kitabxanaların bir qrup əməkdaşı Respublika Uşaq Kitabxanasında təcrübədə olublar

09 May 2026 / 11:57
61
Yücel Feyzioğlu ilə Nağıl-terapiyası nədir? mövzusunda görüş keçirilib-Fotolar

Yücel Feyzioğlu ilə Nağıl-terapiyası nədir? mövzusunda görüş keçirilib-Fotolar

09 May 2026 / 11:45
69
Muğam Mərkəzində Novruz Novruzlunun anım gecəsi: “Savalan” səhnəyə çıxır

Muğam Mərkəzində Novruz Novruzlunun anım gecəsi: “Savalan” səhnəyə çıxır

30 Aprel 2026 / 11:01
74
Uşaq kitabxanasında “Nağıl dünyasına səyahət” adlı tədbir keçirilib-Fotolar

Uşaq kitabxanasında “Nağıl dünyasına səyahət” adlı tədbir keçirilib-Fotolar

29 Aprel 2026 / 22:03
55
Bir gün “Uşaqlığım dönsəydi geri” və “Nar çiçəyi”adlı kitabların təqdimatı baş tutub -Fotolar

Bir gün “Uşaqlığım dönsəydi geri” və “Nar çiçəyi”adlı kitabların təqdimatı baş tutub -Fotolar

29 Aprel 2026 / 21:57
78
“Müəllif saatı” layihəsi çərçivəsində yazıçı Zahid Xəlil ilə görüş

“Müəllif saatı” layihəsi çərçivəsində yazıçı Zahid Xəlil ilə görüş

28 Aprel 2026 / 18:40
71
Kitab və Müəlliflik Hüquqları Günü münasibətilə şagirdlərlə silsilə görüşlər keçirilib-Fotolar

Kitab və Müəlliflik Hüquqları Günü münasibətilə şagirdlərlə silsilə görüşlər keçirilib-Fotolar

28 Aprel 2026 / 18:36
93
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.