25 - 08 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Araşdırma

ABŞ İsrail anbarlarında toz basan Patriot raketlərinin Ukraynaya verilməsini istəyir! – Tel-Əviv niyə imtina edir?

İyul 11, 2025
Araşdırma, Manşet
A A

Keçmiş Pentaqon rəsmisi İsrailin ehtiyatda saxladığı köhnə Patriot raket batareyası və yüzlərlə raketdən müdafiə sistemlərini Rusiya hücumlarına qarşı Ukraynaya verməli olduğunu bildirib.

Avropa.info-nun məlumatına görə, ABŞ müdafiə naziri Pit Heqsetin keçmiş baş müşaviri Den Koldvel X hesabında yazır: “Tramp Ukraynanı daha çox hava hücumundan müdafiə sistemi ilə təmin etmək istədiyini açıq şəkildə ifadə etdi. Bunu nəzərə alaraq, İsrailin artıq istifadə etmədiyi Patriot PAC-2 raketlərini Ukraynaya verməli olduğuna inanıram.”

Eks Pentaqon rəsmisinin dediyinə görə, İsrail ABŞ-a yenilənməsi üçün bir Patriot batareyası və təxminən 90 raket təqdim edib. Açıq mənbədən yayılan məlumatlarına görə, İsrailin anbarlarında köhnəlmiş daha səkkiz batareya və bir neçə yüz raket var.

“12 günlük müharibə zamanı İsrailin müdafiəsində ABŞ HHM-lərinin iştirakını nəzərə alsaq, Vaşinqtonun İsraildən köhnəlmiş Patriot ehtiyatlarının bir hissəsini Ukraynaya verməsini tələb etmək üçün kifayət qədər əsasları var”, – deyə Pentaqon rəsmisi qeyd edir.

   Tel-Əviv niyə istifadə etmədiyi raketləri Kiyevə vermir?

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə sülh danışıqlarının dalana dirənməsi ilə bağlı artan məyusluğunu ifadə edərək Rusiya prezidentini “boş-boş danışmaqda” ittiham edib. Məhz bundan sonra ABŞ prezidenti Ukraynaya 10 ədəd raketdən müdafiə sistemi göndərəcəyini açıqladı. Trampın bu vədi Pentaqona Patriot raketdən müdafiə sistemlərinin qiymətli əmtəə olduğu faktını yenidən xatırlatdı.

Məlumatlara görə, Tramp administrasiyası bundan sonra ən azı bir ədəd köhnə Patriot batareyasını İsraildən apararaq, Ukraynaya göndərməzdən əvvəl təkmilləşdirmə işləri həyata keçirir. İsrailin anbarlarında istifadəsiz qalan digər köhnə Patriot batareyaları da geri istənir.

Qərb mediasına sızdırılan gizli bilgilərə görə, Ukrayna Rusiya işğalının ilk illərində ABŞ, Hollandiya və Almaniyadan Pac-3 raketlər alıb. İsrail isə Ukraynanın ehtiyaclarını ödəyəcək Pac-2 raketlərinin ehtiyatını əlində saxlayır. Tel-Əviv Dəmir Qübbə, David Sapandı, Arrow 2 və Arrow 3 sistemlərindən ibarət üç pilləli hava hücumundan müdafiə sistemini inkişaf etdirərkən Pac-2 hava hücumundan müdafiə sistemlərini deaktiv edib. Lakin, istifadə edilməyən bu sistemlər Kiyevə verilmir.

İsrail Rusiyanın 2022-ci ildə işğalından sonra Ukraynanın silah və sursatla bağlı bütün tələblərini yerinə yetirməkdən çəkinir. İsrailin əsas arqumentlərindən biri Suriyada hava hücumundan müdafiə sistemini saxlayan, lakin İsrail döyüş təyyarələrinin İran hədəflərini bombalamasına icazə verən Moskvanı qəzəbləndirməməsi idi. Lakin, Rusiya-İranın müttəfiqi Bəşər Əsəd 2024-cü ilin dekabrında devrildikdən sonra vəziyyət dəyişib.

Bununla belə Tel-Əviv Moskvanın İranın bütün tələblərinə baxmayaraq, S-400 Havadan Müdafiə Sistemlərini Tehrana satmamasını əsas göstərərək, Kievə silah verməkdən boyun qaçırır.

Müəllif: Avropa.info Analitik Qrupu

Əvvəlki Yazı

Soyqırımdan varlanan sadə israillilər deyil, iri şirkətlər və oliqarxiyadır – Albanese niyə ABŞ-ın qəzəbinə tuş gəldi?

Növbəti Yazı

 İsrail ordusundan Qəzzada məktəbə hava hücumu : 6 ölü, çoxlu yaralı

XƏBƏR LENTİ

Suriya prezidenti Şara ölkəsinin yenidənqurma və tikinti prosesinə girdiyini bildirib

Suriya prezidenti Şara ölkəsinin yenidənqurma və tikinti prosesinə girdiyini bildirib

25 Avqust 2026 / 7:56
0
Kuba prezidenti Diaz-Kanel ABŞ-la dialoqun “bloklandığını” deyib

Kuba prezidenti Diaz-Kanel ABŞ-la dialoqun “bloklandığını” deyib

25 Avqust 2026 / 7:46
7
Sohu: Lavrov BMT vasitəsilə Tokioya böyük problemlər yaratdı

Sohu: Lavrov BMT vasitəsilə Tokioya böyük problemlər yaratdı

25 Avqust 2026 / 7:37
16
Miroşnik: Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarələrinin zərbələri nəticəsində bir həftə ərzində 4-ü uşaq olmaqla 49 rusiyalı həlak olub

Miroşnik: Kiyev Rusiya sakinlərini məğlub etmək üçün kütləvi şəkildə əl işi minaları istehsal edir

25 Avqust 2026 / 7:28
14
ABŞ administrasiyası təxminən 200 min əcnəbinin vizasını ləğv etməyə hazırlaşır

ABŞ administrasiyası təxminən 200 min əcnəbinin vizasını ləğv etməyə hazırlaşır

25 Avqust 2026 / 7:12
15
İsrail qüvvələri Qüdsdə universitetin buraxılış mərasiminə mane olub

İsrail qüvvələri Qüdsdə universitetin buraxılış mərasiminə mane olub

25 Avqust 2026 / 6:59
16
Bakıda 8 yaşli uşaq yıxılaraq ölüb

Bakıda 8 yaşli uşaq yıxılaraq ölüb

25 Avqust 2026 / 6:54
9
Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib

Ağdamda 57 yaşlı kişi bıçaqlanaraq qətlə yetirilib

25 Avqust 2026 / 6:48
3
Prezident Əliyevlə Prezident Mirziyoyevin təkbətək görüşü oldu – Fotolar

Prezident İlham Əliyevin sosial media hesablarında Özbəkistana dövlət səfəri ilə videoçarx paylaşılıb-Video

25 Avqust 2026 / 1:17
16
Möhsin Rezai:”Bizə qarşı iqtisadi sanksiyalarda iştirak edən istənilən ölkə düşmən sayılacaq”

İran: ABŞ anlaşma memorandumunun həyata keçirilməsi ilə bağlı konkret addımlar atmalıdır

25 Avqust 2026 / 0:38
4
Sergey Sobyanin:Moskva bölgəsi 250 PUA ilə hədəfə alınıb

Rusiya: Biz Ukraynada ordu üçün istifadə edilən limanları, gəmiləri və logistika mərkəzlərini vurduq

25 Avqust 2026 / 0:34
24
ABŞ Vitse-Prezident:”Kanada ABŞ-ın himayəsi olmadan işğal oluna bilərdi”

ABŞ Vitse-Prezident:”Kanada ABŞ-ın himayəsi olmadan işğal oluna bilərdi”

25 Avqust 2026 / 0:28
12
Yəməndə husilər: Qırmızı dənizdə Səudiyyə Ərəbistanına məxsus neft tankerini hədəf aldıq

Yəməndə husilər: Qırmızı dənizdə Səudiyyə Ərəbistanına məxsus neft tankerini hədəf aldıq

24 Avqust 2026 / 21:50
13
Prezident Ərdoğan Litvanın baş naziri Sinkevicius ilə görüşüb

Prezident Ərdoğan Litvanın baş naziri Sinkevicius ilə görüşüb

24 Avqust 2026 / 19:12
3
ABŞ-da immiqrasiya polisinə elektrik şoku əlcəklərinin verilməsi tənqidlərə səbəb olub

ABŞ-da immiqrasiya polisinə elektrik şoku əlcəklərinin verilməsi tənqidlərə səbəb olub

24 Avqust 2026 / 17:32
6
Almaniyada həddindən artıq istilərin iqtisadi dəyəri 36 milyard avronu keçib

Almaniyada həddindən artıq istilərin iqtisadi dəyəri 36 milyard avronu keçib

24 Avqust 2026 / 17:26
0
İsrail Qəzzada köçkünlərin sığındığı çadırı vurdu-1 nəfər öldü

İsrail Qəzzada köçkünlərin sığındığı çadırı vurdu-1 nəfər öldü

24 Avqust 2026 / 17:00
3
Razı Nurullayev:“Türk dünyasının güc mərkəzinə çevrilməsi sürətlənir”

Razı Nurullayev:“Türk dünyasının güc mərkəzinə çevrilməsi sürətlənir”

24 Avqust 2026 / 16:23
46
SVHXÇDX  xarici pasportu olanlara bağlı məlumat yayıb

SVHXÇDX xarici pasportu olanlara bağlı məlumat yayıb

24 Avqust 2026 / 16:12
10
Almaniyada əyalət seçkiləri ərəfəsində ifrat sağçı AfD yüksəlir

Almaniyada əyalət seçkiləri ərəfəsində ifrat sağçı AfD yüksəlir

24 Avqust 2026 / 15:49
6
Britaniya polisi papaqlı nəhəng pişiyin insanları öldürməsi ilə bağlı xəbərlərə reaksiya verib

Britaniya polisi papaqlı nəhəng pişiyin insanları öldürməsi ilə bağlı xəbərlərə reaksiya verib

24 Avqust 2026 / 15:35
4
Ukrayna Prezidenti Zelenski Hikmət Hacıyevi ordenlə təltif edib

Ukrayna Prezidenti Zelenski Hikmət Hacıyevi ordenlə təltif edib

24 Avqust 2026 / 15:19
11
Professor Dizen: NATO Ukraynanı dəstəkləmir, öz vətəndaşlarına müharibə satır

Professor Dizen: NATO Ukraynanı dəstəkləmir, öz vətəndaşlarına müharibə satır

24 Avqust 2026 / 14:19
7
Ukrayna Silahlı Qüvvələrinə məxsus 50-dən çox pilotsuz uçuş aparatı Rostov vilayətində hava hücumunu dəf edərkən vurulub

Rusiya Silahlı Qüvvələri Şimal Hərbi Dairəsi zonasında üç yaşayış məntəqəsini azad edib

24 Avqust 2026 / 13:50
7
ABŞ-da meşə yanğını: Minlərlə insanın təxliyəsi əmri verildi-Fotolar

ABŞ-da meşə yanğını: Minlərlə insanın təxliyəsi əmri verildi-Fotolar

24 Avqust 2026 / 13:16
12
Anasını qətlə yetirən Elvin Məmmədov həbsxanada vəfat etdi

Anasını qətlə yetirən Elvin Məmmədov həbsxanada vəfat etdi

24 Avqust 2026 / 12:55
12
Razı Nurullayev:“Kənddə Yaşayan İnsana Dolanışıq Və İş Lazımdır”

Razi Nurullayev:“İqtisadi Sıçrayış Real Nəticələrin Göstəricisidir”

24 Avqust 2026 / 12:36
107
MWM: Odessadakı hədəflərə hücumlar NATO-nun Kiyevi silahla təmin etməsinə mane olur

MWM: Odessadakı hədəflərə hücumlar NATO-nun Kiyevi silahla təmin etməsinə mane olur

24 Avqust 2026 / 11:54
5
   Çanaqqalada 32 qeyri-qanuni mühacir tutuldu

   Çanaqqalada 32 qeyri-qanuni mühacir tutuldu

24 Avqust 2026 / 11:26
7
ABŞ-ın kəşfiyyat təyyarəsi Fars körfəzi yaxınlığında təhlükə siqnalı göndərib

Braziliyanın beynəlxalq hava limanında avtobus təyyarəyə çırpılıb

24 Avqust 2026 / 11:08
3
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.