07 - 11 - 2025
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Siyasət

Romada Azərbaycan Mədəniyyət Elçiləri Toplantısı keçirildi – Fotolar

Dekabr 19, 2024
Siyasət
A A

Dekabrın 18-də İtaliyanın paytaxtı Romadakı Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan Mədəniyyət Elçiləri Toplantısı keçirilib.

Avropa .info xəbər verir ki, tədbir Azərbaycanın Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ölkəmizin İtaliyadakı səfirliyinin və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.

Toplantıda əvvəlcə beynəlxalq müsabiqələr laureatı, dirijor və bəstəkar Abuzər Manafzadə Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirib, sonra videoçarx nümayiş etdirilib.

Toplantıda çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov ölkəmizin incəsənət və mədəniyyət xadimlərini Romada görməkdən məmnunluğunu ifadə edib. Səfir Azərbaycanın İtaliyadakı səfirliyinin tabeliyindəki Mədəniyyət Mərkəzinin fəaliyyətindən bəhs edib.

Azərbaycanın mədəniyyət naziri Adil Kərimli çıxışında tədbirdə iştirak edən şəxslərin hər birinin mədəniyyətimizin müxtəlif sahələri üzrə xüsusi nailiyyətləri ilə seçilən, onun təbliğinə töhfə verən, harada yaşamasından asılı olmayaraq, Azərbaycan milli kimliyinin daşıyıcıları olan dəyərli həmvətənlərimiz olduğunu bildirib. Nazir qeyd edib ki, bu şəxslərin Azərbaycanın və zəngin mədəniyyətinin təbliğinə verdiyi töhfələr, Vətənə bağlılıqları təqdirəlayiqdir.

Görüşün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində keçirilməsinin xüsusi məna daşıdığını bildirən Adil Kərimli deyib ki, belə tədbirlər milli həmrəyliyimizi daha da gücləndirir, mədəniyyətimizin qlobal miqyasda tanıdılmasına yeni təkan verir və beynəlxalq ictimaiyyət qarşısında mədəni dəyərlərimizin təqdim olunmasında mühüm rol oynayır.

Nazir Azərbaycanın mədəni irsinin tarix boyu dövlət tərəfindən xüsusi diqqət və qayğı ilə qorunduğunu, zənginləşdirildiyini və gələcək nəsillərə çatdırıldığını qeyd edib. Vurğulayıb ki, mədəniyyətimizin inkişafına xüsusi qayğı göstərən Ümummilli Lider Heydər Əliyev incəsənət xadimlərinin potensialının üzə çıxarılmasına, gənc istedadların dəstəklənməsinə, onların xaricdə təhsil alaraq peşəkar bacarıqlarının artırılmasına hər zaman böyük önəm verib. Prezident İlham Əliyev tərəfindən mədəniyyətin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib, ölkəmizdə mədəni irsin qorunub yaşadılması və təbliği istiqamətində ardıcıl və səmərəli addımlar atılır. Azərbaycan mədəniyyətinin himayədarı, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın yaradıcı insanlara, həmçinin incəsənət xadimlərinə göstərdiyi diqqət, milli mədəni dəyərlərimizin beynəlxalq aləmdə tanıdılmasına verdiyi dəyərli töhfələr mədəniyyət xəzinəmizin daha da zənginləşməsinə zəmin yaradır. Bu fəal dəstək nəticəsindəAzərbaycan mədəniyyəti geniş coğrafiyalara yayılır, incəsənət nümayəndələrimiz dünyanın mötəbər səhnələrində mədəniyyətimizi layiqincə təbliğ edirlər.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycan diasporunun fəaliyyətdən bəhs edib, xaricdə yaşayan soydaşlarımızın ölkəmizin mədəniyyətinin beynəlxalq aləmdə təbliğində mühüm rol oynadıqlarını bildirib.

Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva toplantıda iştirak edən mədəniyyət elçilərinin Azərbaycanın zəngin mədəni irsinin təbliğində müstəsna xidmətlər göstərdiyini qeyd edib.

Sonra Azərbaycan mədəniyyəti və incəsənətinə dair videoçarx nümayiş etdirilib.

Azərbaycanın tanınmış teatr və kino aktyoru, Əməkdar incəsənət xadimi, Xalq artisti, rejissor, Çukurova Universitetinin professoru Cahangir Novruzov, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Fransadakı “Toğrul Nərimanbəyov” Assosiasiyasının rəhbəri, “Natəvan” həftəsonu məktəbinin müəllimi Azərbaycan Rəssamlıq Akademiyasının dosenti, Əməkdar rəssam Əsmər Nərimanbəyova, Azərbaycan-Amerika Musiqi Fondunun rəhbəri Cəmilə Cavadova-Spitsberq, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Yalçın Adıgözəlov, Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev və Xalq artisti, tanınmış kino və teatr aktyoru Fəxrəddin Manafov çıxış edərək görüşün əhəmiyyətini vurğulayıb, dövlətimizin mədəniyyət və incəsənət nümayəndələrinə daimi qayğısından bəhs ediblər.








 Bizi Facebookda izləyin

Əvvəlki Yazı

Fransada keçmiş prezident həbs olundu

Növbəti Yazı

Paytaxtda baş vermiş amansız qətlin detalları məlum olub

XƏBƏR LENTİ

“Nar”da növbəti avtomobil qalibi bəlli olacaq – Həyəcan dolu anlar bu axşam

“Nar”da növbəti avtomobil qalibi bəlli olacaq – Həyəcan dolu anlar bu axşam

07 Noyabr 2025 / 14:07
1
“Nar”ın “Çoox Şanslı” lotereyasının ilk avtomobil qalibi sükan arxasında

“Nar”ın “Çoox Şanslı” lotereyasının ilk avtomobil qalibi sükan arxasında

07 Noyabr 2025 / 14:06
2
“Nar”a yeni baş icraçı direktor təyin olundu

“Nar”a yeni baş icraçı direktor təyin olundu

07 Noyabr 2025 / 14:04
2
“Nar” “Çoox Şanslı” lotereyasının ilk qaliblərini elan etdi!

“Nar” “Çoox Şanslı” lotereyasının ilk qaliblərini elan etdi!

07 Noyabr 2025 / 14:01
2
Həyəcan davam edir – sən də “Zeekr 001” qalibi ola bilərsən!

Həyəcan davam edir – sən də “Zeekr 001” qalibi ola bilərsən!

07 Noyabr 2025 / 13:53
4
“Nar” “Çoox Şanslı” lotereyasına start verdi

“Nar” “Çoox Şanslı” lotereyasına start verdi

07 Noyabr 2025 / 13:51
2
Bakcell media nümayəndələri üçün Qarabağa səfər təşkil etdi

Bakcell media nümayəndələri üçün Qarabağa səfər təşkil etdi

07 Noyabr 2025 / 13:48
3
Bakcell lotereyasında ilk “Zeekr 001” qalibə təhvil verildi!

Bakcell lotereyasında ilk “Zeekr 001” qalibə təhvil verildi!

07 Noyabr 2025 / 13:45
3
Bakcell süni intellekti ilk avtomobil qalibini seçdi!

Bakcell süni intellekti ilk avtomobil qalibini seçdi!

07 Noyabr 2025 / 13:43
3
Azərbaycanda ilk jest dili mobil tətbiqi istifadəyə verildi

Azərbaycanda ilk jest dili mobil tətbiqi istifadəyə verildi

07 Noyabr 2025 / 13:40
3
“Bakcell” lotereyasında “Zeekr 001” üçün geri sayım başladı

“Bakcell” lotereyasında “Zeekr 001” üçün geri sayım başladı

07 Noyabr 2025 / 13:34
3
Bakcell-in meqa lotereyasının ilk qalibi bəlli oldu!

Bakcell-in meqa lotereyasının ilk qalibi bəlli oldu!

07 Noyabr 2025 / 13:31
4
“Nar”ın dəstəyi ilə inklüzivliyi təşviq edən “Bütün Vücudlar Danışır” layihəsinin hesabat tədbiri baş tutdu – FOTO

“Nar”ın dəstəyi ilə inklüzivliyi təşviq edən “Bütün Vücudlar Danışır” layihəsinin hesabat tədbiri baş tutdu – FOTO

07 Noyabr 2025 / 13:29
2
“Bakcell” “İnnovasiyalar və süni intellekt” konfransının əsas tərəfdaşı oldu

“Bakcell” “İnnovasiyalar və süni intellekt” konfransının əsas tərəfdaşı oldu

07 Noyabr 2025 / 13:26
3
“Bakcell” 14 prestijli avtomobil və hədiyyələrlə bol lotereyaya başladı

“Bakcell” 14 prestijli avtomobil və hədiyyələrlə bol lotereyaya başladı

07 Noyabr 2025 / 13:21
3
“Bakcell”in baş icraçı direktoru “INMerge” İnnovasiya Sammitində çıxış edib – Fotolar

“Bakcell”in baş icraçı direktoru “INMerge” İnnovasiya Sammitində çıxış edib – Fotolar

07 Noyabr 2025 / 13:19
6
“Nar”ın rəhbərliyində dəyişiklik olub

“Nar”ın rəhbərliyində dəyişiklik olub

07 Noyabr 2025 / 13:15
5
“Bakcell” “INMerge” Sammitində ən son innovasiyalarla çıxış edir

“Bakcell” “INMerge” Sammitində ən son innovasiyalarla çıxış edir

07 Noyabr 2025 / 13:12
4
“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır

“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır

07 Noyabr 2025 / 13:07
6
Milli Qürur – Qələbə Bayramı adlı tədbir keçirilib

Milli Qürur – Qələbə Bayramı adlı tədbir keçirilib

06 Noyabr 2025 / 17:22
22
Respublika Gənclər Kitabxanasında “Dahi bəstəkar Üzeyir Hacıbəyli 140” adlı elektron baza istifadəçilərə təqdim edilib

Respublika Gənclər Kitabxanasında “Dahi bəstəkar Üzeyir Hacıbəyli 140” adlı elektron baza istifadəçilərə təqdim edilib

04 Noyabr 2025 / 20:57
10
Respublika Uşaq Kitabxanasında master-klass keçirilib-Fotolar

Respublika Uşaq Kitabxanasında master-klass keçirilib-Fotolar

01 Noyabr 2025 / 16:24
23
“Ziyalı Ocağı” İctimai Birliyi “Uşaq və gənclərin zərərli xarici təsirlərdən müdafiəsi” layihəsinin icrasını yekunlaşdırdı

“Ziyalı Ocağı” İctimai Birliyi “Uşaq və gənclərin zərərli xarici təsirlərdən müdafiəsi” layihəsinin icrasını yekunlaşdırdı

31 Oktyabr 2025 / 22:05
7
“Ziyalı Ocağı” İctimai Birliyi Xırdalan şəhərində “Zərərli mənəvi zəhərlənmələr böyük təhlükə mənbəyidir” adlı seminar keçirdi

“Ziyalı Ocağı” İctimai Birliyi Xırdalan şəhərində “Zərərli mənəvi zəhərlənmələr böyük təhlükə mənbəyidir” adlı seminar keçirdi

31 Oktyabr 2025 / 11:31
9
“Ziyalı Ocağı” İctimai Birliyi Bakı şəhərində “Bu Vətən sənindir, səni çağırır” adlı seminar keçirdi

“Ziyalı Ocağı” İctimai Birliyi Bakı şəhərində “Bu Vətən sənindir, səni çağırır” adlı seminar keçirdi

30 Oktyabr 2025 / 22:25
7
Həbs edilən icra başçısı bu məmurun dayısı imiş

Həbs edilən icra başçısı bu məmurun dayısı imiş

30 Oktyabr 2025 / 21:54
9
Hərbçilərin pensiyası yeni qaydada təyin ediləcək

Hərbçilərin pensiyası yeni qaydada təyin ediləcək

30 Oktyabr 2025 / 21:47
2
8 nəfər azərbaycanlı əsir-girovun eyni vaxtda qətlə yetirilməsi ilə bağlı sənəd tədqiq edilib – FOTO

8 nəfər azərbaycanlı əsir-girovun eyni vaxtda qətlə yetirilməsi ilə bağlı sənəd tədqiq edilib – FOTO

30 Oktyabr 2025 / 21:08
6
Müəllimlərə güzəştli təhsil kartı nə vaxt veriləcək? – AÇIQLAMA

Müəllimlərə güzəştli təhsil kartı nə vaxt veriləcək? – AÇIQLAMA

30 Oktyabr 2025 / 19:13
2
ŞƏHİD BAŞQASININ İMİŞ – DNT 33 il sonra danışdı

ŞƏHİD BAŞQASININ İMİŞ – DNT 33 il sonra danışdı

30 Oktyabr 2025 / 18:42
3
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.