İsrail tankları Suriya ilə sərhəddəki bufer zonasından kənara çıxıb və Dəməşqdən təxminən 20 km aralıda dayanıb.
Avropa.info “Al Mayadeen”-ə istinadla xəbər verir ki, zirehli texnika Suriya paytaxtından 21 km aralıda yerləşən cənubdakı Katana kəndi yaxınlığında yerləşdirilib.
İsrail ordusu (IDF) bu məlumatı hələ şərh etməyib.
Dekabrın 8-i səhər saatlarında İsrail ordusu Suriya ilə sərhəddəki bufer zonaya öz qüvvələrini yerləşdirdiyini elan edib