Məlumat verilib ki, ABŞ və İtaliya kritik minerallar sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalayıblar.
ABŞ Dövlət Departamentindən verilən açıqlamada bildirilib ki, dövlət katibi Marko Rubio və İtaliya baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani Nyu-Yorkda görüşüblər.
Avropa.info-nun məlumatına görə bəyanatda qeyd olunub ki, görüş zamanı ikitərəfli iqtisadi əməkdaşlığın gücləndirilməsi imkanları, o cümlədən tədarük zəncirlərinin şaxələndirilməsi müzakirə olunub.
Açıqlamada Rubio və Tajani arasında kritik minerallar sahəsində əməkdaşlığa dair “İtaliya-ABŞ Anlaşma Memorandumu” imzalandığı və kritik minerallar üzrə əməkdaşlığın irəlilədilməsi üçün ortaq işçi qrupunun yaradıldığı bildirilib.






























